.

Mədəniyyət naziri Əbülfəs Qarayev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, təbrikdə vurğulanır ki, respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin himayədarı olmuş ulu öndər Heydər Əliyevin bu mütərəqqi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı da sevindirir. Bu gün mədəniyyətimizin, xüsusilə də musiqimizin sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda eşidilir, onun zənginliyi, ecazkarlığı insanları heyrətə salır.
Qeyd olunur ki, 2019-cu ildə ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu il eyni zamanda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycan paytaxtında gerçəkləşdi. Sessiya həm də Şəki şəhərinin tarixi mərkəzinin (Xan sarayı ilə birlikdə) Dünya irs siyahısına salınması ilə yadda qaldı. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Mədəniyyət Nazirliyi və digər qurumların birgə əməkdaşlığı sayəsində reallığa çevrildi. Bütün bunlar həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın örnəkləridir.
Təbrikdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan "Nəsimi ili" ölkəmizdə və onun hüdudlarından kənarda, o cümlədən UNESCO-da silsilə tədbirlərlə qeyd edilərək eyni zamanda bir mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı. Dahi söz ustadının anadan olmasının 650-ci ildönümündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı şairin zəngin irsinin öyrənilməsində və təbliğində mühüm rol oynadı. İl ərzində həmçinin dövlət başçısının sərəncamları əsasında Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında xüsusi rol oynamış şəxsiyyətlərin yubileyləri qeyd olundu.
Təbrikdə daha sonra deyilir: "Bu il də mədəniyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərən insanların zəhməti möhtərəm Prezidentimiz tərəfindən qiymətləndirildi, onlar dövlət təltiflərinə layiq görüldülər. Mədəniyyətimizin bu səviyyəyə çatmasına mühüm töhfələr vermiş görkəmli sənətkarların xatirələri yubiley mərasimlərində, anım tədbirlərində bir daha yada salındı. Mədəniyyət ənənələrə söykənən davamlı bir prosesdir. Ona görə də ölkəmizdə bu sahənin inkişafı üçün irs və müasirlik vəhdət təşkil edir. Eyni zamanda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əsas hədəfimiz müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri çağımızın tələbləri səviyyəsinə qaldırmaqdan ibarət olmalıdır".
Nazir müraciətinin sonunda bir daha respublikamızda mədəniyyət sahəsində çalışan bütün insanları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər kəsə cansağlığı, ailə səadəti və yeni uğurlar arzulayıb.
25 Mart 2020 "Azərxalça"nın sədri 6 aylıq maaşını Fonda bağışladı
18 Mart 2020 Nərgiz Əliyeva, Ceyla Seyidova "Secret Garden" -Video
18 Mart 2020 Aşıq Dəmir Gədəbəyli son mənzilə yola salınıb-Foto
16 Mart 2020 Rafael Dadaşov vəfat etdi
13 Mart 2020 Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq
11 Mart 2020 Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM
07 Mart 2020 Əbülfəs Qarayev Azərbaycanda teatr və konsertlərin fəaliyyəti DAYANDIRDI
06 Mart 2020 Bakıda koronavirusa görə tamaşalar da dayandırıldı
02 Mart 2020 OĞURLUQ ERMƏNİLƏRİN MİLLİ ƏNƏNƏSİDİR
20 Fevral 2020 Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
26 Yanvar 2020 Bakıda gənc ifaçıların “World harmony” beynəlxalq müsabiqəsi keçiriləcək
30 Dekabr 2019 Əbülfəs Qarayev: “Nəsimi ili” mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı
19 Dekabr 2019 “Nəsimi” filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq
18 Dekabr 2019 Azərbaycan UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəninin vitse-prezidenti seçilib - FOTO
03 Dekabr 2019 İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş Beynəlxalq Konfransın açılışı olub
23 Noyabr 2019 Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçirilib
31 Oktyabr 2019 Leyla Əliyeva Nəsiminin heykəlinin açılışında
25 Oktyabr 2019 Əbülfəs Qarayev vətəndaşlarla görüşdü - Foto
13 Oktyabr 2019 "Azərbaycan dövləti mənə ad verir, televiziyalar isə qadağa qoyur" – Yaqub Zurufçu
28 Sentyabr 2019 Azərbaycanda ikinci möhtəşəm Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı başlayır
27 Sentyabr 2019 “Azərbaycan televiziyalarında qeyri-ciddilik hakimdir”
22 Sentyabr 2019 "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.
18 Sentyabr 2019 Üzeyir Hacıbəyli Türkiyə mediasında — VİDEO
18 Sentyabr 2019 Bu gün Milli Musiqi Günüdür
17 Sentyabr 2019 Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü?
20 Avqust 2019 Azərbaycanlı aktyor beyin insultu keçirdi
19 Avqust 2019 Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub
17 Avqust 2019 Elçin Quliyev Elnarəni təltif etdi
25 İyul 2019 Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub
20 İyul 2019 Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək

Xəbər lenti