.


Qazaxıstanın liman şəhəri olan Aktauda təyyarədən düşəndən sonra əvvəlki paytaxt “Alma-ataya hələ 3 saatdan çox təyyarə yolu var” düşüncəsi ilk baxışdaca bu ölkənin əzəmətini göstərir. Sözsüz bir ölkə üçün ərazinin bu qədər böyüklüyü ciddi üstünlükdür. Elə bu faktor regionda bir-biri ilə qarşılıqlı əlaqədə olan dövlətlər içərisində Qazaxıstanın strateji potensialına əhəmiyyətli təsir göstərən sistem elementlərinin ən böyüyüdür. Yeri gəlmişkən qeyd edək ki, ərazisinin böyüklüyünə  görə Qazaxıstan 197 ölkə arasında 9-cu yeri tutur.

Keçmiş sovetlər birliyinə kapitalizmin ziddiyətlərini dadmadan qoşulan Qazaxıstan dövlət kimi milli kimliyini də sosializm düşərgəsində dərk edib. Lakin uzun əsrlər qıpçaq türklərinin imperiya yaradıcısı olmaları və ona rəhbərlik etmələri bugünkü qazaxların davranışlarında açıq-aşkar hiss olunur. Adi vətəndaşın hərəkətlərindən də görsənir ki, onlar yeni yaranan xalq deyil, uzun tarixə söykənən kökləri var. Bunu təvazökar davranışlarından, hadisələrə sanballı baxışlarından və milli dəyərlərini qoruyub saxlamalarından da hiss etmək olar. Sadə qazaxın münasibət və hərəkətlərindən bəlli olur ki, onların hazırda böyük bir əraziyə sahib olmaları, milli dövlət qurmaları, etnik rəngarənglikdə bütün tərəfləri qane edən ortam taparaq uğur qazanmaları hər hansı dövlət başçısının ayağına yazıla bilməz. Əgər belə bir fikir varsa, bu yaltaqlıqdan başqa başqa bir şey ola bilməz.  Lakin elə bu yerdə xüsusilə qeyd etmək vacibdir ki, paytaxtın Alma-atadan Astanaya köçürülməsi ilə bağlı prezident Nazarbayevin cəsarətli addımı ölkəyə qarşı ərazi iddialarının və oyunlarının qarşısını aldı.

Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır. Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir.Kiçikdən yaşlıya hamı 2 dildə danışır – rus və qazax. Rus dilində danışmaq isə elitarlıq sayılır. Bunu Qazaxıstan kübarlarının toplaşdığı məkanlarda da müşahidə etmək mümkündür. Təbii ki, son vaxtlar ingilis dilinə marağın da yarandığını görmək mümkündür. Lakin bu Azərbaycanda olduğu qədər geniş miqyaslı deyil.
Əhalinin rus dilinə meyli nə qədər çox olsa da, milli ənənələrinə, adətlərinə, mədəniyyətlərinə bağlılığı da bir o qədər böyükdür. Qazaхlarda хalq çalğı ansamblının müşayiəti ilə kоllеktiv halda хоr mahnıları ifa оlunmur. Daha gеniş yayılmış və daha çox sevilən хalq çalğı aləti dоmbırdır. Üç günlü kоrpusa malik оlan dоmbır iki simlidir. Simlər əsasən qоyun bağırsaqlarından hazırlanıb düzəldilir. Adama elə gəlir ki, Qazaxıstanda bu musiqi alətini sevməyən şəxs yoxdur. Və elə bu məqamda düşünürsən ki, özünü Avropasayağı və müasir göstərmək üçün saza qulaq asmağı aşağılıq və geridəqalmışlıq hesab edən azərbaycanlıların sayı getdikcə artmaqdadır.
Qazaxlar evlərinin, gеyimlərin və müхtəlif  bədii sənət növlərinin bəzədilməsində əl işlərindən gеniş istifadə еdirlər. Bu sənət növü özünü хalçaçılıq və kеçəçilik sənətində daha qabarıq fоrmada göstərir. Qazaх qadınları öz paltarlarının və məişət əşyalarının bəzədilməsi zamanı rəngli saplarla işlənən tikməçilik sənətindən istifadə еdirlər. Оnlar tikməçilikdə ipək, yun, qızılı və gümüşü saplarla işləyərək gözəl sənət nümunələri yaradırdılar. Qazaхlar məişətdə işlədilən qablara da bəzək vurur, ancaq kumıs içilən qabı isə хüsusilə gözəl naхışlayırlar.
Görünür, Şərqə doğru getdikcə demokratik dəyərlər özünəməxsus baxışlar və idarəetmə sistemi ilə sərhədlənir. Bu mənada qazaxlar üçün ilk növbədə sosial dəyərlər üstünlük təşkil edir. Liberalizm, insan hüquq və azadlıqları onlar üçün sosial təminatdan xeyli aşağıdadır. İnsanların daha yaxşı yaşamaq istəkləri və arzuları hələ də bütün ölkə əhalisi üçün arzu olaraq qalır. Lakin bunu bacaranlar da var və onlar ya dövlət qurumlarında işləyənlərdir, ya da xüsusi statusa malik olaraq dəstəkli bizneslə məşğul olanlardır. Ancaq bizim üçün qeyri-adi olmasa da əsas və gəlirli biznes sferası hakimiyyətin əlindədir.  Dövlət vəzifələrində işləyənlərin isə yaxşı yaşamaq üçün o qədər də yüksək olmayan maaşlarından əlavə qeyri-rəsmi “nəfəs” yerləri var. Bu “nəfəs”in hər an kəsilməsi qorxusu onunla yaşayanların içində bir gərginlik, tabeçilik və mütilik formalaşdırdığını da asanlıqla görmək mümkündür.
Qazaxıstan iqtisadiyyatı böyük həcmdə neft və qazdan asılır. Müstəqillik illərində neftdən çox böyük gəlirlər əldə edilmiş və bunun nəticəsində Qazaxıstan Asiyada ən yüksək həyat səviyyəsinə malik olan ölkələrdən birinə çevrilmişdir. Lakin 2015-ci ildə neftin qiymətinin aşağı düşməsi ilə milli valyuta olan tengə devalvasiyaya uğradı. Hökumət ölkə əhalisinin rifah səviyyəsini nisbətən qoruyub saxlamaq üçün devalvasiya ilə bərabər infilyasiyanın da qarşısını almadı. Ona görə də hazırda 1 dollar 370 tengəyə bərabərdir. Həyata keçirilən bu iqtisadi siyasət qazaxların sosial vəziyyətinin tamamilə pisləşməsinin qarşısını alıb və cəmiyyətdə bizdəki qədər gərginlik, narahatlıq, psixoloji sarsıntılar hiss olunmur.
Bəlkə də sosialist düşüncəsinin nəticəsidir ki, bu ölkədə şüarçılıq əsas yer tutur. Təhsil sferasında da belədir və Boloniya prosesi yeri gəldi gəlmədi bu sahədə hər bir fikrin mübtədasını təşkil edir. Bu isə onu göstərir ki, Qazaxıstanda elm və təhsil ölkənin və xalqın  gələcəyi üçün əsas yeri tutmur və ora sərmayə qoyuluşu tələb olunan ehtiyacları ödəmir. Bu da əksər müsəlman ölkələrinin xarakterik xüsusiyyətlərinə uyğun gəlir. Elə bu zaman adam fikirləşir ki, görəsən türk dövlətləri üçün bu istiqamətdə qəbul edilmiş qərar daxildən gəlir, yoxsa xarici təsirlərin məhsuludur.
Geosiyasi üstünlüyə malik Qazaxıstan türk dünyası üçün olduqca böyük güc və dayaq olaraq qalır. Bu yaxınlarda prezident Nazarbayevin fərmanı ilə ölkə latın əlifbasına keçib və öz soykökünə bir addım da yaxınlaşıb. Bu qərar cəmiyyətdə, xüsusilə də ziyalılar arasında sevinclə qarşılansa da, gərginlik yaratdığı da müşahidə edilir. Çünki qazaxların istifadə etdiyi kiril əlifbasında olan 42 hərfi əvəzləyərək öyrənmək onlara o qədər də asan gəlmir. Lakin bu qərardan narazı olan yoxdur, çünki qazaxlar özlərinin kökünü təşkil edən türk xalqları ilə birlikdə olmağı daha üstün sayırlar. 2018-ci il oktyabrın 11-13-də Alma-atada türk dünyasının elm adamlarının beşinci dəfə Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpozi­umuna toplaşması da vahid əlifbanın və türk ləhcələrində ümumi anlaşmanın yaranmasına xidmət etmək məqsədi güdürdü.
Elə bu yolda da Qazaxıstanlı soydaşlarımıza uğurlar arzulayırıq!
Mütəllim Rəhimli
Asiya.info
















30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.

Xəbər lenti