.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sosial şəbəkədə ayı ətinin satıması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Trend-in məlumatına görə, nazir deyib ki, ayı ətini satan “ovçu” artıq saxlanılıb və o, dövlətə cavab verməli olacaq.
Nazirin sözlərinə görə, burada ictimaiyyətin də rolu böyükdür: “Bu xəbər sosial şəbəkədə yayılandan sonra ayı ətini satan insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə çox yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.
M.Babayev əlavə edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanması faktları azalıb: “Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür”.
Qeyd edək ki, dünən Qəbələdə ayı əti satmaq istəyən şəxs saxlanılıb. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.
Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.

Şərh yaz


18 Noyabr 2019 Gürcüstan parlamenti fəaliyyətini bərpa etdi
18 Noyabr 2019 "Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi hesabat verib
18 Noyabr 2019 Şəfayət Avılbəyli:"Ermənistan tərəfdən atılan hər hansı bir addımın arxasında öz işğal siyasətinə don geydirmək kimi bir missiya durur!"
18 Noyabr 2019 Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
17 Noyabr 2019 Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
17 Noyabr 2019 Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2019 Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş -FOTO
15 Noyabr 2019 Daxili İşlər nazirindən generalın yerinə - TƏYİNAT
13 Noyabr 2019 Fəxri konsuldan Azərbaycan barədə xoş sözlər
13 Noyabr 2019 “Dörd əsgər anasıyam!”
12 Noyabr 2019 Siyavuş Novruzov: “Onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?”
12 Noyabr 2019 Ramiz Mehdiyev ona vəzifə verdi - Foto
12 Noyabr 2019 Q. Paşayeva MM-də 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanıcəmiyyəti narahat edən bir sıra problemlərdən danışıb
12 Noyabr 2019 İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!
12 Noyabr 2019 Bu gün Azərbaycanda Konstitusiya Günüdür
12 Noyabr 2019 Bu risklərdən narahatam - Nazarbayev
12 Noyabr 2019 Terroru Qarabağda MƏHV ETMƏK lazımdır - Ermənişünas
11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq

Xəbər lenti