.


Müdriklərin söz işığında bir kəlam biz döyüşçüləri çox düşündürür: deyilir ki, müharibədə bir tərəf udur, sülh şəraitində isə hər iki tərəf.


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq bu fikir müəyyən qədər bizə də aid edilə bilər. Lakin indiki durum məni heç məmnun etmir.Savaş meydanında əsl uduş istəyirəm. Düşmənimiz sağ-əməlli qüvvə olsaydı, barışığa imza atardıq, amma “hay” deyilən bir cındır millətin dizini qırmaq bizdən ötrü, necə deyərlər, “bir üstəgəl bir” misalı qədər asan və sadədir. Ola bilsin ki, mənim bu sözlərimə kimsə şübhə etsin. Yəni ehtimal edirəm ki, ordumuzun ilk dövrlərindən yaşadığımız böhranlı hallardan, dövlətçilik işinin kəm-kəsirlərindən, çətinliklə olsa da, arxalı erməni daşnaklarına qarşı hərbi əməliyyatlarda qazandığımız uğurlardan, habelə düşmənin hələ son nöqtəsi qoyulmayan işğalçı əməllərindən tam xəbəri olmayanlar da ola bilər. Hər bir halda biz susmamalıyıq.
Ordumuzla bağlı olaraq həm məlumatlı, həm də məlumatsız yurdkeşlərimiz üçün ürəyim sözlə doludur. Bir müharibə veteranı kimi mövqeyim dəyişməzdir: Biz heç vaxt ana yurdumuzun müdafiəsi üçün döyüşçü postundan üz döndərməmik. Tariximiz göz qabağındadır.Ərlik keyfiyyətlərinə görə seçilən xalqımızın hünərvərliyinəhünər çatmaz. Biz xain düşmənə uduş verən sülhə razı deyilik, həmişə döyüşçü olmağa hazırıq. Ona görə də baş qatmaq mahiyyəti daşıyan mənasız sülh danışıqları qəlbimizə xoş gəlmir. Bu qətiyyətli qərarı verənlər yüzlərlədir. Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin təməl daşını qoyan ilk motoatıcı briqadamızın lider döyüşçüsü, ehtiyatda olan polkovnik-leytenant Qurban Teymurxan oğlu Qurbanovdur.
Səngər qardaşım Qurban Qurbanovun əsil-nəcabəti adi kəndlərlə bağlı deyil. Milli el qəhrəmanımız Alının adından öyünən tarixi Faxralı kəndindəndir. 1965-ci il oktyabrın 6-da bu kənddə dünyaya göz açaraq halal zəhmətlə yaşayan ata-anasının qoyduğu vətənçilik dəst-xətti ilə kamilləşmişdir. Ona “lider döyüşçü” deməyimin real əsasının gerçək mənbələri intəhasızdır. Qurban səngər tariximizin ilk imzalarındandır. Şıxov könüllü döyüşçü yığnağının mərdanə iştirakçısı kimi sözü ilə əməli bir olmuşdur. Savaşdan-savaşa  onun yetişdirdiyi döyüşçülərin himayəsi, təlim-tərbiyəsi altında  təbii axarla bu gün yeni milli cəngavərlər ərsəyə gəlməkdədir. Qurbanın ənənəsi kəsilmir. Ordudaxili liderlik meyilləri daha da geniş miqyas alır. Onun təmsil etdiyi şanlı 1-ci tabor qəhrəmanlıq əməlləri ilə müstəqilliyimizin ilk dövründə beynimizə soxulan müəyyən təfəkkür stereotiplərini çilik-çilik etdi.Sübut olundu ki, biz ordu yarada bilərik və daha yüksək döyüşçü dəyərlərinə malik bir silahlı qüvvə kimi qalib də olarıq. Necə ki, şəninə mahnılar bəstələnmiş 1-ci taborumuzun basılmaz igidləri Dağlıq Qarabağ savaşında məsul və həlledici məqamlarda murdar dığalar tərəfindən önə çəkilən ruslardan ibarət xüsusi təyinatlı qüvvələrə tutarlı döyüş dərsi verə-verə varlığımızı düşmənə yaxşıca qandırdılar.
Bir tutarlı sualım var: Seysulan döyüşündə savaş xəttini Yevlax rayonuna qədər uzatmaq xülyasına düşən dığaların önə çəkdikləri rus xüsusi təyinatlılarının dizini kim qırdı?! Bəlkə də, bu həqiqət bəzi siyasiləşən qüvvələrə qaranlıq içində görünür. Bu gerçəkliyə kim kölgə sala bilər?! Mən canlı şahid kimi danışıram. Həmin döyüş istiqamətində bir hərbi hissəmiz öz komandir müavinini itirdi. Bu məqamda 701 saylı döyüşçü heyəti önə verildi. Xilaskar adı qazanmış döyüşçüləri ilə öyünən 5-ci taborumuz isə iti sürətli Seysulan savaşında köməksiz dayana bilmədi. Bu zaman əməliyyata Qurban Qorbanovun rəhbərliyi altında “dəmiryeyənlərimiz” cəlb edildi. Döyüş prosesi yaman qızışdı. Düşmən tərəf göstərdiyimiz peşəkar savaşqanlığa məəttəl qaldı. 1-ci taborun mətin döyüşçü zəncirini qıra bilməyən xüsusi damğalı “ağ ayılar” gənc savaş peşəkarlarının hünəri qarşısında susmalı oldular. Necə deyərlər, “ağ ayıların” qorxudan qanı qaraldı. Onların varlığına çökən susqunluq hətta “Krasnaya zvezda” qəzetinin səhifələrində dilə gətirildi: “Biz daha Dağlıq Qarabağ uğrunda döyüşlərə getməkdən vaz keçirik. Çünki daha Azərbaycan Ordusu mövcuddur. Biz döyüşdə ölürük...” Bu etiraf muzdlu rus döyüşçülərinin etirafı idi!... Bəli, əsaslı deyilmişdi. Söz yox ki, bu etiraf bizim 1-ci taborun məğlubedilməz və çox cəsur döyüşçüləri, lider komandirimiz Qurban Qurbanovun ağıllı taktiki gedişləri hesabına hasilə gətirilmişdi.
Seysulan döyüşü barədə milli hərb tariximizə saldığım səngər reportajlarımdan bir haşiyə çıxmaq istəyirəm: “Döyüşçü əsgərimiz İmran İbrahimovun “bəxşeyiş”i daha qiymətli oldu. O, dünəndən bizimkilərə aman verməyən düşmən tankını qumbara ilə düz mühərrikindən odladı. Tank son nəfəsdə lüləsini üstümüzə tuşlayıb üç mərmi atdı. İmran bundan əsəbiləşib bir dizini yerə dirədi və ikinci qumbaranı atdı. Bu dəfə tankın səsi birdəfəlik kəsildi…
İmran İbrahimov şəhid olmuş silahdaşının cəsədini çıxarmaq cəhdi ilə özünü ön xəndəyə atdı. Onu görən yox idi. Əl atıb şəhidin çiynindən çəkə-çəkə arxaya sürünürdü. Birdən xəndəyin başına bir muzdlu rus əsgəri gəlib çıxdı. Səksəkəli baxışlarla ona doğru boylandı. İmran cavab verməyə hazır dayanmışdı. Uzaqbaşı eyni məqamda hər ikisi atəş aça bilərdi. Nədənsə, rus əvvəlcə qımıldanmadı. Lal oyunu başlandı. Rus əsgəri əli ilə soruşdu ki, nə edirsən? İmran da lalsayağı başa saldı ki, cəsədi aparıram. Rus barmağını silkələyə-silkələyə onu hədələdi. Amma ani olaraq arxasını çevirib uzaqlaşdı. İmran, imkan olsa da, onu arxadan vurmadı:
- Arxadan vurmaq kişilikdən deyil…
Qanlı Seysulan döyüşünün üçüncü günü bizim həmləmizlə başladı. Geri alınmış mövqelərdə zabit İlqar Dadaşov gecə ikən etibarlı səngərlər qazdırmışdı. Tünbətün olmuş düşmən də yeni qüvvələr gətirmişdi. 1-ci taborumuz taboru heç vaxt üzləşmədiyi güclü müqavimətlə rastlaşmışdı...”
Döyüşün qurtaracağı məsul bir məqamda muzdlu rus zabiti ilə bir dığanın mübahisəli söhbətini eşidən döyüşçü əsgərimiz İmran İbrahimov görün nə söyləyir: “ Dığa təkidlə deyirdi ki, döyüşü dayandırmayın. Muzdlu rus zabiti isə ona hirsli bir halda söyərək dedi ki, bu savaş ermənilik deyil, döyüşü biz başlamışıq, biz də dayandırırıq. Daha Azərbaycan Ordusu var. Biz döyüşdən çıxırıq!...”
Amma hirsindən dodağını çeynəyən Qurban Qurbanova motoatıcı briqada komandanlığından kimsənin “dayan” kəlməsini deməyə ürəyi gəlmirdi. Hamı bilirdi ki, dayanmağı inkar edən Qurban çox haqlıdı. Biz düşməni öz “uca arxası” ilə birgə əzirdik. Di gəl ki, qan bahasına qazanılan irəliləmə fürsət bir gün içərisində əldən çıxarıldı. Lap yuxarıdan gələn əmrə qarşı etiraz səsləri ucalsa da, axşam cağı operativ tapşırıqlara yerindəcə  əməl edildi. Beləliklə bu gün bizi boğaza yığan və düşmən tərəfə nəfəs dərmək şansı verən o qaraüzlü atəşkəsin ilk addımını atmalı olduq!
Bəzən kal təfəkkürə malik olan adamlar haqq anlayışını gec dərk edirlər. Lakin bu dərketmə labüddür. Çünki haqsızlıq anlayışı beynimizə güclü təsir edəndə tez haqq yoluna gəlirik. İndi ulu tarixini qəlbimizdə yaşatdığımız Dağlıq Qarabağ haqqını, viranə qalmış ana yurdumuzun işğal faktının həqiqi mahiyyətini  bilməyən varmı?! Bu qədər süstlük olar?!
Mən istər mülki olsun, istərsə də hərbçi kollektivi olsun, bütün kollektivlər arasındabir müharibə iştirakçısı kimi insan psixologiyası baxımından böyük fərq görmürəm. İş, yaxud xidmət qanunları eyni olmasa da, mənəvi tələblər həmişə hakimdir. Bu mənada 1-ci taborun komandiri obyektiv səbəblərə görə dəyişildikdən sonra kənar taborlardan ehtimal edilən fikirlər heç bir halda öz real təsdiqini tapa bilmirdi. Gənc ordumuzun ilk illərində nizamsız, qarmaqarışıq və təzadlı məqamlara tez-rez təsadüf edilirdi. Bəzən kollektivlərdə vəzifədə birinci yeri tutan komandir hörmət sıralamasında axırıncı yeri tuturdu. Bəzən ciddi bir şəkildə heç subordinasiya ovqatı hiss edilmirdi. Ona görə də ayaq yoluna gedən komandirin dalınca təsadüfi bir istiqamətdən qumbara atılırdı. Yaxud dilinə yiyəlik edə bilməyən bir tabor komandiri açıq bir şəkildə hamının ölüm hədəfinə çevrilirdi. Lakin bu sayaq xoşagəlməz hallar da çox davam edə bilmirdi. 1-ci taborun isə öz mənəvi dərinliyi vardı. Qurban bu dərinliyə sahib olan bir döyüşçü idi. Tabeliyində olan zabit və əsgərlərə savaş ustalığını ustalıqla öyrətməyi yaxşı bacarırdı.Səbəbsiz deyil ki, 1-ci tabor mətin şəxsi heyəti öz şərəfli döyüş tarixində uğurlu hücum və həmlələrə görə yüksək qiymətli  təltiflərin çoxunu məhz Qurban Qurbanovun komandirliyi dövründə qazanmışdı.Xüsusi şücaət və misilsiz qəhrəmanlıq nümunələrinə görə cəmi 12 medal və ordenin verilməsi barədə vəsatətonun imzası ilə yuxarı komandanlıq qarşısında qaldırılmışdı.
Şaxtalı, qarlı-boranlı bir şəraitdə Murovdağ hərbi əməliyyatını mərdanə bir tərzdə həyata keçirən 1-ci taborun döyüşçüləri  motoatıcı briqadamızın daxilində “dəmiryeyənlər” adını qazanmışdılar. Bu şərti ad sonralar yuxarı komandanlıq tərəfindən də məmnunluqla qəbul edilirdi. Ən basılmaz nöqtələrə “dəmiryeyənlər” sorğu-sualsız göndərilirdi.Ordudaxili sönməz güc və nüfuz sahiblərinin ad gerçəkliyi bacarıqlı tabor komandiri Qurban Qurbanovun hərbi taktiki gedişləri sayəsində yeni hünər formaları biçimində qəlbimizi dağa döndərirdi. Döyüşçü qəlbində kök salan komandir hikməti yeni mərdlik mənbələri yaradır və savaşdan-savaşatəzə qəhrəman könülləri dil açırdı.
Doğrudan da, dərinlik olan yerdə təkcə dərin sirlər gizlənmir, həm də cəsarətə güc gətirən limanlar lövbər salır. Qurban bu “limanlara” düzgün nizam verirdi. Döyüşlərin ən qızğın çağında da göstərdiyi təmkinlə hərbçi üçün uyarlı sayılan komandir sərtliyi arasında balanslaşma pozulmurdu. Onun təmkini hamıya xüsusi zövq verirdi. Bilirdilər ki, Qurban əbəs yerə hirslənmir. Bu, söz yox ki, özünə və tabelikdə olan şəxsi heyətə yüksək tələbkarlıq hisslərindən irəli gəlirdi. Qurbanın hərbi əməliyyat zamanı kəskin rəftar situasiyaları düzənlikdə əsən sərt küləklərə bənzəyirdi. Yəni kəskinləşən xasiyyətin, qəfildən coşan tündməcazlığın haqlı əsası olurdu. Baxışında sərtlik görünsə də duruşunda vüqarlılıq hiss edilirdi. Bu və ya digər hərbi əməliyyatın təhlilində tabor komandiri Qurban Qurbanovun ”yox” cavabı bəzilərinə ilk baxışda soyuq razılaşma kimi mənalandırılsa da, bu ağıllı imtinanın dəyəri sonra əməli yolla öz təsdiqini tapır və komandirə olan hörmət damcı-damcı deyil, selləmə bir axarla artırdı.
Gəlin 1-ci taborun bölük komandiri olmuşmedallı zabitimiz Elman Quliyevin bir döyüş xatirəsini yada salaq. Elman söyləyir ki, 1-ci tabor 1992-ci ilin payızında Laçın rayonunun Hoçaz dağında mövqe tutmuşdu. Cəsur Qurbançılar yaxşı düşünülmüş taktiki gedişlərlə dığaları itkiyə məruz qoyur və öz hərbi təcrübələrini uğurla zənginləşdirirdilər. Dayanmayan qəfil həmlə və hücumlarımızdan düşmən yaman qorxuya düşmüşdü. Elman öz dəyanətli komandiri barədə xüsusi fəxr hissi ilə qeyd edir ki, Qurban Qurbanovun çevik hərbi priyomlara və taktiki hiylələrə əsaslanan həmlə planları bizi irəli aparırdı. Bir həmləmiz daha çox uğur gətirdi. Dığalar bizim zərbələrimizə tab gətirməyərək döyüş texnikalarını qoyub qaçdılar. Kifayət qədər silah ehtiyatı qazandıq. Hərbi qənimət kimi ələ keçirdiyimiz iki tankı yerindən tərpətmək bizə problem olmuşdu. Qurban sovet dövründə  əsgər olarkən tankçılıqla bağlı müəyyən bilgilərə malik olduğuna görə tankın birini öz gücünə işə sala bildi. Lakin qeyri-müəyyən texniki qüsur ucbatından həmin tankı işlək vəziyyətdə saxlaya bilmədik.Digər tankı isə təmir üçün çəkib aparmaq mümkün olmadı. Qurban bu barədə briqada komandiri Zadir Rzayevə operativ məlumat verdi və mütəxəssis kimi köməyimizə çatan yüksək təcrübəli tankçı zabitimiz Xəyyam Həsənov bütün problemlərə son qoydu. Yəni Qurban Qurbanov yeri gələndə komandir, məqamı yetişəndə isə bir əsgər kimi fəaliyyət göstərir və fərqli üstün cəhətləri ilə şəxsi heyətin rəğbətini qazanırdı.
Lider döyüşçümüz Qurban Qurbanov Azərbaycan Politexnik İnstitutunun məzunudur. Ali təhsil aldığı ocağın rəsmi adını sovet sözlüyünə uyğun yazmağımın səbəbi var. Yəni demək istəyirəm ki, Qurban çətin sayılan klassik təhsil yetirməsidir. Əsgərliyini də sovet ordusunda çəkib. Ana yurdun keşməkeşli səngər ruzigarı onu peşəkar hərbçi kimi yetişdirib. Taqım komandiri postundan tabor komandiri səviyyəsinədək səngər ömrü sürmüşdür. Sonra motoatıcı briqada komandirinin müavini vəzifəsindən başlayaraq əməliyyat və döyüş hazırlığı üzrə müxtəlif məsul vəzifələri layiqincə yerinə yetirmiş və nəhayət, hərbçi müəllim statusunu da qazanmışdır. Bütün vəzifələrdə yüksək çalışqanlıq və hərbi peşəkarlıq nümunəsi göstərir, habelə qəfil verilən tapşırıqların ağırlığından yorulmurdu. Qurban əksinə olaraq, çətinliklərlə dolu hərbi xidmətdən yox, xidmət olmayan yerdə köklənən bekarçılıqdan üzgünləşirdi.
Dünya tarixində savaşların gediş forması və tarixi çox mürəkkəbdir. Onları tarixçilər incələdikcə daha gizli mətləblər üzə çıxarılır. Elə savaşlar olub ki, reallıqda bitmiş hesab edilsə də, ürəklərdə döyüş səsləri kəsilmir. Sinəmizə dağ çəkən Dağlıq Qarabaq savaşı da bax beləcə sönüb-tükənməyən bir savaşdır. Qurban Qurbanovun başçılıq etdiyi taborun igidləri ötən hərbi əməliyyatlarda öz əməllərinə görə heç vaxt baş aşağı olmayıb. İlk sınaq kimi Daşaltı əməliyyatından başlayaraq Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Füzuli uğrunda gedən ağır döyüşlərdə 1-ci tabor birinciliyini itirməyib. Ona görə də Qurban Qurbanov bu gün bizi bezikdirən atəşkəs rejimindən söz düşəndə inamla deyir ki, bizə itirmək rəva deyil, bizim ordu qalib ordu statusuna malik bir ordudur. Bu haqlı sözlərə əlavə nə deyəsən?!...
 
İbrahim MƏSİMOĞLU,     
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant




 

 

Şərh yaz


18 Noyabr 2019 Gürcüstan parlamenti fəaliyyətini bərpa etdi
18 Noyabr 2019 "Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi hesabat verib
18 Noyabr 2019 Şəfayət Avılbəyli:"Ermənistan tərəfdən atılan hər hansı bir addımın arxasında öz işğal siyasətinə don geydirmək kimi bir missiya durur!"
18 Noyabr 2019 Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
17 Noyabr 2019 Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
17 Noyabr 2019 Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2019 Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş -FOTO
15 Noyabr 2019 Daxili İşlər nazirindən generalın yerinə - TƏYİNAT
13 Noyabr 2019 Fəxri konsuldan Azərbaycan barədə xoş sözlər
13 Noyabr 2019 “Dörd əsgər anasıyam!”
12 Noyabr 2019 Siyavuş Novruzov: “Onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?”
12 Noyabr 2019 Ramiz Mehdiyev ona vəzifə verdi - Foto
12 Noyabr 2019 Q. Paşayeva MM-də 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanıcəmiyyəti narahat edən bir sıra problemlərdən danışıb
12 Noyabr 2019 İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!
12 Noyabr 2019 Bu gün Azərbaycanda Konstitusiya Günüdür
12 Noyabr 2019 Bu risklərdən narahatam - Nazarbayev
12 Noyabr 2019 Terroru Qarabağda MƏHV ETMƏK lazımdır - Ermənişünas
11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq

Xəbər lenti