.

"Mən doğrudan da Şamaxıda tez-tez oluram. Bir tərəfdən ona görə ki, Şamaxıya xüsusi diqqət göstərilir. Çünki bu, doğrudan da bizim tarixi şəhərimizdir. Ta qədim xəritələrdə Şamaxının adı vardır. Ona görə bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. Biz Şamaxının tarixini, mədəni irsimizi qorumalıyıq. Digər tərəfdən, son illərdə Şamaxıda bir çox açılışlar olub, mən burada bir çox obyektlərin fəaliyyətə başlamasını qeyd edirdim"
.
Asiya.ws xəbər verir ki, bunu Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat”ın açılışı zamanı kompleksin əməkdaşları ilə görüşündə deyib.
Dövlət başçısı çıxışında Şamaxıya səfərindən, burada görülən işlərdən söz açıb: "Mən Prezident kimi Şamaxıda 12 dəfə olmuşam. Bu səfər 13-cüdür. Bu il isə 3-cü səfərdir. Birinci səfərlər zəlzələ ilə bağlı idi. Fevral ayında və ondan sonra birinci evlərin, o cümlədən Saray nənənin evinin yenidən tikilməsini qeyd etmək üçün gəlmişdim. Onu da bildirməliyəm ki, zəlzələdən əziyyət çəkmiş vətəndaşların problemləri daim diqqət mərkəzindədir. Mən bu işlə demək olar ki, müntəzəm maraqlanıram. Bu gün yeni çoxmərtəbəli evin açılışını da qeyd edəcəyik. Əsas yükü təbii ki, dövlət öz üzərinə götürübdür. Amma mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Mən dedim ki, şamaxılıların, zəlzələdən əziyyət çəkmiş bütün vətəndaşların məişət problemləri həll olunmalıdır və həll olunur. Necə ki, İsmayıllı və Ağsu rayonlarında, orada da böyük tikinti işləri aparılır. Bu, bir daha bizim siyasətimizi göstərir".
Ölkə başçısı bildirib ki, indi təbii fəlakətlər hər bir ölkədə baş verir:
"Bu yaxınlarda biz televiziyadan gördük ki, Venesiya kimi tarixi şəhər su altında qalıb. Heç bir kanalizasiya sistemi o yağışların qabağında davam gətirə bilməyib. Bu yaxınlarda bəzi Avropa ölkələrində böyük daşqınlar baş verib. Düzdür, bizdə də olur. İndi yağış yağanda, özü də leysan yağanda heç bir şəhərin kanalizasiya sistemi onu tam götürə bilməz. Baxmayaraq ki, biz çox çalışırıq və göstəriş verilib ki, yağışların, daşqınların fəsadları aradan qaldırılsın və amma hətta ən inkişaf etmiş ölkələrdə daşqın böyük problemlərə gətirib çıxarır, o cümlədən zəlzələlər. Bir neçə il bundan əvvəl bizdə həm daşqın olub, həm də şimal-qərb bölgəsində zəlzələ olub. Hər iki halda dövlət bütün xərcləri öz üzərinə götürüb. Bu da deyə bilərəm ki, nadir bir təcrübədir. Çünki inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada vətəndaşların evləri sığortalanır və əgər ev hansısa səbəbə görə ziyan çəkibsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Ondan sonra təqribən bir neçə ay ərzində ona vəsait ödəniləcək, ödənilməyəcək hələ bəlli deyil. Bizdə isə belə deyil. Biz başa düşürük ki, bizim vətəndaşlar buna hələ ki, öyrəşməyiblər. Evlərin bir çoxu sığortalanmayıb. Ona görə nə etməliyik? İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar. Ona görə dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, bu, böyük məsrəfdir, böyük xərclərdir. Amma biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının bir hissəsi aradan qaldırılıb. Bu gün mənə növbəti addımlarla bağlı məruzə ediləcək. Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq. Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır".
"Qafqazinfo" 
 
21 Yanvar 2020 Zakir Həsənov gürcü spikerlə görüşdü
21 Yanvar 2020 Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib
20 Yanvar 2020 Məktəbdə yeyinti: Zahid Oruc prokurora müraciət etdi - Foto
18 Yanvar 2020 Petrosyandan ABŞ-a Qarabağ təklifi – Məxfi sənəd
18 Yanvar 2020 “Bu məmurlar ölkəmizin imicinə zərər vururlar” — Tanınmış cərrahdan icra başçısı ilə bağlı Prezidentə ŞOK MÜRACİƏT
18 Yanvar 2020 İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu - FOTOLAR
17 Yanvar 2020 Baş nazir müşavirə keçirdi: “Prezidentin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir”
16 Yanvar 2020 Diplomu saxta çıxdı, nazir işinə xitam verdi
15 Yanvar 2020 Putin müraciət yaydı-Nüvə ölkələrinə
14 Yanvar 2020 “BU VƏSAİTİN VİCDANSIZCASINA TALANMASI...” - Prezident icra başçılarının həbsinə səbəb olan hallar barədə
12 Yanvar 2020 SON DƏQİQƏ: Türkiyə təyyarəsi vuruldu
10 Yanvar 2020 Nərminin qatili ilə bağlı - Rəsmi açıqlama
09 Yanvar 2020 Biyabırçılıq!Xanhüseyn Kazımlı prezidentdən icazə istədi
07 Yanvar 2020 ABŞ-a “ikinci Vyetnam" yaşadacağıq - İran
01 Yanvar 2020 İlham Əliyevin Yeni il təbriki - Video
31 Dekabr 2019 Natiq Əliyev Baş Klinik Hospitalda müalicə alan hərbi qulluqçuları ziyarət etdi
29 Dekabr 2019 Putinin dostundan şok: Qarabağ üçün bu plan tələdir... - Video
29 Dekabr 2019 PA rəhbərinin adamı YAP-ın deputatlığa namizədi oldu - FOTO
25 Dekabr 2019 Prezident general Natiq Əliyevi “Əməkdar həkim” fəxri adı ilə təltif etdi
25 Dekabr 2019 Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yaşayış binası istifadəyə verilib - VİDEO
24 Dekabr 2019 Prezident Qarabağ əlillərinə ev verdi
24 Dekabr 2019 MSK nəticələri açıqladı — Mehman Hüseynovla bağlı ŞOK NƏTİCƏ
24 Dekabr 2019 Lukaşenko İlham Əliyevi təbrik etdi
21 Dekabr 2019 "Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr müvəffəqiyyətlə həyata keçirilib"
19 Dekabr 2019 Ağstafanın icra başçısı saxlanıldı - Yenilənib
18 Dekabr 2019 ƏLI HƏSƏNOV YENİ İŞ YERİNİN FOTOLARINI YAYDI - "Ora ara-sıra gedirəm"
16 Dekabr 2019 Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: Hər an...
12 Dekabr 2019 Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI – ANBAAN VİDEO
10 Dekabr 2019 Ərdoğan: “Bu məsələdə heç kimdən icazə almayacağıq”
09 Dekabr 2019 ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi rədd edir

Xəbər lenti