.

"Bilirsiniz, korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir"

Bu fikirləri Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat”ın açılışı zamanı kompleksin əməkdaşları ilə görüşündə deyib.
"Mənim ümidim gənclərədir" deyən dövlət başçısı bildirib ki, gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır:"Əlbəttə, indi bizim dövrümüzdə də pozuntular, çatışmamazlıqlar var. Amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq. Mən bir daha demək istəyirəm ki, biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır. İslahatların yeni dövrü keçən il prezident seçkilərindən sonra başlamışdır. Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik. Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır.Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə, mən demişəm və mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa bir kampaniya aparılır. Onu da mən dayandırdım. Çünki yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək. Siz və “ASAN xidmət”də çalışanların mütləq əksəriyyəti cavanlardır. Amma yaşlı nəslə xidmət edirsiniz. Çünki bu xidməti almaq üçün daha çox yaşlı nəslin nümayəndələri gəlirlər. Bax, bu nəzakətli davranış, bu mehribanlıq, xoş sözlər bizim cəmiyyətimizi də saflaşdırır və irəliyə aparır. Ona görə bir daha sizi təbrik edirəm və sizə uğurlar arzulayıram".
"Qafqazinfo" 
27 Yanvar 2020 Ermənistan ordusundakı hərbçilər xalqa müraciət edərək onlardan kömək istəyir-Təhlil
25 Yanvar 2020 Prezident tapşırıq verdi: Zəlzələ zonasında təxliyə başladı...
25 Yanvar 2020 Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı artır
24 Yanvar 2020 Ermənistan ordusu - özünə qəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi
23 Yanvar 2020 İlham Əliyevin Davosda moderatora möhtəşəm cavabı
22 Yanvar 2020 Deputatlığa namizəd Səbuhi Rəcəb kimdir?-Fotolar
22 Yanvar 2020 Təbrizə qatar reysi açıldı-Naxçıvandan
21 Yanvar 2020 Baş nazirdən maaşlarla bağlı - Qərar
21 Yanvar 2020 Tramp Davosa gəldi
21 Yanvar 2020 Saatlıda sakinləri zorla deputatla görüşməyə aparırlar - Əhali etiraz edir...
20 Yanvar 2020 Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar 2020 Qanlı yanvar: 30 il ötdü - Foto
19 Yanvar 2020 İqbal Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri ilə görüşüb - FOTOLAR
18 Yanvar 2020 ABŞ etiraf etdi
18 Yanvar 2020 Zahid Oruc: Həmişəki dəstəyi hiss etdik - Foto
18 Yanvar 2020 Zahir Əzəmətin hüquqları növbəti dəfə pozuldu
15 Yanvar 2020 Həbs edilən icra başçısının oğlu işdən çıxarıldı - Video
13 Yanvar 2020 Erməni deputat: Qarabağı belə ələ keçirdik
13 Yanvar 2020 Ordumuz – güvənc və qürur yerimiz!
12 Yanvar 2020 Bakıda itkin düşən 14 yaşlı Mədinə tapıldı - Yenilənib
11 Yanvar 2020 Baş nazirdən icbari tibbi sığorta ilə bağlı VACİB QƏRAR
11 Yanvar 2020 Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir”
11 Yanvar 2020 DSX: Hərbi nəq­liyyat vasitələrimiz intensiv atəşə tutulub
10 Yanvar 2020 Bakıda 3 tələbə öldü, cinayət işi başladı
09 Yanvar 2020 Prezident Nərminlə bağlı cinayət işini nəzarətə GÖTÜRÜB
09 Yanvar 2020 "Nərminin öldürülməsi faktı Prezidentin xüsusi nəzarətindədir" - Zakir Qaralov
09 Yanvar 2020 İqbal Məmmədovun namizədliyi qeydə alındı - FOTO
08 Yanvar 2020 Şəhid hərbçimiz dəfn edildi - Foto
07 Yanvar 2020 Azərbaycan əsgəri şəhid oldu
07 Yanvar 2020 Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü

Xəbər lenti