.

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Komitənin sədri Ziyad Səmədzadə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinin nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklərin dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcəyini diqqətə çatdıran deputat 2020-ci ilin büdcəsinin ən irihəcmli büdcə olacağını vurğulayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında ötən il qarşıya qoyulmuş əsas hədəflərə nail olunduğunu bildirib. Nazirin sözlərinə görə, bu il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində qeyri-neft sahəsində 8,9 faiz artım müşahidə olunub. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.
Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Yeniliklər əsasən ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarlıq fəaliyyətinin təşviq olunmasını, sahibkarların inzibatçılıq yükünün, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir.
Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir. Bu, əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyənləşdirilməsi, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan əti satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafını, şəffaflığın artırılmasını, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.
Mikayıl Cabbarov onu da qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Bildirilib ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.
Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Şəmsəddin Hacıyev, İlham Əliyev, Aydın Hüseynov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə fikir və təkliflərini bildiriblər.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.(Modern.az)

Şərh yaz


11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırış edib.
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Vilayət Eyvazovdan MÜRACİƏT: "Onların mənafeləri yüksək səviyyədə qorunmalıdır"
07 Noyabr 2019 Əli Əsədov Litva Seyminin sədri ilə görüşdü
06 Noyabr 2019 "Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə” mövzusunda konfrans keçirilmişdir
06 Noyabr 2019 Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif
06 Noyabr 2019 Suriya nefti ilə bağlı ABŞ-la əməkdaşlıq etməyəcəyik - Rusiya
05 Noyabr 2019 “Ermənistan həm sözdə, həm də əməldə bu prosesi pozur”
05 Noyabr 2019 Zakir Həsənov Metin Gürakını qəbul etdi
05 Noyabr 2019 “Məni təhqir edənlərin hamısı avaradır” – Deputat fikrindən dönmədi
05 Noyabr 2019 Paşinyan: Qafqazda stabilliyi “Rus NATO-su” qoruyur
05 Noyabr 2019 Erməni hərbçisi intihar etdi
05 Noyabr 2019 Elşad Hacıyev mediaya səsləndi: “PRESS” yazılan gödəkçə geyinin
05 Noyabr 2019 Milli Məclisdə büdcə müzakirələri başlayır
05 Noyabr 2019 Əli Əsədovdan Baş Nazir kimi - İlk qərar
05 Noyabr 2019 Nuşirəvan Məhərrəmli: "Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur"
05 Noyabr 2019 ABŞ hesabat yaydı: Azərbaycanda terror...
04 Noyabr 2019 Əli Nağıyevin yerinə o təyin edildi
02 Noyabr 2019 LİDER DÖYÜŞÇÜMÜZ-İbrahim MƏSİMOĞLU yazır...
02 Noyabr 2019 Qüdrət Həsənquliyev: “Seçkili vəzifələr üçün yaşın heç bir fərqi yoxdur”

Xəbər lenti