.

Asiya Fakt İnformasiya Agentliyi nəzdində "Sizi Tanıyaq” və Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə Dəstək” layihəsinin birgə təşkilatçılığı ilə "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və "Yeni il” münasibətilə "Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib. Konsertdə istedadlı gənclərin bir-birindən maraqlı çıxışları izlənilib, musiqi nömrələri səsləndirilib. Sonda istedadlı gənclərə təşəkkürnamə və hədiyyələr təqdim edilib.


Tədbirə dəvət edilən imkansız ailələr və övladlarına Nərgiz Əliyeva ərzaq və hədiyyələr təqdim edib. Heç vaxt konsertdə olmayan imkansız ailələr bu cür gözəl münasibətə, bayramqabağı ərzaq yardımı və övladları üçün verilən hədiyyələrə görə təşkilatçılara öz təşəkkürlərini bildirib 











Xəbər lenti