.

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Asiya.info xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub.
İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb. Görüşdə, həmçinin Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.
Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.
Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və tapşırıqlarının icrası nəticəsində nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb. Böyük tarixi və iqtisadi əhəmiyyət kəsb edən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Bu ilin martın 6-da İran Prezidenti Həsən Ruhaninin və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Qəzvin-Rəşt dəmir yolunun açılışı olub ki, bu da yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır.
Görüşdə Şahin Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, ticarət, su təsərrüfatı, humanitar, turizm və s. sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.
İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Reza Rəhmani son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını, hər iki ölkənin prezidentlərinin İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı yüksək siyasi münasibətlərin iqtisadi tərəfdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını, iqtisadi-ticarət əməkdaşlığın dərinləşdiyini vurğulayıb. İranlı nazir qeyd edib ki, ölkəsində sahibkarlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bu imkanlardan yararlana bilərlər.
Görüşdə sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrə dair müzakirələr aparılıb.
06 Sentyabr 2019 Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə...
29 Avqust 2019 ABŞ-ın Florida ştatına doğru güclü "Dorian" qasırğası yaxınlaşır
17 Avqust 2019 Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Uşaqlarınızı oğurlaya bilərlər
13 Avqust 2019 Atambayev Qırğızıstanda dövlət çevrilişi hazırlayıb - Kəşfiyyat
23 İyul 2019 SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır
16 İyul 2019 Türk deputatdan Keşikçidağ məsələsinə — MÜNASİBƏT
07 İyul 2019 Qanlı hadisənin qarşısı alındı: "Məşədi Elçin" saxlanıldı
30 İyun 2019 Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə - Xəbərdarlıq
29 İyun 2019 ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ – İranla müharibə yenidən alovlanır?
27 İyun 2019 Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
11 İyun 2019 Bu gənclərin təhsil xərcləri qarşılanacaq – Müsabiqə
07 İyun 2019 Qubada 5 günlük istirahət fantastik qiymətə
04 İyun 2019 Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - MəlBu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadəeykə Abbaszadə
03 İyun 2019 Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi
30 May 2019 Elinanın oxuduğu məkrəbin müəllimləri və sinif yoldaşları dindirilib
29 May 2019 Əsl jurnalist vətənpərvərlik və dövlətçilik mövqeyindən çıxış etməlidir
27 May 2019 Hər oğurluq pisdir, amma səs oğurluğu... - Ərdoğan
17 May 2019 Vasif Talıbov “Duzdağ”la bağlı sərəncam verdi –40 illik yubileyi keçiriləcək
15 May 2019 Bu təxribatçıları Bakıya kim dəvət edib? – Nazirlikdən açıqlama
03 May 2019 Kollec məzunlarının universitetə qəbul müəmması...
02 May 2019 Bu imtahanların nəticələri bir neçə günə açıqlanacaq – Abituriyentlərin diqqətinə
01 May 2019 Limiti keçmiş abonentlərin NƏZƏRİNƏ - Tarif Şurası açıqladı
17 Aprel 2019 Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı yeni - QƏRAR
13 Aprel 2019 Azərbaycanda daha bir orta məktəbdə şagirdlər təhlükə ilə üz-üzədir - Səs yazısı
11 Aprel 2019 PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır…
11 Aprel 2019 Prezident Elina ilə bağlı tapşırıq verdi
08 Aprel 2019 Azərbaycandan AŞPA-ya çağırış: Obyektiv hesabat hazırla
08 Aprel 2019 Direktorun Elina ilə bağlı rüsvayçı səs yazısı yayıldı - Video
08 Aprel 2019 “Diqlas”dakı yanmamış anbarların açılmasına başlanıldı
05 Aprel 2019 İçindən qum çıxan uşaq qidasını ölkəyə “Veysəloğlu” gətirib - AÇIQLAMA

Xəbər lenti