.

18 Oktyabrda Türkiyədə mükafata layiq görülən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu mükafatı canını Vətənimiz üçün fəda edən şəhidlərimiz və qazilərimiz adına alıram deyib və ön cəbhəmizi qoruyan, terrorla mübarizə aparan əsgərlərimizə buradan əsgər salamı ilə hər zaman yanınızdayıq mesajını da göndəririk deyib.

Asiya.info xəbər verir ki, Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevaya Türkiyədə nüfuzlu Hukuk ve Demokrasi Kurumu Derneğinin ildə bir dəfə təşkil etdiyi "Bülent Yurt Hukuk ve Demokrasi Ödülü" təqdim edilib.  Millət vəkili Q.Paşayevaya ödül Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı, Türk dünyası Birliyinin güclənməsi, beynəlxalq aləmdə həqiqətlərimizin geniş təbliği və haqlarımızın müdafiəsi istiqamətində çalışmalarına görə təqdim edilib. 
Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Baralar Birliyinin binasında keçirilən və Türkiyənin tanınmış siyasətçiləri, bürokratları, hüquqşünasları, vəkilləri və ziyalılarının iştirak etdiyi ödül törənində çıxış edən millət vəkili Q.Paşayeva bu ödülü qəhrəman şəhidlərimiz və qazilərimiz adına alıram deyərək çıxışında Qarabağ problemi, Azərbaycan-Türkiyə birliyinin güclənməsi, Türk dünyası birliyi ilə bağlı önəmli mesajlar verib:Vətənimiz Azərbaycandan vətənimiz Türkiyəyə salam və sevgilər gətirdik. Bu gün bizim üçün çox önəmli bir gündür. Belə bir gündə bu mükafatı almaq daha fərqli duyğudur.  Çünki bu gün Azərbaycanımızın dövlət müstəqilliyini təkrar qazanmasının 28-ci il dönümüdür. Hamımızın adından “Yaşa, yaşa, əbədi yaşa Azərbaycan!” deyir və gözəl Azərbaycanımızı buradan təbrik edirik. Mənə bu mükafatı təqdim etdiyiniz üçün təşəkkür edirəm. Amma belə bir mənalı gündə bu mükafatı öz adıma almıram. Bu mükafatı bu ödülə məndən daha çox haqq edən, layiq olanlar adına alıram. Azərbaycanın müstəqilliyi, torpaq bütünlüyü, Qarabağımız üçün həyatını fəda etmiş şəhid dostlarım və bütün qəhrəman şəhidlərimiz, qazilərimiz, onları gözəl ailələri adına alıram. Onlar buna daha çox layiq idi və layiqdirlər. Bu mükafatı özünü Azərbaycanın müstəqilliyinə, inkişafına həsr etmiş aydınlarımız, gözəl insanlarımız və gözəl Vətənim adına alıram.  Bu gün bu mükafatı qardaş Türkiyəmizin torpaq bütünlüyü üçün çalışan,  Barış Pınarı hərəkatında və terrorla mübarizədəki bütün qəhrəman mehmetciklərimiz adına alıram. Bu mükafatı mən burada çıxış etdiyim anlarda işğalçı Ermənistanla ön cəbhədə torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə aparan Azərbaycan əsgərimiz adına alıram. Buradan bütün alqışları, duaları və əsgər salamımızı da onlara göndərirəm və hər zaman yanınızdayıq və Vətənimizin əsgəriyik deyirəm. Mən burada Azərbaycandan ödül alan tək insan olduğum üçün Azərbaycanda və bütün dünyada yaşayan 50 milyon azərbaycanlı adından buradan sizə, dostlara, dost bildiklərimizə və düşmənlərə mesajımızı da mütləq söyləməliyəm. Azərbaycan türkü qardaş-bacılarınız buradan Türkiyəni zəiflətmək istəyənlərə deyir ki, buna gücünüz yetməz, çünki biz də  varıq və qardaş Türkiyənin yanındayıq. Çünki Azərbaycan da Türkiyə də  bizim vətənimizdir. Sadəcə sözdə, əməldə, duada deyil, lazım gələrsə bu canı da fəda etməyə hazır olan milyonlarla Azərbaycan türkü də Türkiyəmizin yanındadır. Çünki  ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi biz tək millət, iki dövlətik. Türkiyə həm də bizim vətənimizdir. Türkiyənin ayağına atılan daşı biz başımıza atılan daş hesab edərik. Ona görə bütün düşmənlər də bilsin, biz 300 milyonluq türk dünyası Türkiyəmizin yanındayıq. Çünki Türkiyə güclü olarsa biz hamımız güclüyük, Azərbaycanımız güclü olarsa hamımız güclüyük”
   Bütün müsəlman Şərqində ilk qurulan cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, təkrar qazanmasından bu günə qədər keçdiyi yoldan, işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığının, Türk Şurası birliyinin gücləndirilməsi istiqamətində görülən işlərdən geniş danışan millət vəkili Q.Paşayeva Qarabağ çağırışı edib: “Burada Türkiyəmizin çox tanınmış hüquqşunasları, vəkilləri var. Türkiyədə hüquq məktəbinin qurucularından biri, Azərbaycan və Türkiyədə hər iki dövlətimizdə millət vəkili olmuş böyük aydın və Türkiyəmizin ilk qadın hüquqçusu və vəkili Sürəyya Ağaoğlunun atası Əhməd Ağaoğlunun doğulduğu Dağlıq Qarabağ, Şuşa hələ də işğalçı Ermənistanın işğalı altındadır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Əhməd Ağaoğlunun bir çox yerlərdə150 illlik yubileyi keçirilir. Amma onun doğulduğu torpaqlarımızda bunu qeyd edə bilmirik. Azərbaycanımızın torpaqlarının işğaldan azad edilməsində bütün Türk dünyası Azərbaycanın yanında daha da güclü olmalıdır və inanırıq ki olacaq. İnşallah bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edə biləcəyik və inşalllah edəcəyik. Buna hamımız inanırıq və birlikdə daha da çox çalışmalıyıq.”
       Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində qardaş  Türkiyənin ədliyyə nazirliyinin rəsmiləri, Yargıtay başkanı İsmail Rüştü Cirit , Türkiye Barolar Birliği Başkanı Av. Prof. Dr. Metin Feyzioğlu, bir sıra məhkəmə sədrləri, tanınmış QHT və KİV rəhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.  Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın ödül törənindəki çıxışını bu linkdən izləyə bilərsiniz.

Şərh yaz


12 Noyabr 2019 Bu gün Azərbaycanda Konstitusiya Günüdür
12 Noyabr 2019 Bu risklərdən narahatam - Nazarbayev
11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq
07 Noyabr 2019 Vilayət Eyvazovdan MÜRACİƏT: "Onların mənafeləri yüksək səviyyədə qorunmalıdır"
07 Noyabr 2019 Əli Əsədov Litva Seyminin sədri ilə görüşdü
06 Noyabr 2019 "Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə” mövzusunda konfrans keçirilmişdir
06 Noyabr 2019 Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif
06 Noyabr 2019 Suriya nefti ilə bağlı ABŞ-la əməkdaşlıq etməyəcəyik - Rusiya
05 Noyabr 2019 “Ermənistan həm sözdə, həm də əməldə bu prosesi pozur”
05 Noyabr 2019 Zakir Həsənov Metin Gürakını qəbul etdi
05 Noyabr 2019 “Məni təhqir edənlərin hamısı avaradır” – Deputat fikrindən dönmədi
05 Noyabr 2019 Paşinyan: Qafqazda stabilliyi “Rus NATO-su” qoruyur
05 Noyabr 2019 Erməni hərbçisi intihar etdi
05 Noyabr 2019 Elşad Hacıyev mediaya səsləndi: “PRESS” yazılan gödəkçə geyinin
05 Noyabr 2019 Milli Məclisdə büdcə müzakirələri başlayır
05 Noyabr 2019 Əli Əsədovdan Baş Nazir kimi - İlk qərar
05 Noyabr 2019 Nuşirəvan Məhərrəmli: "Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur"
05 Noyabr 2019 ABŞ hesabat yaydı: Azərbaycanda terror...

Xəbər lenti