.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin 2 dekabr tarixində dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb.
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Prezidentinin 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransın açılışında bəyan etdiyi bu təşəbbüsün davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda İslam ölkələrin Mədəniyyət nazirlərinin VI Konfransı təşkil edilib.
Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələrinin nazirlər konfransına isə 10 Avropa ölkəsinin Azərbaycan tərəfindən dəvət olunması ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirib.
Bu prosesin məntiqi davamı olaraq 2010-cu ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilib.  Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxmış oldu. Nəticə etibarilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” çərçivəsində UNESKO, Ümumdünya Turizm Təşkilatı,  BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə 2011, 2013, 2015, 2017 və 2019-cu  illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə 2011-ci ildən altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu və iki dəfə Dünya Dini Liderlərinin Sammiti ölkəmizdə yüksək səviyyədə təşkil edilib.  Ümumilikdə, 180-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla, sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 min nəfərə yaxın olunub.  Qeyd olunan tədbirlərinin hər birinin açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.
Bu nüfuzlu tədbirlər sırasına 2015-ci il Bakıda yüksək səviyyədə, hətta Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş I Avropa Oyunlarını, eləcə də 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bu dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir.
Artıq “Bakı Prosesi” dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilib. Təsadüfi deyil ki, BMT baş katibinin BMT Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə (A/72/488) illik hesabatda (2017-ci il) “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib.
İki müvafiq qərardan (A/RES/72/136) birində Bakı Forumunun əhəmiyyəti vurğulanıb. 2019-cu ildə BMT baş katibinin təşəbbüsü ilə hazırlanmış “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biri” kimi bir daha təsdiq edilib.
Bununla da “Bakı Prosesi” insanların təhlükəsizliyini təmin etmək üçün mədəniyyətlərarası dialoq və mədəni müxtəlifliyin həm həlledici amil, həm də çağdaş dövrün ən başlıca öhdəliyi olaraq beynəlxalq gündəmdə yüksək səviyyədə qalmasına şərait yaradır.
 
21 Sentyabr 2020 İlham Əliyev BMT-də videomüraciətlə çıxış etdi – VİDEO
21 Sentyabr 2020 Vəziyyət kəskinləşib: Düşmən ağır itkilərə məruz qaldı
19 Sentyabr 2020 General: Düşmən təxribata hazırlaşır, hazır olun! - Video
14 Sentyabr 2020 Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
14 Sentyabr 2020 Türkiyə XİN: ABŞ Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırır
09 Sentyabr 2020 “DQR” işğalı təsdiqlədi, İrəvandan dərhal əmr gəldi - Foto
09 Sentyabr 2020 Ermənistan üçün kabus: Bakı-Ankara ittifaqı işğal-ilhaq planlarını puç edir
08 Sentyabr 2020 Prezident Ramiz Mehdiyevi bu vəzifədən çıxardı - Sərəncam
07 Sentyabr 2020 Azərbaycan - Türkiyə qardaşlığı və Tovuz döyüşləri haqqında möhtəşəm film - VİDEO
05 Sentyabr 2020 Jurnalistlərin üçüncü binası gələn il təhvil veriləcək? - Qurum sözçüsü açıqladı
04 Sentyabr 2020 Sentyabrın 8-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
31 Avqust 2020 Karantin rejimi öz səmərəsini verir - Prezident
28 Avqust 2020 Ərdoğan güzəştə getməyəcək, haqqı olanı alacaq
23 Avqust 2020 Putin hərbçilərə müraciət etdi
22 Avqust 2020 Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi - Yenilənir
19 Avqust 2020 Kürdəmirdə 5 nəfər saxlanıldı
18 Avqust 2020 İlham Əliyev Əfqanıstan prezidentini təbrik etdi
16 Avqust 2020 Zurabyan Paşinyanı tənqid etdi: “Nə ingiliscə bilir, nə də Qarabağ haqqında…”
15 Avqust 2020 Abbas Abbasovun həbs xəbəri yayıldı
14 Avqust 2020 VASİTƏÇİ İŞĞALÇINI SİLAHLANDIRMALIDIRMI?
13 Avqust 2020 DTX səfir Eldar Həsənovu həbs etdi - Şok
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü
11 Avqust 2020 Ceyhun Bayramov Çavuşoğlu ilə təkbətək görüşdü - FOTOLAR
07 Avqust 2020 Serbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
03 Avqust 2020 Avqustun 5-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
30 İyul 2020 Prezident şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi barədə göstəriş verdi
27 İyul 2020 Prezident İlham Əliyev yeni Təhsil naziri təyin etdi
26 İyul 2020 "Palmali" şirkətinin 5 gəmisi Golden Eagle Şirkətinə satıldı
25 İyul 2020 Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib
22 İyul 2020 Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”

Xəbər lenti