.

Azərbaycan hökuməti 2018-ci ildə Cənubi Qafqazda insan, pul və materialların yerdəyişməsi ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısını almaq, onları aşkarlamaq, qarşısını almaq üzərində fəal işləyib.
Report xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin ayrı-ayrı ölkələrin terrorla mübarizədə gördüyü tədbirlər barədə yaydığı hesabatda yer alıb.
Hesabatın Azərbaycana dair "2018 Terrorist Incidents: There were no reported terrorist incidents in Azerbaijan in 2018" hissəsində respublikamızın terrorçuluğa qarşı fəal mübarizə apardığı bildirilir.
"Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror aktlarının qarşısının alınması ilə bağlı əməliyyatlar keçirib, terrorçuluqda şübhəli bilinənləri həbs edib, həmçinin Azərbaycandan xaricdəki terror qruplaşmalarının tərkibində döyüşənləri, terror qruplaşmalarına qoşulmaqda, maliyyə yardımı etməkdə şübhəli bilinənləri (xaricdən ölkəyə qayıdanları - red) məsuliyyətə cəlb edib", - deyə sənəddə qeyd olunur.
ABŞ Dövlət Departamenti Azərbaycanda sabitliyin mövcud olduğunu xüsusi olaraq qeyd edib:
"2018-ci il Azərbaycanda terror aktı qeydə alınmayıb.
Ötən il Azərbaycanda 2018-ci ildə maliyyə tranzaksiyalarına nəzarət üçün hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qanunvericiliyə düzəliş edilib, hansılar ki, hökumətin fikrincə, terrorçuluğun maliyyələşdirilməsində istifadə oluna bilər.
Azərbaycanın təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanları ölkə ərazisində terror aktlarının qarşısını almaq, aşkarlamaq qabiliyyətini kifayət qədər nümayiş etdirib. Terrorçuluqla mübarizə üçün məsuliyyət bir neçə dövlət orqanının üzərinə düşür.
Azərbaycanın Daxili İşlər Nazirliyi əsas hüquq-mühafizə orqanıdır və onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə nazirliyin antiterrorizm səylərinə rəhbərlik etmək həvalə olunub.
Azərbaycan terrorçuların və cinayətkarların siyahılarından, o cümlərdən limanlara giriş zamanı bioqrafiklər/biometrik yoxlamalardan istifadə edib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, həmçinin regional və beynəlxalq partnyorlarla informsiya mübadiləsi aparır".
Qeyd edək ki, hesabatda Azərbaycanın ayrı-ayrı dövlət orqanları, onların strukturu barədə məlumat verilir.
"Mətbuatın məlumatına görə, noyabrın 23-də (2018-ci il - red) Suriyadakı terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən 3 nəfər - İlqar Ağayev, Sahil İbrahimov və Namiq Məmmədov həbs ediliblər", - deyə sənəddə əlavə olunur.
Dövlət Departamentinin hesabatında eləcə də Azərbaycanın Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların üzvü olduğu, NATO-nun antiterror təşəbbüslərini alyansın "Sülh naminə tərəfdaşlıq"” proqramına üzv ölkə qismində dəstək verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycan NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası çərçivəsində bu ölkəyə sülhməramlılarını göndərib və Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianə verib.
Hesabatda Azərbaycanın terrorçuluğa qarşı mübarizə, təhlükəsizlik məsələləri üzrə məsul olan dövlət orqanlarının funksiyasına, görülən digər işlərə də toxunulub.
Qeyd edək ki, hesabatda bəzi ölkələr barədə tənqidi fikirlər yer alıb. Buna görə bir sıra dövlətlər sənədə etiraz bildiriblər.

Şərh yaz


18 Noyabr 2019 Gürcüstan parlamenti fəaliyyətini bərpa etdi
18 Noyabr 2019 "Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi hesabat verib
18 Noyabr 2019 Şəfayət Avılbəyli:"Ermənistan tərəfdən atılan hər hansı bir addımın arxasında öz işğal siyasətinə don geydirmək kimi bir missiya durur!"
18 Noyabr 2019 Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
17 Noyabr 2019 Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
17 Noyabr 2019 Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2019 Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş -FOTO
15 Noyabr 2019 Daxili İşlər nazirindən generalın yerinə - TƏYİNAT
13 Noyabr 2019 Fəxri konsuldan Azərbaycan barədə xoş sözlər
13 Noyabr 2019 “Dörd əsgər anasıyam!”
12 Noyabr 2019 Siyavuş Novruzov: “Onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?”
12 Noyabr 2019 Ramiz Mehdiyev ona vəzifə verdi - Foto
12 Noyabr 2019 Q. Paşayeva MM-də 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanıcəmiyyəti narahat edən bir sıra problemlərdən danışıb
12 Noyabr 2019 İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!
12 Noyabr 2019 Bu gün Azərbaycanda Konstitusiya Günüdür
12 Noyabr 2019 Bu risklərdən narahatam - Nazarbayev
12 Noyabr 2019 Terroru Qarabağda MƏHV ETMƏK lazımdır - Ermənişünas
11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq

Xəbər lenti