.

Ötən ilin sonuna olan statistikaya əsasən, dünyada İİV infeksiyası ilə yaşayan 37,9 milyon xəstə qeydə alınıb.
Azərbaycanda isə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) daşıyan 6111 xəstə var. Onların 4320-si kişi, 1791-i qadındır.
Asiya.info xəbər verir ki, bu sözləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin rəhbəri Yazgül Abdıyeva təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “QİÇS-ə birlikdə qalib gələk” mövzusunda keçirdiyi tədbirdə deyib.
Onun sözlərinə görə, ölkəmizdə İİV-ə yoluxma hallarının 43,8 faizi inyeksiyon narkotik istifadəsi nəticəsində baş verib.
Ötən ilin 11 ayı ərzində Azərbaycanda 547 nəfərdə ilk dəfə İİV-ə yoluxma halı qeydə alınıb. Onların 529-u Azərbaycan vətəndaşı, 18-i əcnəbidir.
“QİÇS İİV infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. Bir çox insan ya ictimai qınağı, yaxud da maddi imkansızlığını əsas gətirərək müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Bununla əlaqədar olaraq QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdır. Bu gün keçirilən seminarın məqsədi gənclərin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir. İnsanların sağlamlığı təkcə tibbi deyil, həmçinin sosial, iqtisadi və ictimai problemdir. Ona görə də belə maarifləndirmə tədbirlərinin təşkili olduqca vacibdir”, - deyə Y.Abdıyeva qeyd edib.
Tədbirdə çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev gənclərin sağlamlığının dövlətimiz üçün çox vacib olduğunu diqqətə çatdırıb. Prorektor gənclərə özlərini zərərli infeksiyalardan qorumağı və sağlamlıqlarının qayğısına qalmağı tövsiyə edib.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Sona Əliyeva QİÇS, İİV-lə bağlı dünyada həyəcan təbili çalındığını bildiriblər. İnsanların belə yoluxucu xəstəliklərdən uzaq olması üçün maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan deputatlar, gəncləri asudə vaxtlarında tibbi məlumatlılıqlarını artırmağa, sağlamlıqlarına qarşı etinasız olmamağa səsləyiblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin epidemioloji nəzarət şöbəsinin həkimləri Natiq Zülfüqarov, Dilşad Mahmudova xəstəliyin gənclər arasında daha çox rast gəlindiyini deyib və onunla mübarizədə ölkəmizdə görülən işlərdən danışıblar. Bildirilib ki, QİÇS sosial əhəmiyyətli infeksion xəstəlikdir. Həmin xəstəliyə yoluxmamaq üçün sağlam həyat tərzi keçirmək, riskli davranışlardan, zərərli vərdişlərdən uzaq olmaq lazımdır. İİV infeksiyasının əsas risk qrupu gənclərdir. Belə ki, Azərbaycanda İİV infeksiyasına yoluxanların 85 faizini 15-49 yaşlı insanlar təşkil edir. Ölkəmizdə səhiyyə ilə bağlı 12 dövlət proqramı qəbul olunub. Onlardan da biri İİV infeksiyası ilə bağlıdır. Hazırda Azərbaycanda “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” həyata keçirilir. Gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması da həmin tədbirlər proqramının bir hissəsidir.
N.Tusi adına klinikanın baş həkiminin müavini Afət Məhəmmədli isə “QİÇS və hepatit C” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə, həmçinin QİÇS-ə dair maarifləndirici videoçarx nümayiş etdirilib. Bununla yanaşı, seminardan sonra tələbələr könüllü olaraq müayinə olunublar.
AzərTac

Şərh yaz


17 Oktyabr 2019 Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
17 Oktyabr 2019 Daha bir erməni terroru: Azərbaycana axan çay rəngini dəyişdi
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”
17 Oktyabr 2019 İlham Əliyev həmsədrlərlə görüşdü
17 Oktyabr 2019 Minimum pensiyanın artırılması üçün... - İlham Əliyev
16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı

Xəbər lenti