.
Seymur Verdizadə

Bakı küçələrində Gürcüstan nömrəsiylə şütüyən avtomobillərin sayı günbəgün artır. Mən, Rusiya nömrəsiylə maşın sürən adamlarla da tez-tez qarşılaşıram. Taksi sürücüsü işləyən Vahid adlı gəncdən ötən gün bunun səbəbini soruşanda, belə cavab verdi: "Müəllim, "rastamoşka" etdirməyə gücüm çatmır".

Səbəbini təxminən bilirəm. Amma dəyərli oxucularımıza daha təfərrüatlı məlumat vermək üçün Vahiddən maşınını hansı səbəbdən ölkədə qeydiyyatdan keçirmədiyini soruşmağa ərinmədim. 

Cavabı belə oldu: "Bu maşını Gürcüstandan 5 min dollara almışam. Dövlət Gömrük Komitəsinin əməkdaşları "rastamoşka" üçün 8 min manat istəyirlər. "Rastamoşka" maşının qiymətinə başa gəlir. Mənim isə o pulu verməyə gücüm çatmır".

Onun sözlərini başımla təsdiqləməkdən başqa çarəm qalmamışdı. Vahid isə mənə ümid yeri kimi baxdığı üçün söhbətinə ara vermək niyyətində deyildi: "Müəllim, siz həmişə xalqın sözünü demisiniz. Bir dəfə də bizim dərdimizi dilə gətirin. Başımıza itin oyununu açırlar. Hər 90 gündən bir Gürcüstan sərhəddini keçib, təkrar geri qayıdıram. Hər dəfə 200-300 manat xərcim çıxır. Mənim kimi minlərlə adam var. Ömrümüz yollarda keçir".

Biz mənzil başına çatsaq da, oğlan pulunu alıb getmək istəmirdi. Mən onun nəsə demək istədiyini anladığım üçün səbrimi basmalı oldum. Sağ olsun, məni çox gözlətmədi: "Deyirlər ki, gələn ildən xarici maşınlara nəzarət gücləndiriləcək. Ola bilsin ki, Azərbaycanda 90 gün qalan xarici maşının ikinci dəfə ölkəyə buraxılmasına icazə verilməsin. Hansı ki, qanun buna heç bir məhdudiyyət qoymur. Əgər qanun mənim öz avtomobilimlə hər 90 gündən bir sərhədi keçib, təkrar ölkəyə qayıtmağıma icazə verirsə, mənə necə nəzarət edəcəklər? Ümumiyyətlə, bunun mexanizmi varmı? Deyirlər ki, bu da kasıb üçün qurulmuş tələdir. Hər şey pulun başındadır..."

Burda kiçik bir haşiyə çıxmaq istəyirəm. Tbilisi küçələrində Almaniya, Yaponiya, Cənubi Koreya istehsalı olan bahalı maşınların şütüməsi həmişə diqqətimi çəkib.

Kasıb gürcülərin Azərbaycanda "od qiymətinə" satılan bu cür bahalı maşınları necə aldıqları ilə maraqlananda, belə demişdilər: "Gürcülər bu maşınları yerində çox ucuz qiymətə alırlar. Öz ölkələrində isə qəpik-quruşa "rastamoşka" elətdirib, keflərini çəkirlər. Azərbaycanda isə gömrük rusumları o qədər yüksəkdir ki, orta təbəqənin bahalı maşın sürməsi faktiki mümkün deyil. Dolayısı yolla camaata deyirlər ki, "Porsche", "Ceep" bizlikdir, siz eşşək arabası sürün..."

Bakı-Gürcüstan yolunda əsir-yesir olan həmin o minlərlə sürücü Azərbaycan vətəndaşıdır, bu ölkənin gerçək sahibləridir. Onlara bu zülmü yaşatmağa heç kimin ixtiyarı yoxdur. 

Bəli, Azərbaycanda gömrük rusumu çox yüksəkdir. Qiyməti 5 min dollar olan maşın üçün 8 min manat rusum ödıməyi hansı "ağıllı" müəyyənləşdirib? Niyə bizim ölkədə gömrük rusumu Gürcüstandan, Ermınistandan beş dəfə yüksək olmalıdır? Bunun adı soyğunçuluqdur! Vətəndaşa pul kisəsi kimi baxan adamların özlərinin işinə "baxmaq" lazımdır...

10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...

Xəbər lenti