.

Bəzən biz müharibə veteranları istəsək də, istəməsək də belə bir qənaətə gəlirik: internet saytlarının, operativ xəbər portallarının, siyasi və müstəqil qəzetlərimizin bir qisminin antiordu təbliğatı, yad münasibəti düşmənlərimizin xəyanəti, namərdliyi ilə düz mütənasibdir. Yox, əgər belə deyilsə, onlar antiordu təbliğatından əl çəkib nə üçün müqəddəs əsgər obrazını, dəyərli komandirlərimizi vəsf etmir, orduya mənəvi güc vermirlər? Bizim şəstimizə, vüqarımıza toxunan sosial şəbəkədə, qəzetlərdə, görəsən, haçan hərbi-vətənpərvərlik ideyaları geniş miqyasda göyərəcək? Əksinə son zamanlar bəzi blogerlər, qeyri-məsul hərbi ekspertlər, müxalif siyasi qüvvələr milli hərbçi mənliyini qorumaq əvəzinə bizə ünvanlandırılmış böhtan, yalan və təhqir selini gündəngünə artırır, bəzən də bu mənfi reaksiyanı kampaniya halına salırlar.


       Biz müharibə veteranları doğma hərbçilərlə yanaşı belə anlayırıq ki, çağdaş mətbuatımız, virtual informasiya sistemi nə qədər çox siyasiləşirsə və yüksək dəyərlərimizi siyasi mənafelərə qurban verirsə, o qədər mənən kasıblaşırlar. Ola bilsin ki, bəzi siyasi mətbu orqanlar, saytlar, xəbər portalları sözün həqiqi mənasında mənəvi iflasın astanasındadırlar. Bəlkə də, onlar bunu hiss etmirlər. Lakin bu biabırçı hal gerçəklikdir.

     Siyasi hakimiyyətlə mübarizəni ordu üzərində qurmaq, ordunun başçısını, zabitlərini, əsgərlərini bu iyrənc siyasi oyunlara təhrik etmək qüsurlu fəaliyyət formasıdır. Ordu hər bir yurddaş üçün əziz bir kollektivdir. Ordunu cəmiyyətdən, onu təmsil edən xalqdan, həmçinin iqtidar və müxalifətdən kənar bir qurum kimi, yaxud həyatda mövcud olmayan, lakin fikirdə, təsəvvürdə həyata keçirilməsi mümkün hesab edilən bir maddi-mənəvi struktur kimi “layihələndirmək” heç bir sağlam məntiqə cığan şey deyil. Bu istiqamətdə aparılan antiordu təbliğatı hiss ediləcək bir dərəcədə böyüməkdə olan yeni nəslin ideallarını, duyğulu düşüncələrini heçə endirir, onları vətənpərvərlikdən, ordusevərlikdən uzaq xudpəsənd ideyalara sövq etdirir. Bununla bahəm mənəvi quruculuq yükünü çəkən mətbuatımız və dünyalaşan sosial şəbəkə vəzifə kreslosundan ötrü dəridən-qabıqdan çıxan siyasətçilər tərəfindən asan idarə olunan bir mexaniki qüvvəyə çevrilir. Nəticə etibarı ilə bu mənfi təzahürlər–mənəvi boşluq, ruhi eroziya və düşkünlük miqyas baxımından yüksək, dəyərli milli məziyyətlərimizi üstələyir.

    Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün sözləri yada düşür: “Bütün tarix bizə göstərir ki, millətlər yüksək məqsədlərinə çatmaq istədiyi zaman bu coşmaları müqabilində hər zaman uşaqlarına hərbi forma geydirmişlər. Tarixin bu ümumi oxşarlığı daxilində böyük bir fərq bizim tariximizdə – türk tarixində mövcuddur... Bu gün türk milləti müvəffəqiyyət qazandığı hər bir həyati işin qəhrəmanı kimi öz ordusunu, habelə ordusuna komandirlik edən öz övladlarından ibarət zabitlər toplusunu, ali komanda heyətini görür. Millət və qəhrəman övladlarından meydana gələn ordu o dərəcədə vəhdət təşkil edir ki, dünyada və tarixdə bunun örnəyi çox nadirdir. Bu milli keyfiyyət ilə biz daim öyünə bilərik”.

    Bəs biz nə edirik? Niyə ordumuzla öyünmürük?! Ona görə ki, “siyasi rütbə” qazanmış bəzi müxbirlərimizin və şəxsi ambisiyalı vətəndaşlarımızın xüsusi marağı var: onlar siyasi mübarizə düşərgəsində Müdafiə nazirini, Baş Qərargah rəisini, ordu zabitlərini yersiz tənqid atəşinə tutmaqda, təhqirə məruz qoymaqda sanki yarışa çıxır, bəzəkli ibarələr, obrazlı fikirlər işlətməklə bir-birinə fors edir, təşəxxüs satırlar. Jurnalist qələminin həyasını qoruyun, ey möhtərəm qəzetçilərimiz, sayt rəhbərlərimiz, yoxsa sonra gec olar!

     Əgər orduya, yurd müdafiəçilərinə qarşı məhəbbətin yoxdursa, qınaq sahibi özünsən, təqsir səndədir. Hərgah o müqəddəs eşq, yurd təəssübkeşliyi sənin mənəvi aləminə həqiqi mənada çıraq tutursa, qoru o çırağın işığını! O işıq sənin jurnalist nüfuzun, vətəndaşlıq şərəfindir!

Qəzetdə ordunun tənqidi ictimai əhəmiyyət kəsb edir. Bu tənqid adi tənqidlər kimi qiymətləndirilməməlidir. Bəzən elə bir tənqidi faktın təhlili məsələsi ortaya çıxır ki, belə tənqid tamamilə qapalı xarakter daşıyır. Subyektivizmə varıb deyə bilərik ki, hər hansı sosial-iqtisadi obyekti, ictimai təşkilatı və ya dərnəyi tənqid edərkən səhvə yol veririksə, təbii hal kimi zahirən qeyri-obyektiv münasibət xatırlanır. Birmənalı şəkildə deməliyik ki, orduya qarşı qeyri-sağlam tənqid haradasa cinayət əməli həddinə yaxınlaşan bir hal kimi dərk edilməlidir. Bu həqiqəti hökmən qəbul edib reallaşdırmağa mənən borcluyuq. Sosial şəbəkə bu incəliyə nəinki məhəl qoymur, habelə Silahlı Qüvvələrin inkişaf meyillərinə, nümunəvi cəhətlərinə, dünya səviyyəsi ilə fərqli üstünlüklərinə göz yumub “obyektiv” jurnalist, yaxud “yanımcıl” vətəndaş adı altında yalnız gözə dəyən mənfi təzahürləri tənqid edirlər. Bu qəbildən olan sayt rəhbərlərini, ağzına yiyəlik edə bilməyən vətəndaşlarımızı biz necə özümüzə yurddaş adlandıraq?! Bu, olsa-olsa dayaz vətənçilikdir, nə bilək, bəlkə də, bu dediyimiz söz o cür nadürüst əməl müqabilində çox yumşaq səslənir.

    General – Silahlı Qüvvələrin ali zabitlər heyətində hərbi rütbədir. Bu rütbə hərbi xidmətlə əlaqədar və Silanlı Qüvvələr qarşısında xidmətlərə görə verilir. General rütbəsi almış şəxsiyyət – hərbçi vətəndaş ali və şərtsiz milli sərvətimizdir. Bu öz parlaq ifadəsini cəmiyyətimizin əxlaqi və hüquqi prinsiplərində tapır. Ləyaqət hissi olan müxbir, yaxud siyasiləşmiş bir vətəndaş öz doğma Silahı Qüvvələrinin generalı barədə, hətta o generalın xətası olsa da, onun haqqında söz söyləyərkən “milli sərvət” deyilən anlayışın məna dərinliyinə varmağı bacarmalıdır. Hər bir generalın ləyaqət tutumunun təməli ölkə vətəndaşlarının milli mənliyidir.
Öz siyasi mənafeyi naminə söz didən, söz güləşdirən blogerlər, ağzı müdrik söz tutmayan şəxslər, fikrimizcə, dərindən düşünsələr, bu mənəvi həqiqətlərin varlığına şəkk-şübhə etməzlər. Bu əxlaqi gerçəklikləri isbatlandırmaqdan ötrü sizlərə hazır reseptlər verməyi də lüzumsuz sayırıq. Axı, ortalığa söz tullayan təsadüfi adamlar bir yana qalsın, əsl qələm və söz adamına bir eyham da kifayətdir.

...Hərbi jurnalist olaraq ön cəbhə xəttinə növbəti ezamiyyətə gedirdim. Qatarda hərə öz düşündüyü səviyyədə söhbətə siyasətdən başladı. Kimi hökuməti yumşaqcasına tənqid etdi, kimi yalnız yaxşı cəhətləri misal çəkdi, kimi də daxili və xarici siyasəti tamam alt-üst edib Azərbaycanı tərk edəcəyindən danışdı. Axırda söhbət gəlib ordu mövzusu üzərində dayandı. Ordu barəsində yaxşı rəy söyləyən də oldu, pis fikir deyən də. Nəhayət, hərbi hissədə intizamsız hərəkətlərinə görə cəzalandırılan bir əsgər anasının həqarətli sözlərinə dözə bilmədim. Etirazımı tutarlı real faktlarla bildirdim. Haqlı sözlərimi eşidənlərin əksəriyyəti mənimlə razılaşıb həmin qadını əməllicə günahlandırdılar. Hətta bəziləri ordumuzun həqiqətən inkişaf yoluna çıxması barədə tutarlı faktlara əsaslanıb nikbin fikirlər söylədilər. Ordusunun gücündən-qüdrətindən bixəbər olan və yurd komandirlərinə əsassız qara yaxanlar, görəsən, bu ordunun təmsil etdiyi xalqa layiqli övlad ola bilərlərmi?! Hər halda belə kəsləri yalnız öz vicdanlarının mühakiməsinə buraxırıq. Axı, vicdanı biz nə qədər çox ləkələyib haldan salmamışıqsa, o kifayət qədər qabil və səhv etməyən hakimdir.

     Başıma gəlmiş yol əhvalatı kiçik bir epizod təsiri bağışlasa da, ordu və xalqın mənəvi birliyi haqqında bir sıra nüansları açıqlayır. Bəlkə də, hər kəsin hələ anlaya bilmədiyi düyünlü bir mahiyyətin asan açımına iz salır və belə suallar doğurur: Sən öz orduna necə qəlbən bağlanmısan? Sən öz ordunun ləyaqətini qorumağı bacarırsanmı? Sən Vətənin müdafiəsi üçün nə etməlisən? Ordumuza əsgər olmağa hazırsanmı? Bu suallar ağılı və qəlbi qeyri-iradi surədə cəlb edən, ordunun şəxsi heyəti haqqında əsl düşüncə oyadan, özünü öz içində görməyə sövq edən və öz ordusunun inkişafı, məmləkətin müdafiə işi haqqında düşünməyə vadar edən suallardır. Söz yox ki, bu suallara cavab verə bilməyəni mənəvi boşluq hədələyir.

Ordu – xalqın ləkə götürməyən namusudur. Ordu – xalqın əxlaq inikasıdır. Ordu – xalqın vüqarıdır. Ordu – xalqın varlıq rəmzidir.
Ordu – sizdən, bizdən və hamımızdan ibarətdir. Gəlin öz ləyaqətimizi, öz şərəfimizi ayaqlar altına salmayaq, daha yetər!

İbrahim MƏSİMOĞLU, müharibə veteranı,
ehtiyatda olan polkovnik-leytenant

30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.

Xəbər lenti