.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyi “İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbirlərin və esse müsabiqəsinin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

Asiya.info xəbər verir ki, tədbiri açan İctimai Birliyin sədri Mütəllim Rəhimov dedi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilmişdir. Bu ideyanın ictimai dəstəyə ehtiyacı olduğunu bildirən M.Rəhimov, eyni zamanda dedi ki, gənc nəslin Azərbaycanın böyük şairi və mütəfəkkiri Nəsiminin qoyduğu ədəbi-bədii irsi öyrənərək tərbiyə edilməsi gələcəyimizin əmin əllərdə olmasına zəmanət verə bilər.
Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva Nəsiminin həyatı haqqında ətraflı məlumat verdi. O, indiyədək bəlli olmayan çoxsaylı faktları açıqladı. Dedi ki, Nəsimi ilə Fəzlullahın qohumluq əlaqələri, Nəsiminin onun qızı ilə evlənməsi heç bir tarixi qaynağa söykənmir. “Fəzlullahın vəsiyyətnaməsindən belə nəticəyə gəlmək olar ki, Fatimə atasının sağlığında onun xəlifələrindən birinə ya ərə verilibmiş, ya da nişanlanıbmış. Çünki o qızından dönə-dönə üzr istəyir ki, “mən həmin adamı bir iş dalınca göndərdim, o, qayıdıb gəlmədi”. Hürufi mətinlərini izləyəndə görünür ki, Fatimənin övladları haqqında məlumat yoxdur. Görünür ki, Fatimə sonradan ailə qurmayıb – S.Şıxıyeva çıxışı zamanı bildirdi.


O daha sonra Nəsiminin yaradıcılığı barədə danışdı. Bildirdi ki, Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri olan Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirib. S.Şıxıyeva həmçinin dedi ki, hürufilik və onun ən böyük şəxsiyyəti, təbliğatçısı Nəsimi sovet ideologiyasının əlində bir alət kimi istifadə olunmağa çalışılıb. Yəni guya Nəsimi Allahı inkar edirmiş. Şairin dünyagörüşü  ateizmlə, materializmlə yaxınlaşdırılırdı. Və bu kontekstdə onlar Nəsiminin dünyagörüşünü əllərində alət edirdilər. “Lakin bütün bunlar doğru deyil – S.Şıxıyeva əminliklə dedi və fikirlərini əsaslı arqumentlərlə izah etdi.
“Nəsimi hər şeydə ilahi təqdirə, alın yazısına, Allahın verdiyi qismətə inanan bir şəxs idi. Əsərlərində tez-tez yazır ki, həqdən nəsibim bu oldu. Hətta oğlunun adını həqdən ona verilmiş bir qismət hesab edir: “Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Özünün Nəsimi təxəllüsünü də eyni cür mənalandırır: Adımı həqdən Nəsimi yazaram”” – S.Şıxıyeva çıxışı zamanı bildirdi.
Daha sonra S.Şıxıyeva Nəsimini hürufi şair və fiilosof kimi xarakterizə etdi. O dedi ki, Nəsimi olmasaydı, hürufilik ölüb gedər, unudulardı. Çünki Nəsimi hürufiliyə özünün təfəkkürü, şeiriyyəti ilə elə gözəl don geydirdi, elə poetizm, lirizm qazandırdı ki, bu təlim geniş dairələrdə də sevildi.
Sonda layihə rəhbəri və ekspert iştirakçıların suallarına cavab verdilər və müzakirələr aparıldı.


 

Şərh yaz


18 Noyabr 2019 Gürcüstan parlamenti fəaliyyətini bərpa etdi
18 Noyabr 2019 "Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi hesabat verib
18 Noyabr 2019 Şəfayət Avılbəyli:"Ermənistan tərəfdən atılan hər hansı bir addımın arxasında öz işğal siyasətinə don geydirmək kimi bir missiya durur!"
18 Noyabr 2019 Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
17 Noyabr 2019 Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
17 Noyabr 2019 Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2019 Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş -FOTO
15 Noyabr 2019 Daxili İşlər nazirindən generalın yerinə - TƏYİNAT
13 Noyabr 2019 Fəxri konsuldan Azərbaycan barədə xoş sözlər
13 Noyabr 2019 “Dörd əsgər anasıyam!”
12 Noyabr 2019 Siyavuş Novruzov: “Onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?”
12 Noyabr 2019 Ramiz Mehdiyev ona vəzifə verdi - Foto
12 Noyabr 2019 Q. Paşayeva MM-də 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanıcəmiyyəti narahat edən bir sıra problemlərdən danışıb
12 Noyabr 2019 İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!
12 Noyabr 2019 Bu gün Azərbaycanda Konstitusiya Günüdür
12 Noyabr 2019 Bu risklərdən narahatam - Nazarbayev
12 Noyabr 2019 Terroru Qarabağda MƏHV ETMƏK lazımdır - Ermənişünas
11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq

Xəbər lenti