.

RHİM-in hazırladığı "Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib.

Asiya.ws xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə "Ailədaxili şiddətlə mübarizədə aydınların rolu" adlı tədbir və "Qadına qarşı zorakılığa YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib. JW Marriot Absheron Baku oteldə keçirilsiş tədbirdə əvvəlcə sosial çarxa baxış oldu.

Daha sonra Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edərək Azərbaycan qadınının tarixin bütün dövrlərində cəmiyyətdəki rolu, ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın gtənc qadınlarımız üçün gözəl örnək olması, qadının ailədə mövqeyi, qadına verilən yüksək dəyərdən danışıb. "Tarixə nəzər salsaq, tarixən qadınlar kişilərlə bərabər cəmiyyətin müxtəlif sahələrində fəallıq göstərmiş, uğur qazanmışlar. Bu gün Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni, iqtisadi və digər sahələrində uğurla təmsil olunur, cəmiyyətə fayda verir. Lakin bununla belə, təkcə ölkəmizi deyil, bütün dünyada aktual olan qadına qarşı şiddət mövzusu zaman-zaman gündəmə gəlir. "Odur ki, vətəndaş cəmiyyətinin təmsilçisi kimi, RİHM olaraq, qərara gəldik ki, cəmiyyətin diqqətini bu aktual mövzuya cəlb edək. Hazırladığımız sosial çarxda cəmiyyətin müxtəlif sahələrində fəal olan kişi ziyalılarımızın qadınların cəmiyyətdə mövqeyi və ailədaxili şiddətlə bağlı fikirlərə yer ayrılıb. İnanırıq ki, bu sosial çarxda səslənən yüksək fikirlər cəmiyyətə mesaj olaraq, öz müsbət təsirini göstərəcək.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Qadınlara qarşı Zorakılıqla Mübarizə həftəsi çərçivəsində keçirilən bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, uzun müzakirələrdən sonra 2010-cu ildə "Məişət zorakılığı" haqqında Qanun qəbul edilib. O, öz çıxışında ailədaxili şiddətdən söhbət düşərkən ailədaxili münasibətlərdə mənəvi psixoloji zorakılığın, sarsıntısının da aktual olduğunu bildirdi. Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Səbinə Əliyeva geniş çıxış edərək məişət zorakılığı fonunda qadın hüquqları barədə məlumat verdi, ailədaxili zorakılıq hallarının ailənin bütün üzvlərinə mənfi təsirindən danışdı. Selektiv abortlar, erkən nikah barədə danışan Ombudsman bu mövzuların omdusman aparatının diqqətində olduğunu xüsusi vurğuladı.


Daha sonra V çağırış Milli Məclisin deputatı, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva çıxış edərək RİHM İctimai Birliyinin bu cür aktual mövzuda tədbir keçirməsini, sosial çarx hazırlamaqla, diqqəti bir daha bu mövzuya yönəltməsini təqdir etdiyini bildirdi. Qeyd etdi ki, bu cür maarifləndirici sosial çarxların əhəmiyyəti və təsiri olduqca önəmlidir. Tədbirdə Qarabağda vətənimizin müdafiəsində fəallıq göstərmiş qadınlarımızı, qazilərimizi xüsusui salamlayan Qənirə Paşayeva ölkəmizin qanlı-qadalı günlərində onların Qarabağ müharibəsində mənəvi-psixoloji bir sıra çətinliklərlə üzləşdiyini xatırlatdı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündə neçə-neçə günahsız qadın-qızlarımızın amansızcasına qətlə yetirildiyini, işgəncələrə məruz qaldığını vurğuladı. Bildirdi ki, çəkilmiş sosial çarx cəmiyyətin qadına qarşı şiddətə olan mövzuya fikrini dəyişəcək. "Şiddətə heç bir bəraət verilə bilməz. Ailədə böyüyən uşaq şiddət mühitində tam yetkin vətəndaş kimi böyüyə bilməz. Şiddətin qurbanı əsasən qadınlar olduğuna görə əsas diqqət qadınlara qarşı şiddətə qarşı mübarizəyə yetirilir. Azərbaycan kişi aydınları sosial çarxda qadınlara qarşl şiddət əlehinə öz fikirlərini səsləndirdi. Bu ziyalılarımız cəmiyyətimizdə sayılıb seçilən və ailədə də örnək insanlardır. Mən ümid edirəm ki, onların qadınlarla bağlı yüksək fikirləri cəmiyyətimiz üçün də örnək olacaq".


Daha sonra qardaş Türkiynın tanınmış sənətçisi, qadına qarşı zorakılığa qarşı mübarizədə fəal rol oynayan Haluk Ləvənt çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirdi, kişiləri by nmövzuda daha fəal olmağa çağırıb. RİHM İctimai Birliyinin sədri Arzu Bağırova Haluk Ləvəntə bu fəaliyyətindən dolayı təşəkkürünü plaketi təqdim edib və onun Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olmasını vurğulayaraq ona Qarabağ simvollarını özündə əks etdirən qalstuk hədiyyə edərək inşallah Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da yaxın günlərdə sizin xeyriyyə konsetinizdə görüşək deyib.


Daha sonra Qarabağ qazisi, paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev qadınlara qarşı zorakılığın qəbuledilməz olduğunu bildirdi, qadınlarımızın müxtəlif sahələrdə, o cümlədən idmanın bir çox sahələrində ölkəmizi uğurla təmsil etdiyini, bayrağımızı dalğalandırdığını vurğuladı və bütün qadınlara uğurlar arzu etdi. Daha sonra çıxış edən V çağırış üzrə Milli Məclisin deputatları Aydın Hüseynov, Azər Badamov, xalq artistlərimiz Mənsum İbrahimov və İlqar Muradov, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, eləcə də Qarabağ müharibəsində iştirak etmiş bir sıra döyüşçülərimiz, onları təmsil edən bir sıra təşkilatların rəhbərləri, professor Yaqub Qurbanov, bir sıra ziyalılarımız ailədaxili zorakılığa qarşı mübarizə ilə bağlı fikirlərini bildirdilər, RİHM İctimai Birliyinin bu layihəsini yüksək qiymətləndirdilər. Tədbirdə Mənsum İbrahimovun ifası alqışlarla qarşılandı. Sonda çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova diqqətə görə təşəkkür etdi və vətəndaş cəmiyyətinin üzvü olaraq, bu cür maarifləndirici mövzularla bağlı fəaliyyətlərini davam etdirəcəklərini, yeni layihələr üzərində çalışdıqlarını bildirdi. Sonda "Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxa təkrar baxış olub.





22 Sentyabr 2020 KİVDF-dən jurnalistlərin binası ilə bağlı yayılan iddialara REAKSİYA
22 Sentyabr 2020 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
22 Sentyabr 2020 Nikolun qorxusu: Zərbə vurmağa çalışır ki... - Bozoyan
21 Sentyabr 2020 Səfərbərlik Xidmətindən əhaliyə müraciət - VİDEO
21 Sentyabr 2020 Hər deputatın 3-5 könüllüsü ola bilər
21 Sentyabr 2020 Bakıda həkimlərlə məmurlar arasında - Qalmaqal
21 Sentyabr 2020 Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq
19 Sentyabr 2020 Avropanın üç nəhəngi ABŞ-a qarşı: İrana sanksiya...
19 Sentyabr 2020 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR
19 Sentyabr 2020 Yevlax Mərkəzi Xəstəxanası cərimələndi: Üfünət, təhlükə...
18 Sentyabr 2020 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar
18 Sentyabr 2020 Dövlət qurumunun 21 əməkdaşı işdən çıxarılıb - RƏSMİ
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxılıb - YENİLƏNİB
18 Sentyabr 2020 Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18 Sentyabr 2020 Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi
18 Sentyabr 2020 Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.
18 Sentyabr 2020 DTX əməliyyatı: həbs olunan var - Foto
17 Sentyabr 2020 Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib
17 Sentyabr 2020 Millət vəkilləri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin məzarlarını ziyarət ediblər.
17 Sentyabr 2020 Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
17 Sentyabr 2020 Əli Həsənova məxsus bina BOŞALDILIR
17 Sentyabr 2020 Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”
15 Sentyabr 2020 Millət vəkilləri hərbçilərimizin ailələrini ziyarət ediblər
15 Sentyabr 2020 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
15 Sentyabr 2020 15 sentyabr Bakının erməni işğalından azad edilməsi günüdür
14 Sentyabr 2020 Dövlət qeydiyyatından keçən dərmanların fərqli qiymətə satışı qadağandır - AÇIQLAMA
14 Sentyabr 2020 Q.Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib
11 Sentyabr 2020 Hər partada bir şagird oturacaq - RƏSMİ
11 Sentyabr 2020 Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayon sakinlərinə tibbi xidmət göstərdi-VIDEO+FOTOLAR
11 Sentyabr 2020 Töhmət verilən direktor məktəbi müəllimlərə təmir ETDİRİR (Səs yazısı)

Xəbər lenti