.

Millət vəkili Q.Paşayeva 
Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri E.Basitxanova və bu ölkənin fəal qadınları ilə Qarabağdan danışıb.

Asiya.info xəbər verir ki, Millət vəkili Qənirə Paşayevanın Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları ilə görüşüb. Özbəkistan Qadın Komitəsində bu ölkənin fəal qadınlarının iştirakı ilə millət vəkili Q.Paşayeya ilə görüş keçirilib. Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova millət vəkili Q.Paşayevanı salamlayaraq qardaş Azərbaycanla əməkdaşlığın getdikcə artmasında çox maraqlıyıq, dövlət başçımızın siyasətində də bu məsələyə böyük önəm verilir və inanırıq ki əməkdaşlığımızın daha da genişlənməsində Özbəkistan və Azərbaycan qadınları çox fəal olacaqlar deyib və millət vəkili Q.Paşayevanın Özbəkistana münasibəti, beynəlxalq tədbirlərdə Özbəkistanla bağlı mövqeyi və iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edən çalışmalarını xüsusi vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğunun keçmişi, by günü və gələcək prespektivləri, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı haqqında məlumat verib. Millət vəkili Q.Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarına ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, eyni zamanda Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. Millət vəkili deyib ki, bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib və inanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq və Qarabağ məsələsində Azərbaycana dəstəyini daha da artıracaq. Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır deyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında qadın təşkilatlarının, fəal qadınların da üzərinə böyük işlər düşdüyünü vurğulayıb, özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, qadın təşkilatlarımız, fəal qadınlarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb.
  Millət vəkili Q.Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarını ölkəmizə dəvət edib. Azərbaycanla daha çox ortaq layihələr və işlərə görməyə çox maraqlıyıq deyən Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyarıq deyiblər.  Görüş zamanı Özbəkistan qadınlarının cəmiyyətin həyatında aktov rolu, həyata keçirilən işlər varədə geniş məlumatlar verilib, tanınmış qadınlar çıxış edərək iki qardaş ölkə qadınları arasında əməkdaşlığın daha da artmasının vacibliyini xüsusi vurğulayıblar. Görüşün sonunda Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova millət vəkili Q.Paşayevaya təşəkkürnamə təqdim edib. Millət vəkili Qənirə Paşayeva Özbəkistan Baş nazirin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınlarına Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib.

Şərh yaz


17 Oktyabr 2019 Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
17 Oktyabr 2019 Daha bir erməni terroru: Azərbaycana axan çay rəngini dəyişdi
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir”
17 Oktyabr 2019 İlham Əliyev həmsədrlərlə görüşdü
17 Oktyabr 2019 Minimum pensiyanın artırılması üçün... - İlham Əliyev
16 Oktyabr 2019 Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib.
16 Oktyabr 2019 Putin Ərdoğanın bu sualına cavab vermədi
16 Oktyabr 2019 Nepalın baş naziri Azərbaycana gəlir
16 Oktyabr 2019 Siyahıyaalınma üçün hər bir vətəndaşa vəsait ayrılmışdı, ancaq ... - AÇIQLAMA
15 Oktyabr 2019 Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
15 Oktyabr 2019 Nazarbayevdən Bakıda mühüm təklif: “Türkdilli” olmasın...
14 Oktyabr 2019 AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur
14 Oktyabr 2019 Ramiz Mehdiyev Vasim Məmmədəliyevlə vida mərasimində - Yenilənir
14 Oktyabr 2019 Ərdoğan Azərbaycana gəldi –2 günlük rəsmi səfər
14 Oktyabr 2019 Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
13 Oktyabr 2019 Müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi-Fotolar
13 Oktyabr 2019 Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
12 Oktyabr 2019 DTX sosial şəbəkələrlə bağlı təlim keçirdi - Foto
12 Oktyabr 2019 Prezidentin mətbuat katibi Əliyevlə Paşinyanın təmasını şərh etdi
12 Oktyabr 2019 Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
12 Oktyabr 2019 Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
11 Oktyabr 2019 Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
11 Oktyabr 2019 "Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq" - Məzahir Pənahov
10 Oktyabr 2019 Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
10 Oktyabr 2019 Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video
10 Oktyabr 2019 Türk əsgərinin döyüş öncəsi möhtəşəm andı – Video
10 Oktyabr 2019 Baş redaktor XİN-in “qara siyahı”sından çıxarıldı
10 Oktyabr 2019 Türkiyə Suriyanın şimalında 181 terrorçu hədəfini məhv etdi - VİDEO
10 Oktyabr 2019 Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub
10 Oktyabr 2019 Çavuşoğlu ABŞ Dövlət katibi ilə müzakirə apardı

Xəbər lenti