.

Estoniyada
“Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti və perspektivlərinin təbliği” mövzusunda konfrans keçirilmişdir
 
Müstəqil Araşdırmacı Jurnalistlər İB-nin təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılğı  ilə 6 noyabr 2019-cu ildə  Tallin şəhərində keçirilən konfransda Müstəqil Araşdırmacı Jurnalistlər İB-nin sədrinin köməkçisi və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin nümayəndəsi, Türkiyə Respublikasının Estoniyadakı səfirliyinin ikinci katibi Emrah Yavuz, Estoniya Qaçqınlar Şurasının nümayəndəsi Anu Viltrop, Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Haciyev, Estoniya Radio 4 müəllif verlişinin-“Ocaq”ın redaktoru Sənəm Əliyeva, Estoniya Diplomatiya Akademiyasının, eləcə də sözügedən ölkədə təhsil alan tələbələr və QHT nümayəndələri iştirak etmişdir.
Konfransda “Qarabağ Azərbaycandır, nida!” mövzusu ilə çıxış edən Rəfi Qurbanov iştirakçıların diqqətinə çatdırmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunması ölkəmizin xarici siyasətinin əsas priotitedir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda münaqişənin həlli ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran R.Qurbanov bildirmişdir ki, istər Ermənistanın əvvəlki rejimi, istərsə də bu günkü hakimiyyətin siyasi ritorikasında münaqişənin sülh yolu ilə həll olunmasına maneə olacaq fikirlər yer alır. Buna misal kimi Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyanın BBC-nin məhşur  verlişi olan “Hardtalk”a müashibəsini göstərən natiq iştirakçıların diqqətinə çatdırmışdır ki, sanki nüfuzlu beynəlxalq təşkilatların rəsmi qərarları, müstəqil beyin mərkəzlərinin apardığı araşdırmaların nəticələri, bir sözlə beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı rəyi yalandır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması, mədəni irsimizin, maddi dəyərlərimizin məhv edilməsi faktını yalnız biz deyil, müstəqil beynəlxalq qurumlar və onların apardığı araşdırmaların nəticələri deyir.
Daha sonra Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində bütün səylərin göstərildiyini qeyd edən icraçı direktorun müavini bildirmişdir ki, atəşkəs elan olunduqdan sonra Azərbaycan tərəfi hər zaman beynəlxalq hüquq və normalarını əsas tutmuş və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bütün platformalardan ifadə etmişdir. Sonda isə Rəfi Qurbanov diqqətə çatdırmışdır ki, bu gün dünyanın müxtəlif kəşfiyyat orqanlarının ermənilərlə bağlı açıqladıqları arxivlərə nəzər saldıqda Ermənistan və erməni millətçiləri tərəfindən yaradılan bir sıra terror təşkilatlarının törətdikləri vəhşiliklər dünyaya məlum olur.
Sonda layihə çərçivəsində çap edilmiş “Dağlıq Qarabağda yaşayan azərbaycanlılar” adlı kitabça iştirakçılara təqdim olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
 

Şərh yaz


11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq
07 Noyabr 2019 Vilayət Eyvazovdan MÜRACİƏT: "Onların mənafeləri yüksək səviyyədə qorunmalıdır"
07 Noyabr 2019 Əli Əsədov Litva Seyminin sədri ilə görüşdü
06 Noyabr 2019 Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif
06 Noyabr 2019 Suriya nefti ilə bağlı ABŞ-la əməkdaşlıq etməyəcəyik - Rusiya
05 Noyabr 2019 “Ermənistan həm sözdə, həm də əməldə bu prosesi pozur”
05 Noyabr 2019 Zakir Həsənov Metin Gürakını qəbul etdi
05 Noyabr 2019 “Məni təhqir edənlərin hamısı avaradır” – Deputat fikrindən dönmədi
05 Noyabr 2019 Paşinyan: Qafqazda stabilliyi “Rus NATO-su” qoruyur
05 Noyabr 2019 Erməni hərbçisi intihar etdi
05 Noyabr 2019 Elşad Hacıyev mediaya səsləndi: “PRESS” yazılan gödəkçə geyinin
05 Noyabr 2019 Milli Məclisdə büdcə müzakirələri başlayır
05 Noyabr 2019 Əli Əsədovdan Baş Nazir kimi - İlk qərar
05 Noyabr 2019 Nuşirəvan Məhərrəmli: "Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur"
05 Noyabr 2019 ABŞ hesabat yaydı: Azərbaycanda terror...
04 Noyabr 2019 Əli Nağıyevin yerinə o təyin edildi
02 Noyabr 2019 LİDER DÖYÜŞÇÜMÜZ-İbrahim MƏSİMOĞLU yazır...
02 Noyabr 2019 Qüdrət Həsənquliyev: “Seçkili vəzifələr üçün yaşın heç bir fərqi yoxdur”

Xəbər lenti