.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Malyutka-2” uşaq qidalarının tərkibində uşaqların sağlamlığına ziyan ola biləcək maddələrin aşkarlandığına dair məlumat yayıb. 
Xəbər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub, azyaşlı uşağı olan ailələr isə təlaşa düşüblər. 
Oxu.Az məsələ ilə bağlı məhsulu ölkəyə gətirən, “Nutrica” şirkətinin rəsmi distribüteri olan “İDC-2000” MMC ilə əlaqə saxlayıb.
Şirkətin direktor müavini Fuad Rzayev qeyd edilən məhsulun onlara aid olmadığını deyir. O, məhsulların qablaşdırılmasındakı fərqli məqama diqqət çəkib:
“Bu gün “Malyutka” uşaq yeməkləri bu bazarın ən çox satılan məhsuludur. Ümumiyyətlə, bu məhsullar sovet dövründən satışda var və keyfiyyəti barədə bu günə qədər heç bir şikayət olmayıb.
1998-ci ildən biz bu şirkətin “Aptamil” uşaq yeməklərinin Azərbaycan bazarında satışına başlamışıq. Yaxşı nəticə göstərdiyimiz üçün daha sonra şirkətin digər uşaq qidalarının satışına da başlanıb. “Nutricia” şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri “Veysəloğlu” şirkəti olub.
Lakin sonradan şirkət rəsmi satış icazəsini onlardan alıb. 2018-ci ilin mart ayından etibarən “Nutricia” şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, “İDC 2000 MMC"-yə verilib. Bu məhsullar “Nutrilon”, “Aptamil” və “Malyutka-1,2,3” əmtəə nişanlı uşaq qidalarıdır.
2018-ci ilin avqust ayından etibarən “Veysəloğlu” şirkəti “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil.
Həmin qablaşdırmanın arxa hissəsində məhsulun “Veysəloğlu” şirkətinə aid olduğu qeyd edilib. Ona görə də bu məhsulla bağlı yaranmış problemə görə “İDC 2000 MMC” şirkəti heç bir məsuliyyət daşımır”.
Daha aydın olsun deyə hər iki şirkətə aid olan “Malyutka-2” əmtəə nişanlı uşaq yeməklərinin fotolarını təqdim edirik. Orijinal məhsulun üzərində aşağı hissədə xüsusi loqo və arxasında şirkətin adı qeyd olunub:
Şirkətin direktor müavini onu da əlavə edib ki, vətəndaşlar məhsulları alarkən bu məqamlara xüsusi diqqət etsinlər:
“İlk olaraq məhsulun istehsal tarixinə baxsınlar. Biz məhsullarımızın 100 faiz keyfiyyətli olduğuna əminik. Qablaşdırmanın arxasında yazılan şirkətə diqqət etsinlər. Satış şəbəkələrində məhsulların saxlanma şəraiti də onların keyfiyyətinə təsir göstərən amillər sırasındadır. Məhz bu səbəbdən şirkətimiz öz məhsulları ilə bağlı vətəndaşlarla birbaşa ünsiyyətdən yayınmır.
Bizim məhsullarla bağlı hər hansı sualı olan vətəndaşlar birbaşa şirkətimizin əlaqə nömrələrinə zəng edərək müraciət edə bilərlər. Həmin vətəndaşla mütləq şəkildə görüşüb, problemli məqamları araşdırıb, məsələyə aydınlıq gətirməyə hazırıq”.
12 Oktyabr 2019 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi
11 Oktyabr 2019 DTX terror dəstəsini ələ keçirdi - Video
07 Oktyabr 2019 Elinanın məktəb direktorundan daha bir iddia: "Müəllimləri imza atmağa məcbur edib"
04 Oktyabr 2019 Türkiyədən ABŞ-a- Türkiyə qərarlı
27 Sentyabr 2019 Bu müəllimlərə əlavə ödənişlərin miqdarı artırılsın – Təklif
22 Sentyabr 2019 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı - Yenilənib
18 Sentyabr 2019 Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış
06 Sentyabr 2019 Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə...
29 Avqust 2019 ABŞ-ın Florida ştatına doğru güclü "Dorian" qasırğası yaxınlaşır
17 Avqust 2019 Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Uşaqlarınızı oğurlaya bilərlər
13 Avqust 2019 Atambayev Qırğızıstanda dövlət çevrilişi hazırlayıb - Kəşfiyyat
23 İyul 2019 SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır
16 İyul 2019 Türk deputatdan Keşikçidağ məsələsinə — MÜNASİBƏT
07 İyul 2019 Qanlı hadisənin qarşısı alındı: "Məşədi Elçin" saxlanıldı
30 İyun 2019 Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə - Xəbərdarlıq
29 İyun 2019 ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ – İranla müharibə yenidən alovlanır?
27 İyun 2019 Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
11 İyun 2019 Bu gənclərin təhsil xərcləri qarşılanacaq – Müsabiqə
07 İyun 2019 Qubada 5 günlük istirahət fantastik qiymətə
04 İyun 2019 Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - MəlBu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadəeykə Abbaszadə
03 İyun 2019 Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi
30 May 2019 Elinanın oxuduğu məkrəbin müəllimləri və sinif yoldaşları dindirilib
29 May 2019 Əsl jurnalist vətənpərvərlik və dövlətçilik mövqeyindən çıxış etməlidir
27 May 2019 Hər oğurluq pisdir, amma səs oğurluğu... - Ərdoğan
17 May 2019 Vasif Talıbov “Duzdağ”la bağlı sərəncam verdi –40 illik yubileyi keçiriləcək
15 May 2019 Bu təxribatçıları Bakıya kim dəvət edib? – Nazirlikdən açıqlama
03 May 2019 Kollec məzunlarının universitetə qəbul müəmması...
02 May 2019 Bu imtahanların nəticələri bir neçə günə açıqlanacaq – Abituriyentlərin diqqətinə
01 May 2019 Limiti keçmiş abonentlərin NƏZƏRİNƏ - Tarif Şurası açıqladı
19 Aprel 2019 Azərbaycanda avtobus zavodu tikilir

Xəbər lenti