.


Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkəmizə səfər etmiş Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram və Türk Ocaqlarında təmsil olunan alimlər, aydınlar ilə görüşüb.


Asiya.info xəbər verir ki, qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Q.Paşayeva bir millət iki dövlət olan Azərbaycan ilə Türkiyənin qeyri-hökumət təşkilatları arasında da əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirildiyini bildirdi və yeni önəmli layihələrin yaxın zamanlarda həyata keçiriləcəyindən məmunluğunu dilə gətirib. Azərbaycan “Türk Ocağı”nın yenidən bəra edilməsinion vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva bununla bağlı Azərbaycan “Türk Ocağı”nın bərpası konfransının keçirilməsi və özünün Azərbaycan “Türk Ocağı”nın bərpaçılarından biri olmasından qürur duyduğunu deyib, Azərbaycan “Türk Ocağı”nın sədri seçilən “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının rəhbərliyi altında təşkilatın, həm Azərbaycan, Azərbaycan-Türkiyə əməkdaşlığı və Türk dünyası istiqamətində faydalı işlər görəcəyinə inandığını deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram Azərbaycan “Türk Ocağı”nın bərpasından, bununla əlaqədar keçirilən konfransda iştirak, Türkiyədə Türk Ocaqlarınını qurulmasında böyük əməyi olmuş böyük şəxsiyyət, aləm və ziyalı Əhməd Ağaoğlunun 150 illik yubiley tədbirlərində fəal iştirak etməkdən məmnuniyyət duyduğunu bildirdi və Azərbaycan “Türk Ocağı”na fəaliyyətində uğurlar dilədi, təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə danışmış, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu söyləmişdir. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir. Görüşdə Türk Dünyasının ortaq tarixi, ədəbiyyatı, mədəniyyətinin gənclərə daha yaxşı öyrədilməsi istiqamətində, türk dünyasının böyük şəxsiyyətlərinin bütün türk dünyası bölgələrində daha geniş tanıdılması istiqamətində, özəlliklə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş duyurulması istiqamətində iki təşkilatın birgə həyata keçirəcəyi layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayrama və Türk Ocaqlarında təmsil olunan alimlərə, aydınlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aeraşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB adından Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.

 

Şərh yaz


17 Oktyabr 2019 Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
17 Oktyabr 2019 Daha bir erməni terroru: Azərbaycana axan çay rəngini dəyişdi
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”
17 Oktyabr 2019 İlham Əliyev həmsədrlərlə görüşdü
17 Oktyabr 2019 Minimum pensiyanın artırılması üçün... - İlham Əliyev
16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı

Xəbər lenti