.



Millət vəkili Q. Paşayeva Milli Məclis komitələrində 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində  təkliflərlə çıxış edib.  

Asiya.info xəbər verir ki, Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin səhiyyə, əmək və sosial siyasət, elm və təhsil, mədəniyyət, ailə qadın və uşaq məsələləri komitələrində müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva bir sıra təkliflərlə çıxış edib. Millət vəkili Q. Paşayeva çıxışında dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları hər birimiz dəstəkləyirik deyərək, 2020-ci ilin büdcə layihəsinin də yüksək səviyyədə tərtib olmasını, sosial yönümlü olduğunu xüsusi vurğulayaraq dəstəklədiyini deyib, kənd bölgələrində yaşayan insanlarımızın bir sıra təkliflərini   səsləndirərək onların da gələn ilin büdcəsində nəzərə alınmasına çağırıb.

Millət vəkili Q. Paşayeva  bölgələrdə yaşayan insanlarımızın səsinin dövlət qurumlarında daha çox eşidilməli olmasının vacibliyinə toxunaraq  millət vəkili seçildiyi Tovuz rayonunun sakinlərinin bir sıra təkiflərini səsləndirib, müvafiq qurumları onların həllində daha fəal olmağa çağırıb.   Q. Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib. Yerli alimlərimizlə, mütəxəssislərimizlə birgə Yaponiyanın, Fransanın və Almaniyanın alimlərinin birgə araşdırma və tədqiqat apardığı Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını  təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb. Cənab prezidentimiz İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı  Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb. Millət vəkili bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı cənab prezidentin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıb və deyib ki işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.   
        Təhsilə, məktəblərin tikintisi və təmirə  ayrılan  vəsaitlərin daha da artırılmasına ehtiyac olduğunu deyən millət vəkili Q.Paşayeva deyib: “Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtyac var. Mən təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisini və təmirinin surətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırırıq.
Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan millət vəkili Q. Paşayeva “Təhsilin aşağı düşməsinə imkan verməməliyik. Kəndlərdə təhsil düşərsə, bu ölkəmiz üçün problemlərin əsasını qoyacaq. Valideynlərin, kasıb və orta imkanlı ailələrin  övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur deyib və dövlət universitetlərinin yataqxanalarının artmasının vacibliyini xüsusi vurğulayaraq yataqxanaların tikintisinə daha çox vəsait ayrılmasına, ilkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsini, bu prosesin sürətlə davam etməsinin vacibliyini xüsusi vurğulayaq müvafiq qurumlara çağırış edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən cənab prezidentin, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük islahatlar aparıldığını və bunun insanlar tərəfindən daha da yüksək dəyərləndiriliyini vurğulayan Q. Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə  danışaraq müvafiq qurumlara çağırışlar edib:  “Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına  ancaq çatır. Bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq. Autizmli uşaqların sayını ilən ilə artmasını nəzərə alaraq bu məsələyə xüusi diqqət yetirməliyik və bu uşaqların ailələri ciddi dəstək gözləyir.”  
Aliment fondunun yaradılmasının vacibliyi barədə danışan millət vəkili Q. Paşayeva “artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır deyib və bu istiqamətdə ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin irəli sürdüyü təklifləri dəstəkləyirik deyib. Millət vəkili  Q. Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə qısa zamanda  baxılması və bu məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq  müvafiq qurumlara çağırış edib.
 Millət vəkili Q.Paşayevanın çıxışını aşağıdakı linkdən izləyə bilərsiniz:

Şərh yaz


11 Noyabr 2019 Millət vəkili Q.Paşayeva Şimali Makedoniyada Qarabağ həqiqətləri ilə bağlı çıxış edib və və çağırış səsləndirib.
11 Noyabr 2019 “Azəriqaz” İB-nin Baş Direktoru istixana sahibləri ilə görüşdü
11 Noyabr 2019 Rəsmi Bakıdan Lavrova - CAVAB
11 Noyabr 2019 Beş gün dərs olmayacaq
11 Noyabr 2019 DİN və Baş Prokurorluqdan Gəncədəki qətllə bağlı - Açıqlama
11 Noyabr 2019 Atatürkün dəfn mərasimindən şəkillər yayımlandı - Fotolar
09 Noyabr 2019 Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi
09 Noyabr 2019 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar
09 Noyabr 2019 Gədəbəy ABŞ-ın bu şəhəri ilə qardaşlaşdı
08 Noyabr 2019 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
08 Noyabr 2019 Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
07 Noyabr 2019 Mikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsində mühüm dəyişikliklər olacaq
07 Noyabr 2019 Vilayət Eyvazovdan MÜRACİƏT: "Onların mənafeləri yüksək səviyyədə qorunmalıdır"
07 Noyabr 2019 Əli Əsədov Litva Seyminin sədri ilə görüşdü
06 Noyabr 2019 "Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə” mövzusunda konfrans keçirilmişdir
06 Noyabr 2019 Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif
06 Noyabr 2019 Suriya nefti ilə bağlı ABŞ-la əməkdaşlıq etməyəcəyik - Rusiya
05 Noyabr 2019 “Ermənistan həm sözdə, həm də əməldə bu prosesi pozur”
05 Noyabr 2019 Zakir Həsənov Metin Gürakını qəbul etdi
05 Noyabr 2019 “Məni təhqir edənlərin hamısı avaradır” – Deputat fikrindən dönmədi
05 Noyabr 2019 Paşinyan: Qafqazda stabilliyi “Rus NATO-su” qoruyur
05 Noyabr 2019 Erməni hərbçisi intihar etdi
05 Noyabr 2019 Elşad Hacıyev mediaya səsləndi: “PRESS” yazılan gödəkçə geyinin
05 Noyabr 2019 Milli Məclisdə büdcə müzakirələri başlayır
05 Noyabr 2019 Əli Əsədovdan Baş Nazir kimi - İlk qərar
05 Noyabr 2019 Nuşirəvan Məhərrəmli: "Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur"
05 Noyabr 2019 ABŞ hesabat yaydı: Azərbaycanda terror...
04 Noyabr 2019 Əli Nağıyevin yerinə o təyin edildi
02 Noyabr 2019 LİDER DÖYÜŞÇÜMÜZ-İbrahim MƏSİMOĞLU yazır...
02 Noyabr 2019 Qüdrət Həsənquliyev: “Seçkili vəzifələr üçün yaşın heç bir fərqi yoxdur”

Xəbər lenti