.

Vətən sözünü dilə gətirəndə gözlərimiz önündə bizi böyüdüb boya-başa çatdıran müqəddəs bir məkan dayanır. Elə müqəddəs varlıq sayıldığına görə Vətən və Ana kəlmələri dilimizdə birgə işlədilir. Həmişə şair və yazıçılarımız öz əsərlərində Vətəni tərənnüm ediblər, Vətən sevgisinin ilahi bir sevgi olduğunu oxucularına aşılayıblar.
Bir dəfə yas məclisində cavan, lakin kifayət qədər dini təfəkkürü olan bir ruhani qardaşın Vətən sevgisindən bəhs edən söhbətinə qulaq asırdım. O danışırdı ki, hərbçilər Allahın ən sevimli bəndələridir, çünki onların seçdiyi peşənin mənası, məğzi Vətəni, eli-obanı, torpağı, yurdu qorumaqdır. Əgər hərbçi şəhid olarsa, onun libası kəfəni olacaqdır. Bu mənada şəhidlərimizin uyuduğu məkan da cənnətdir, bəzən deyirlər ki, Vətəni müqəddəsləşdirən onun şəhidləridir. Bu yerdə məşhur bir deyim xatırlanır: “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”.
Bəs gəlin görək Vətən sevgisi insanlara hansı yaşdan aşılanır? Lap beşikdən, ana laylasından başlanır bu sevgi desəm, bəlkə də yanılmaram. Analarımızın laylasında o qədər həzinlik var ki, adamın ruhuna hopur. Elə Vətənə olan məhəbbətimiz də ruhumuzla aşılanır. Bəzən bir uşağın tərbiyəsinin nə vaxtdan başlandığını soruşanda deyirlər ki, lap körpə çağlarından insan tərbiyə olunur. Bunu əbəs yerə demirlər axı. Müqəddəs ana laylasının həzinliyi ruhumuza hopunca bəşər övladında sevgi yaranmağa başlayır və bu ilahi sevginin bircə adı var: Vətən sevgisi.
Heç yadımdan çıxmır, çalışdığım redaksiyadan ordumuzun əfsanəvi döyüşçülərindən biri olan Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında oçerk hazırlamaq tapşırığı alanda Biləsuvar rayonunun Əliabad kəndinə, qəhrəmanın doğulub böyüdüyü ailəyə baş çəkməyə qərar verdim. Qəlbimə hakim kəsilən ülvi hisslərin təsiri altında yolu necə başa vurduğumu da bilmədim. Maşından düşüb qəhrəmanımın ünvanını soruşanda mənə bir balaca kənd evini nişan verdilər.
 Darvazanı döyəndə qapını nurani bir adam açdı, Mübarizin atasıyam dedi. İlahi, bu adamın sifətindən o qədər gözəl hisslər duydum. Sadə bir kəndli, halallığı ömrünün məqsədi bilən zəhmətsevər bir insan obrazı canlandı xəyalımda. İçəri keçib ağacın ətrafındakı dəyirmi stolun ətrafında əyləşdik. Bizə çay gətirən qadını göstərib dedi: Uşaqların anasıdır. Ayağa qalxıb görüşürük, onu da söhbətimizə qoşulmağa dəvət edirəm. Hal-əhval tutub Mübariz haqqında söhbətimə qədəm qoyuram. Ağakərim dayı qürurlu baxışlarını mənə dikib “Mübarizi Vətən üçün böyütdük, elə Vətən yolunda da şəhid oldu” deyir.
-Zəhmətsevər uşaq idi, böyüdükcə idmana çox bağlanırdı. Bir gün hərbçi olacağını bildirəndə tərəddüd etmədən xeyir-dua verdik, yoluna uğur dilədik. Bir müddət Daxili Qoşunların tərkibindəki xüsusi təyinatlı bölmədə xidmət etdi. Sonra könüllü cəbhə bölgəsinə getdyini öyrəndik...
Bir azdan qəhrəmanımızın anası danışır, övlad itkisinin onun üçün nə qədər ağır olduğunu bildirsə də, Mübarizin şəhidliyindən, Vətən yolunda fədakarlığından sonsuz fərəhləndiyini dilə gətirir:
-Analar oğul böyüdur ki, Vətəni qorusun, düşmən çəpəri olsun. Oğullar məhz Vətəni, torpağı qorumaq üçün doğulur. Bir müddət Mübarizin nəşi düşmən əlində qalanda mən özümə rahatlıq tapa bilmirdim. Günlərlə gözümün yaşı qurumurdu. Onda da həyat yoldaşım mənə təskinlik verməyə tələsirdi. Sağ olsun Prezidentimiz, bütün səylərini əsirgəmədi, oğlumun dəfn mərasimində də şəxsən iştirak etdi.
İndi Mübarizin məzarı paytaxtımızın ikinci Şəhidlər xiyabanında yerləşir. Neçə illərdir ki, bu məzar minlərlə insanın ziyarətgahıdır, hər təbəqədən olan vətəndaşımız tək bayramlarda, xatirə günlərində yox, adi vaxtlarda da qəhrəmanı ziyarət edir, onun ruhuna dualar oxuyur. Bir sözlə, Mübariz kimi qəhrəmanlar dillərdə dastan olur, tarixə qovuşurlar. “Tarixi qəhrəmanlar yaradır” ifadəsini eşidəndə daim Mübariz kimi igid Vətən oğullarını düşünürəm, məhz onların qəhrəmanlığı sayəsində Vətənimiz qorunur. Mübariz əqidəli insanların ömrü müqəddəs, ibrətamiz ömürdür, gənc nəslə vətənpərvərlik ruhu aşılamaq üçün ən dəyərli nümunədir. Belə igidlərimizi, yurdunu, millətini, dövlətini səmimi, təmənnasız sevən kəslərin sevgisini tərənnüm etməyə həmişə aciz qalırsan. Çünki belə sevginin ölçüsü, miqyası, rəsmi, rəngi olmur. Axı bu, ilahi sevgidir və onun da adı Vətən, yurd sevgisidir.
Yadımdadır, Milli Qəhrəman Mübariz İbrahimovun izdihamlı dəfn mərasimində çıxışı zamanı Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişdi: “Qoy düşmənlərimiz unutmasınlar ki, ordumuzun sıralarında minlərlə, on minlərlə Mübariz kimi oğullar vardır”. Dövlət rəhbərinin bu sözləri bir neçə vaxtdan sonra, 2016-cı ilin aprel döyüşlərində bir daha öz təsdiqini tapdı. Bir neçə gün davam edən savaşda qəhrəman döyüşçülərimiz Vətən qarşısında fədakarlıq nümayiş etdirərək tariximizin yeni salnaməsini yaratdılar. Bu qəhrəmanlardan biriydi mayor Samid İmanov.
 2014-cü ilin bir yay gecəsində Ağdam rayonu istiqamətində cəbhə xəttini yarmağa cəhd göstərən düşmənin təxribat-diversiya qrupunun məhv edilməsində şəxsi şücaət göstərdiyinə görə dövlət mükafatına layiq görülmüşdü.  Həmin hadisədən sonra Bərdə rayonuna səfər edən dövlət başçımız Ağdam rayonundakı hərbi hissəyə də gəlib qəhrəman döyüşçülərimizi ziyarət etmişdi. Həmin gün Ali Baş Komandana raport verən mayor İmanov yüksək etimadı layiqincə doğruldacağına söz vermişdi. Və sözünə də kişi kimi əməl etdi. Aprel döyüşlərində son nəfəsinədək mübarizə apardı, yaralansa belə, yanında döyüşən sevimli silahdaşlarını tək qoymadı. Ona ölümündən sonra ən yüksək fəxri ad – Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Göründüyü kimi, qəhrəmanlıq insanların genində, damarlarında yaranır, formalaşır. Yəni heç kim anadan qəhrəman doğulmur. Yaşadığı dövr, tarixi şərait, mənsub olduğu millətin, xalqın taleyi adamları fədakarlığa, şəxsi şücaət göstərməyə sövq edir. Aprel döyüşlərindən sonra cəbhə bölgəsindəki hərbi bölmələrdən birinin komandiri söhbətimiz zamanı demişdi ki, silahdaşının şəhid olduğunu, yaralandığını bilən əsgərlərin qarşısını kəsmək olmurdu, hamı döyüşə, düşməndən intiqam almağa can atırdı.
Böyük qələbəmizin başlanğıcı olan aprel döyüşləri sözün həqiqi mənasında Azərbaycan gəncliyi üçün mərdlik, qəhrəmanlıq örnəydir. Hazırda hərbi xidmətdə olan gənclərimizin hər biri Qələbə savaşının iştirakçısı kimi evlərinə dönəcəyi anı gözləyir. Hamı istəyir ki, adı xalqımızın qəhrəmanlıq tarixinə həkk olunsun. Eşq olsun belə vətənpərvər gəncliyə! Bu cür gəncliyi olan xalqı, dövləti heç bir qüvvə sarsıda bilməz.

 Arif PƏNAHLI,
 Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant
 
 
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!

Xəbər lenti