.

Noyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Asiya.info-ya verilən məlumata görə, iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan Müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.
Türkiyə xalqının rifahı uğrunda terrorçuluqla mübarizədə şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyən Müdafiə naziri separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəklədiyini diqqətə çatdırıb.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparıldığını qeyd edib. Nazir, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Korgeneral M.Gürak də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.
Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərh yaz


11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq
07 Noyabr 2019 Vilayət Eyvazovdan MÜRACİƏT: "Onların mənafeləri yüksək səviyyədə qorunmalıdır"
07 Noyabr 2019 Əli Əsədov Litva Seyminin sədri ilə görüşdü
06 Noyabr 2019 "Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə” mövzusunda konfrans keçirilmişdir
06 Noyabr 2019 Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif
06 Noyabr 2019 Suriya nefti ilə bağlı ABŞ-la əməkdaşlıq etməyəcəyik - Rusiya
05 Noyabr 2019 “Ermənistan həm sözdə, həm də əməldə bu prosesi pozur”
05 Noyabr 2019 “Məni təhqir edənlərin hamısı avaradır” – Deputat fikrindən dönmədi
05 Noyabr 2019 Paşinyan: Qafqazda stabilliyi “Rus NATO-su” qoruyur
05 Noyabr 2019 Erməni hərbçisi intihar etdi
05 Noyabr 2019 Elşad Hacıyev mediaya səsləndi: “PRESS” yazılan gödəkçə geyinin
05 Noyabr 2019 Milli Məclisdə büdcə müzakirələri başlayır
05 Noyabr 2019 Əli Əsədovdan Baş Nazir kimi - İlk qərar
05 Noyabr 2019 Nuşirəvan Məhərrəmli: "Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur"
05 Noyabr 2019 ABŞ hesabat yaydı: Azərbaycanda terror...
04 Noyabr 2019 Əli Nağıyevin yerinə o təyin edildi
02 Noyabr 2019 LİDER DÖYÜŞÇÜMÜZ-İbrahim MƏSİMOĞLU yazır...
02 Noyabr 2019 Qüdrət Həsənquliyev: “Seçkili vəzifələr üçün yaşın heç bir fərqi yoxdur”

Xəbər lenti