.
      İlham Tumas


Qaqa bir az yavaş ol... Burda qəlpə var....

Bağışla, qaqa...

İllər ötdü, az qala qərinədi. Ancaq hələ də, o cəhənnəmdəyəm. Bir dəfə Tərtərə getdim, həyəcanla yatdığım çarpayida uzandım. Elə bildim, cənnətdəyəm. Nə vecimə... Nə “qrad”, nə güllə səsi var. Elə rahatıydım.

Ancaq hələ də gecələr, yuxumda snayper tüfənglərinin bülbül kimi cəh-cəh vuran səsinə hövlanak oyanıram. Hələ də, o günlərdəyəm.

İllər əvvəl yazdığım, dediyim sözün üstündəyəm. Nə qədər ki torpaq yoxdu, xeyri olmayacaq. Kişilər qadınlarından, qadınlar kişilərindən, analar qızlarından, qızlar analarından, oğullar atalarından küsəcək...

Bura kompleksli insanların vətənidir. Burda heç kim xoşbəxt olmayacaq. Burda bütün körpələr yarım doğulacaq, burda hamı yarım qalacaq.

Qarabağ döyüşlərinə qatılmağımı həyatımın hansısa ayrıca, xüsusi bir mərhələsi hesab eləmirəm. Çünki bu döyüşlər sadə bir insanın payı idi. Həmişə inanmışam ki, bu məm­lə­kət son qa­rış tor­pa­ğı­na qə­dər azad edil­mə­yin­cə, kim­sə­yə sa­kit hə­yat yox­dur. Bu mənada mənim üçün Qarabağ döyüşü hər kəsin öz döyüşü olmalıydı. Mən bu döyüşü öz döyüşüm kimi qəbul edənlərdən biri oldum...

Hərdən düşünürəm ki, bəlkə də mən doğmalarıma, yaxınlarıma qədim hind brəhmənlərinin, ya da böyük mübarizə adamlarının yanaşdığı kimi yanaşmışam. Birincilərin həyat fəlsəfəsi belədir ki, onlar nə doğmalarına çox bağlanırlar, nə onların özlərinə çox bağlanmalarına imkan verirlər. Mübarizə adamları isə mübarizələrində hər şeyi, hətta ölümü belə göz önünə almadıqlarından doğmalarının, yaxınlarının sonradan çox üzülməmələri üçün əllərindən gələni edirlər.

Mən is­tə­mi­rəm, özümü ix­ti­yar qo­ca­la­rın və qa­dın­la­rın, məni tanıyan insanların yanın­da xəcalətli hiss edim. Mən düşünürəm, görəsən nə vaxt­sa Xo­ca­lı əsir­li­yin­dən qa­yı­dan qa­dın­ların üzlərinə necə baxa biləcəyik. Qayıtsalar...

Mə­nim mü­ba­ri­zə­yə mü­na­si­bə­tim­lə sev­gi­yə olan mü­na­si­bə­tim də eynidi...
Özüm-özüm­dən hür­kü­rəm, çün­ki sev­gim ya­rım­çıq­dır. Bun­dan bö­yük bəd­bəxt­lik, sev­gi­də bun­dan bö­yük na­ta­mam­lıq olar­mı? Be­lə sev­gi bir gün mə­ni ondan, onu mən­dən bez­dir­məz­di­mi?

 

09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...
06 Oktyabr 2017 Nobel Şurası və İslam Aşurası
02 Oktyabr 2017 Niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?- Anar Yusifoğlu
01 Oktyabr 2017 Bir payız axşamı, söz yağışında...
20 Avqust 2017 Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli (Foto + Video)
04 Avqust 2017 "Qız yükü, duz yükü" dür deyə-deyə...
01 Avqust 2017 Elə bil dünənə qədər aerodromlu briqadirin kolxozçusu deyilmiş...
31 İyul 2017 Montaj ilə qisas olmur, atam!

Xəbər lenti