.

Xəbər verdiyimiz kimi, dekabrın 1-də Goranboy rayonunda yerləşən yaşayış evlərindən birində partlayış baş verib. Araşdırma nəticəsində partlayışa səbəb kimi qaz sızması göstərilib. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Ümid Əhmədov və iki azyaşlı qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Azyaşlıların anası Fərqanə Əhmədova “Qafqazinfo”ya müraciət edərək hadisənin detallarını anladıb:
“Partlayış zamanı mən 3 uşaqla evdə idim. Həyat yoldaşım hərbçidir və növbədə olub. Axşam saat 11 radələrində uşaqları yatmağa hazırlayırdım. Evdə heç bir qaz iyi yox idi. Ona kimi də hər hansı qaz qoxusu hiss olunmayıb. Böyük oğlum hamama girdi, mən də mətbəxdə idim. Bir dəqiqənin içində partlayış oldu. 
Kanalizasiyadan sızan qaz trap vasitəsilə birbaşa hamama dolub və elə əsas partlayış da orada olub. Övladımın bədəninin 70%-i yanıb, 3-cü dərəcə bel yanığı ilə hələ də reanimasiyadadır. Balaca oğlumun birinin başı tamam yanmışdı, digərinin bədənində və əllərində yanıqlar var”. 
Ana bildirib ki, artıq hadisədən 12 gün keçsə də, heç bir aidiyyatı qurum onlarla maraqlanmayıb: “Nə Fövqəladə Hallar Nazirliyindən, nə də “Azəriqaz”dan maraqlanan olub. Sadəcə dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn əməkdaşlar dağılan evimizə baxış keçirib. 
Hazırda ev yararsız vəziyyətdədir. Xəstəxanadan bildirilib ki, kiçik uşaqlarımı artıq çıxara bilərəm, ancaq yaşamağa yerimiz olmadığından burada qalırıq. Çıxım hara gedim, bilmirəm. Nə ev var, nə əşya… Çox çarəsizik, bilmirik kimə müraciət edək.
Ancaq qohumların və xəstəxana işçilərinin köməyini alırıq. Başqa heç bir yerdən bizə dəstək, vəziyyətimizi öyrənən yoxdur.
Goranboy regional Qaz İdarəsindən baxış keçirilib, əvvəlcə valideyn səhlənkarlığı rəyi verilmişdi. Mən FHN-in qaynar xəttinə müraciət etdikdən sonra, rayon prokurorluğunun iştirakı ilə təsdiq olundu ki, hadisə qaz idarəsinin səhlənkarlığı, yeraltı qaz sızması nəticəsində baş verib. Onların səhlənkarlığı nəticəsində mənim üç uşağımın həyatı məhv oldu. Mənə heç bir həkim zəmanət vermir ki, böyük oğlum sabah sağalacaq. Həyatımızın məhv olmağında kimin iştirakı varsa, məsuliyyətə cəlb olunsun, cəzalandırılsın!”
Məsələ ilə bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlama verib. O, bildirib ki, həmin hadisə ilə bağlı prokurorluq orqanları araşdırma aparır: 
“Məsələ ilə bağlı ekspertiza təyin olunacaq. Ekspertizanın rəyindən asılı olaraq hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq. Bundan sonra kimin günahkar olması müəyyənləşəcək. Hazırda bu barədə heç nə deyə bilmərik”. 
28 Yanvar 2020 Goranboydakı yanğında bir nəfər yaralanıb
28 Yanvar 2020 Azərbaycanda mikroavtobus yandı
27 Yanvar 2020 9-cu mərtəbədən yıxıldı, ayağa qalxıb gəzdi - Video
27 Yanvar 2020 Ata maşınla körpəsini əzib öldürdü
26 Yanvar 2020 Təyyarə bir anda yerə çırpıldı - 3 ölü var (VİDEO)
26 Yanvar 2020 İsmayıllıda Qəbələyə turist aparan avtobus qəzaya düşüb, 2 nəfər ölüb, 15-ə yaxın yaralı var
26 Yanvar 2020 Ərdoğan zəlzələdə ölənlərin sayını açıqladı
26 Yanvar 2020 Xəzər dənizində zəlzələ oldu
25 Yanvar 2020 Bakıda avtobus körpüdən aşdı: yaralılar var
24 Yanvar 2020 Tovuzda üç ustanı elektrik cərəyanı vurması faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
24 Yanvar 2020 Xırdalanda maşın vuran uşaqların vəziyyəti necədir?
23 Yanvar 2020 Ağır qəza: Bakıda skuter maşına belə çırpıldı - Video
22 Yanvar 2020 Bakıda 22 yaşlı fəhlə faciəvi şəkilə öldü
22 Yanvar 2020 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
22 Yanvar 2020 Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - VİDEO
21 Yanvar 2020 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var
19 Yanvar 2020 Bakıda maşın məktəblini vurub öldürdü
19 Yanvar 2020 Şamaxıda avtomobil 48 yaşlı kişini vuraraq öldürüb - FOTO/VİDEO
17 Yanvar 2020 Gəncədə 16 yaşlı sürücünün öldüyü qəzanın - Videosu
16 Yanvar 2020 Azərbaycanda rəis müavini vəzifə başında vəfat etdi
13 Yanvar 2020 Qaradağda bədbəxt hadisə: sərnişin avtobusdan yıxıldı, ağır xəsarət aldı
12 Yanvar 2020 Bakı-Quba yolunda avtomobil qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb
12 Yanvar 2020 Bakıda fəhlə başından küt alətlə vurulub, vəziyyəti ağırdır
11 Yanvar 2020 Nərminin qətli ilə bağlı sensasion detal: polis də həbs edildi
10 Yanvar 2020 Bakıda avtobuslar toqquşdu
10 Yanvar 2020 Universitetdən ölən əcnəbi tələbələrlə bağlı - Açıqlama
10 Yanvar 2020 Qəzanı çəkməyə gedən jurnalist özü qəzaya düşdü - Foto
09 Yanvar 2020 Azərbaycanda məktəbdə partlayış, xəsarət alan var
09 Yanvar 2020 Şəmkirdə 17 yaşlı qız itkin düşdü - FOTO
09 Yanvar 2020 Abşeron Gənclər Şəhərciyində yanğın başladı

Xəbər lenti