.

Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib.

Müdafiə Nazirliyindən bildirilib ki, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov nazirliyin rəhbərliyi adından mərasim iştirakçılarını salamlayıb.

Nazir müavini bildirib ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər onların daimi və xidməti mənzillə mütəmadi təmin olunması ölkə başçısının Ordumuza göstərdiyi qayğının bariz nümunəsidir.

Tədbir zamanı məlumat verilib ki, beşmərtəbəli bina 70 tam təmirli mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.

Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahətini təmin etmək məqsədilə bütün lazımi şəraitin yaradıldığı bina üçün yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx, qonaq, uşaq və yataq mebelləri və istilik sistemi ilə təmin edilib. Əraziyə asfalt döşənib, 100 kubluq su çəni qoyulub və yaşıllaşdırma işləri həyata keçirilib.

Mənzillər təqdim edilən hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonra HHQ komandanı general-leytenant R.Tahirov burada yaradılan şəraitlə tanış olub və hərbiçilərin ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edib.
Asiya.ws

 

21 Yanvar 2020 Zakir Həsənov gürcü spikerlə görüşdü
21 Yanvar 2020 Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib
20 Yanvar 2020 Məktəbdə yeyinti: Zahid Oruc prokurora müraciət etdi - Foto
18 Yanvar 2020 Petrosyandan ABŞ-a Qarabağ təklifi – Məxfi sənəd
18 Yanvar 2020 “Bu məmurlar ölkəmizin imicinə zərər vururlar” — Tanınmış cərrahdan icra başçısı ilə bağlı Prezidentə ŞOK MÜRACİƏT
18 Yanvar 2020 İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu - FOTOLAR
17 Yanvar 2020 Baş nazir müşavirə keçirdi: “Prezidentin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir”
16 Yanvar 2020 Diplomu saxta çıxdı, nazir işinə xitam verdi
15 Yanvar 2020 Putin müraciət yaydı-Nüvə ölkələrinə
14 Yanvar 2020 “BU VƏSAİTİN VİCDANSIZCASINA TALANMASI...” - Prezident icra başçılarının həbsinə səbəb olan hallar barədə
12 Yanvar 2020 SON DƏQİQƏ: Türkiyə təyyarəsi vuruldu
10 Yanvar 2020 Nərminin qatili ilə bağlı - Rəsmi açıqlama
09 Yanvar 2020 Biyabırçılıq!Xanhüseyn Kazımlı prezidentdən icazə istədi
07 Yanvar 2020 ABŞ-a “ikinci Vyetnam" yaşadacağıq - İran
01 Yanvar 2020 İlham Əliyevin Yeni il təbriki - Video
31 Dekabr 2019 Natiq Əliyev Baş Klinik Hospitalda müalicə alan hərbi qulluqçuları ziyarət etdi
29 Dekabr 2019 Putinin dostundan şok: Qarabağ üçün bu plan tələdir... - Video
29 Dekabr 2019 PA rəhbərinin adamı YAP-ın deputatlığa namizədi oldu - FOTO
25 Dekabr 2019 Prezident general Natiq Əliyevi “Əməkdar həkim” fəxri adı ilə təltif etdi
25 Dekabr 2019 Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yaşayış binası istifadəyə verilib - VİDEO
24 Dekabr 2019 Prezident Qarabağ əlillərinə ev verdi
24 Dekabr 2019 MSK nəticələri açıqladı — Mehman Hüseynovla bağlı ŞOK NƏTİCƏ
24 Dekabr 2019 Lukaşenko İlham Əliyevi təbrik etdi
21 Dekabr 2019 "Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr müvəffəqiyyətlə həyata keçirilib"
19 Dekabr 2019 Ağstafanın icra başçısı saxlanıldı - Yenilənib
18 Dekabr 2019 ƏLI HƏSƏNOV YENİ İŞ YERİNİN FOTOLARINI YAYDI - "Ora ara-sıra gedirəm"
16 Dekabr 2019 Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: Hər an...
12 Dekabr 2019 Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI – ANBAAN VİDEO
10 Dekabr 2019 Ərdoğan: “Bu məsələdə heç kimdən icazə almayacağıq”
09 Dekabr 2019 ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi rədd edir

Xəbər lenti