.

“Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır! Bu həqiqəti düz 25 il əvvəl ümummilli lider Heydər Əliyev xalqın böyük dəstəyi ilə Surət Hüseynov və Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya nümayiş etdirdi”.

Asiya.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov şəxsi feysbuk hesabında yazıb. O bildirib ki, yaşlı və orta nəsil həmin vaxt Azərbaycanda cərəyan edən hadisələri xatırlasalar da, gənc nəsil bu barədə yalnız mətbuatdan məlumat ala bilir:
“Ümummilli lider tərəfindən Azərbaycanın müstəqilliyi və gələcək inkişafının əsas resurslarından və əlavə qarantlardan biri kimi düşünülmüş “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ilin 20 sentyabrdan dərhal sonra başlanmış və oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış həmin xain çevriliş cəhdi hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu müstəqilliyin qarantı olan lider Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi.
Diqqət edin! 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən “OMON”çulardan ibarət silahlı dəstə Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir. 
Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayır. Oktyabrın 4-də vəziyyət daha da kəskinləşir. Cavadov qardaşları ilə əlbir olan ozamankı üsyankar Baş Nazir Surət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür. 
Belə bir şəraitdə Heydər Əliyev çox müdrik və cəsarətli addım atdı. O, dövlət çevrilişinə cəhd edənlərə qarşı legitim güc işlətmək səlahiyyətində və imkanında olsa da, başqa yol seçdi və bu seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi. Yolunu azmış silahlı dəstələrə, terror və hədə-qorxu ilə hakimiyyətə can atan antimilli ünsürlərə, onlara xaricdən istiqamət və dəstək verən xainlərə qarşı Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan Öz Liderinin ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın əzmi, iradəsi, milli birliyi və öz liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib və dayana da bilməz!!!”
Əli Həsənov diqqəti 1993-cü ilin iyun ayında baş verən hadisəyə yönəldib:
“Həmin üsyançı polkovnikin- Surət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-Müsavat liderləri o çətin günlərdə yenə də öz anti-dövlət və anti-xalq xislətlərini nümayiş etdirdilər. Onlar dövlətçiliyin və qanuni hakimiyyətin müdafiəsinə qalxmış və meydanlara çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, elə bugünkü kimi, o zaman da üsyançıların yan-yörəsində yer aldılar. 
Düşünürəm ki, elə bunun nəticəsidir ki, bu günün özündə də müxalif düşərgəni zəbt etmiş həmin “liderciklər” 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi xalqın etimadını qazana bilmir və yenə də küncdə-bucaqda “pusqu quraraq” mövcud hakimiyyətinin nə zaman büdrəyəcəyini gözləyir. Düşünürəm ki, müxtəlif əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar 4 oktyabr 1994-cü il tarixindəki davranışlarından doğru nəticə çıxararaq, ibrət dərsi götürsə və xarici anti-Azərbaycan mərkəzlərinin sifarişləri ilə deyil, öz xalqının iradəsinə uyğun hərəkət etsələr, gələcəkdə bəlkə nəsə edə bilərlər...”

Şərh yaz


17 Oktyabr 2019 Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
17 Oktyabr 2019 Daha bir erməni terroru: Azərbaycana axan çay rəngini dəyişdi
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”
17 Oktyabr 2019 İlham Əliyev həmsədrlərlə görüşdü
17 Oktyabr 2019 Minimum pensiyanın artırılması üçün... - İlham Əliyev
16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı

Xəbər lenti