Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Türkiyə XİN: ABŞ Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırır
“DQR” işğalı təsdiqlədi, İrəvandan dərhal əmr gəldi - Foto
Ermənistan üçün kabus: Bakı-Ankara ittifaqı işğal-ilhaq planlarını puç edir
Prezident Ramiz Mehdiyevi bu vəzifədən çıxardı - Sərəncam
Azərbaycan - Türkiyə qardaşlığı və Tovuz döyüşləri haqqında möhtəşəm film - VİDEO
Jurnalistlərin üçüncü binası gələn il təhvil veriləcək? - Qurum sözçüsü açıqladı
Sentyabrın 8-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
Karantin rejimi öz səmərəsini verir - Prezident
Ərdoğan güzəştə getməyəcək, haqqı olanı alacaq
Putin hərbçilərə müraciət etdi
Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi - Yenilənir
Kürdəmirdə 5 nəfər saxlanıldı
İlham Əliyev Əfqanıstan prezidentini təbrik etdi
Zurabyan Paşinyanı tənqid etdi: “Nə ingiliscə bilir, nə də Qarabağ haqqında…”

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

“Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.
Asiya.info-nun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərarla təlimata 3.2-2-ci bənd əlavə olunub.

Yeni bənddə göstərilib ki, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır.

Lakin hadisə yerinə baxışın keçirilməsinə, müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna təşkil edir.

Həmin məlumat üzrə əməliyyat-istintaq qrupu hadisə yerinə dərhal çıxır və müraciət edən şəxsin məlumatına əsasən yerində (hadisə yerində, yaşadığı və ya olduğu ünvanda) şifahi ərizə protokolu tərtib olunur.

Şəxs yazılı müraciət etmək istədikdə ərizəsi alınır. Şəxs məlumat verməkdən və ərizə yazmaqdan imtina etdikdə bu barədə protokol tərtib olunur. Həmin protokolda şəxsin məlumat verməkdən və ərizə yazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır. Bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport və protokol araşdırma materialına əlavə olunur.

Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir.

Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavinlərinə həvalə olunub.

Qərar noyabrın 13-dən qüvvəyə minib.

Oxu.Az
Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı
Nəğməkar şairədən yeni ifa-"Babamın davamçısı"
Bunlar xalqın artistləri oldu
Hadisədən Demetə CAVAB — Guya onun əri var?
TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ

Xəbər lenti