.

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə paytaxtın 18 ali təhsil ocağında tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün Könüllülər Proqramının təqdimatını keçirib.
"Ölkə.Az" xəbər verir ki, oktyabrın 15-dən noyabrın 15-dək 5000-dən çox tələbənin iştirak etdiyi tədbirlərdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunub.
Tədbirlərə təşkilati, UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA-nın və AVRO-2020 Təşkilat Komitəsinin nümayəndəsi, eyni zamanda “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da qatılıb.
Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübə və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.
Könüllülər Proqramına qeydiyyat prosesi üçün son müraciət tarixi noyabrın 30-dur. Bu günədək 6000-dən çox könüllü qeydiyyata alınıb ki, bu göstərici ilə Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında Bakı birincidir.
Proqramın müsahibə mərhələsinə isə sentyabrın 30-dan start verilib. Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində dekabrın 28-dək davam edəcək müsahibə mərhələsində bugünədək 4000-dən çox namizəd iştirak edib. Qeydiyyat üçün müraciət edən könüllülər arasında 15-dən artıq ölkəni əhatə edən 600-ə yaxın beynəlxalq namizəd var.
Onlar əsasən Ukrayna, Rusiya və Asiya ölkələrindəndir. Hazırda həmin könüllülərlə də onlayn müsahibələr təşkil olunur və yekunda 300 beynəlxalq könüllünün seçilməsi nəzərdə tutulub.
Proqram haqqında ətraflı məlumat Bakı AVRO-2020-nin rəsmi veb-saytında - euro2020.affa.az səhifəsində yerləşdirilib. Qeyd edək ki, Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır.
Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.
28 Yanvar 2020 Şahmatçımız 2-ci oldu
08 Dekabr 2019 İdmançımız Avropa çempionu oldu
01 Dekabr 2019 “Azərbaycanda oynamaqdan qürur duyacağıq” - Nihat Özdemir
24 Noyabr 2019 AVRO-2020 — Bakı birincidir
20 Noyabr 2019 Dünya çempionatında Polis serjantı 3-cü yerə layiq görülüb-Foto
20 Noyabr 2019 Azərbaycan futbolunda növbəti biabırçılıq - hakimi döydülər
16 Noyabr 2019 AVRO-2020: Azərbaycan yığması Uelsə matçda ikinci qolu buraxıb - YENİLƏNİB-1
13 Noyabr 2019 Karateçi qızlarımız beynəlxalq turnirdə iki medal qazandılar - FOTO
11 Noyabr 2019 Ciu-citsu növü üzrə dünya çempionatında Polis idarəsinin əməkdaşları medal qazanıb
11 Noyabr 2019 Azərbaycan şahmatçıları Avropa kubokuna uğurla başladı
05 Noyabr 2019 Azərbaycanlı idmançı dünya çempionu oldu - FOTO/VİDEO
31 Oktyabr 2019 Güləş yığmamız dünya çempionatında 3-cü oldu
28 Oktyabr 2019 Azərbaycan şahmatçıları qalib gəldi
27 Oktyabr 2019 Millimizin baş məşqçisi: Göstərdik ki, Azərbaycan yaxşı oynaya bilir
22 Oktyabr 2019 Hərbi İdmançılarımız ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil ediblər
22 Oktyabr 2019 Qazax döyüşçü topuğu ilə erməni rəqibini diz çökdürdü - VİDEO
17 Oktyabr 2019 Dünya çempionatı: Cüdoçularımız iki medal qazandı
14 Oktyabr 2019 Usta cüdoçularımız dünya çempionatında 7 medal qazandı
13 Oktyabr 2019 Bu gün Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
12 Oktyabr 2019 Tofiq Musayev Yaponiyada avstraliyalı rəqibini nokauta saldı - VİDEO/FOTO
08 Oktyabr 2019 Qurban Qurbanova məşhur klubdan təklif gəldi
04 Oktyabr 2019 “Qarabağ” “Düdelanj”ı darmadağın etdi
28 Sentyabr 2019 Azərbaycanlı “Ağ Canavar” ermənini tatamiyə çıxmağına peşman etdi - VİDEO
22 Sentyabr 2019 Bakıda bədii gimnastika üzrə DÇ-nin bağlanışı oldu - Video
21 Sentyabr 2019 İdmançımız ermənini məğlub etdi və qızıl qazandı
20 Sentyabr 2019 "Qarabağ"ın qrupunda gözlənilməz nəticə
17 Sentyabr 2019 Karateçilərimiz Macarıstanda 8 medal qazandı - Foto
16 Sentyabr 2019 Bakıda gimnastika üzrə dünya çempionatı başlayır
13 Sentyabr 2019 Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazandı - VİDEO
13 Sentyabr 2019 Cüdoçularımız Avropa çempionatına uğurla başlayıb

Xəbər lenti