.

Toyda Laçın rayonunun o vaxtkı icra başçısı Z.Cabbarov, rayon prokuroru T.Tarverdiyev, 701-ci briqadanın komandiri polkovnik Ə.Qənizadə və s. iştirak edib...

26 dekabr 1992-ci ildə- qarlı qış günlərində  Laçın rayonunun azad edilmiş Ərikli kəndində keçirilmiş ilk və son toyun video-görüntüləri üzə çıxdı.
Moderator.az xəbər verir ki,  həmin video-yazını tanınmış telejurnalist Mircavad Rəhimov "Qarabağ Media" nəşrinə  göndərib. Video-görüntülərə yazılan şərhdə deyilir: 
“Çəkilişi Laçın rayonunun şimal hissəsi işğaldan azad olunandan sonra həvəskar operator aparıb. Bu, Azərbaycan ordusunun uğurlu "Laçın dəhlizi" əməliyyatından sonra Ərikli kəndində baş tutan ilk toydur. Kənd sakini Arif Məhəmmədoğlunun toyunda Laçın Rayon İcra Hakimiyyətinin o vaxtkı  başçısı rəhmətlik Zakir Cabbarov, rayon prokuroru Telman Tarverdiyev, 701-ci briqadanın komandiri polkovnik Əzizağa Qənizadə, zabit heyəti və sıravi kənd sakinləri də görünür.
Müdafiə Nazirliyi tərəfindən 1992-ci il sentyabr-oktyabrında Kəlbəcər və Qubadlı rayonları istiqamətindən ilk mərhələdə uğurlu başlanan “Laçın dəhlizi” əməliyyatı keçirilib. Nəticədə Kirs dağı istisna olmaqla əsas strateji yüksəkliklər azad edilib.
“Laçın dəhlizi"nə son genişmiqyaslı hücum 3 oktyabr 1992-ci ildə Qubadlı istiqamətindən Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Əliyar Əliyevin batalyonu və 704-cü briqadanın bölmələri tərəfindən keçirilmişdi. 704-cü briqadanın bölmələri qarşılarına qoyulan döyüş vəzifələrini yerinə yetirmişdilər, lakin Laçın şəhərinin yaxınlığında 706-cı briqadanın 1-ci batalyonunun komandiri Əliyar Əliyevin həlak olması ilə Qubadlı tərəfindən hücum pozulmuşdu. 706-cı briqadanın komandiri Nüsrət Namazov Əliyar Əliyevin ölümü ilə əməliyyatı davam etdirmədiyinə görə həbs olunmuşdu.
Təəssüf ki, qələbəyə tam yaxınkən 15 oktyabr 1992-ci ildə “Laçın dəhlizi” əməliyyatı ali komandanlığın əmrinə əsasən rəsmən dayandırıldı. 
1993-cü ilin fevral ayında Ağdərə rayonu düşmən tərəfindən işğal olunduqdan sonra isə Kəlbəcər rayonunun əliyalın əhalisi düşmən mühasirəsi ilə üz -üzə qalır, nəticədə işğal qaçılmaz olur...
Müdafiə Nazirliyindən 701-ci briqadanın, 811-saylı Laçın alayının və Laçın polis taborunun mühasirəyə düşməmək üçün Laçındakı mövqelərindən Kəlbəcər istiqamətində geri çəkilməsi barədə əmr verilir. Beləliklə də, Laşın və Kəlbəcər rayonları işğal olunur.
Yarımçıq qalmış "Laçın dəhlizi" əməliyyatı uğurla başa çatdırılsaydı, Laçın və digər rayonlar faktiki olaraq müəmmalı olayların qurbanı olmazdı. Bu da Qarabağ müharibəsinin bütünlüklə Azərbaycanın xeyrinə həll edilməsinə zəmin yarada bilərdi.
Qeyd edək ki, Laçın rayonu Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə indiki Ermənistanla həmsərhəddir. 18 may 1992-ci ildə tarixdə rayon mərkəzi işğal edilsə də,  1992-ci ilin iyun-oktyabr aylarında rayonun 60-ya yaxın kəndi Azərbaycan ordusu tərəfindən azad olunmuşdu. Laçının tamamilə ermənilər tərəfindən işğalı Kəlbəcərin 2-4 apreldə işğal edilməsindən bir gün öncə baş verib...”

 

Şərh yaz


19 Aprel 2019 Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzi istifadəyə verilib - VİDEO
04 Aprel 2019 Ordumuzun ən yaxşı tank bölüyü müəyyənləşdi - VİDEO
26 Mart 2019 Yanan ticarət mərkəzinin içərisindən görüntülər yayıldı - Video
20 Mart 2019 "İçərişəhər" stansiyasında ikigünlük Novruz şənliyi olub-Foto+Video
12 Mart 2019 Azərbaycan aviasiyası havaya qaldırıldı - Video
07 Mart 2019 Bakıda kolbasa sexində iyrənc mənzərə – FOTO+VİDEO
06 Mart 2019 Müharibə veteranları vətən xainlərinin layiqli şəkildə cəzalanmasını tələb edir
23 Fevral 2019 Brüsseldə izdihamlı Qarabağ mitinqi başladı - Canlı yayım
12 Fevral 2019 İlham Əliyev Real TV-yə müsahibə verdi – Video
10 Fevral 2019 Gənc əsgərlər and içdi - FOTO+VİDEO
06 Fevral 2019 Zəlzələ anı və sonrası - Videolar
02 Fevral 2019 İlham Əliyevin əlil gəncə jesti bütün zalı ayağa qaldırdı - VİDEO
29 Yanvar 2019 Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
26 Yanvar 2019 Azərbaycanda sürücü yol polisini ağlatdı - Video
01 Yanvar 2019 Qorki Parkı körpüsünün dağılması nəticəsində 13 nəfər yaralanıb-VİDEO
27 Dekabr 2018 Çavuşoğlunun Qarabağ bəyanatı İrəvanı silkələdi - Video
22 Dekabr 2018 Ramil Usubovun 70 yaşı oldu - VİDEO
09 Dekabr 2018 Gədəbəyə qar yağır-VİDEO
06 Dekabr 2018 Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb - VİDEO
27 Noyabr 2018 İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI
21 Noyabr 2018 Akif Camalovun ifasında gözəl saz havaları-Video.
15 Noyabr 2018 Evi yanan bu şəxslərə yeni evlər veriləcək - Video
11 Noyabr 2018 Mövcud olmayan ölkə: Rusiyanın ermənilərlə bağlı qərarı - Video
09 Noyabr 2018 Müdafiə Nazirliyindən əsgər ailələrinə SÜRPRİZ: Valideynlərə məktubu əvəzinə övladları gətirildi- VİDEO
05 Noyabr 2018 Yeddiqat dünya çempionu nokautla öldürüldü - Vide
01 Noyabr 2018 Abutalıbov əsəbiləşdi, 200 protokolu ləğv etdirdi - Video
24 Oktyabr 2018 Metroda eskalator xarab oldu: 30 nəfər xəsarət aldı - YENİLƏNİB + VİDEO
18 Oktyabr 2018 Azərbaycan baş nazirin eks müşavirinin kürəkəni GÜLLƏLƏNDİ - FOTO-VİDEO
13 Oktyabr 2018 Sürüşmə anının - Videosu
11 Oktyabr 2018 Bayrağımız əfsanəvi qalada dalğalandı - Video

Xəbər lenti