.


Nə təsəlli verim, nə?....


Dözmək olmur dərdinə
Betərin betəri nə?
Balasın itirənə,
Nə təsəlli verim nə?

Gəzir isti nəfəsin
Həzin,o şirin səsin,
İstəmir ki əvəzin,
Nə təsəlli verim nə?....

Baxdıqca şəkillərə
Göz yaşı dönür selə
Fəryadı qalxır göyə,
Nə təsəlli verim nə?!
***

Dözüm ver mənə Allah!

Dözüm ver mənə Allah!
Qoy dözüm taleyimin,
Sərt payız yağışına.
Dözüm ver mənə Allah!
Dözüm bu damcıların,
Dözülməz ağrısına!

Dözüm ver mənə Allah!
Yaşamaq istəyimi ,
Qoyma boğsun bu ağrı.
Dözüm ver mənə Allah!
Bəlkə elə bu dərddən
Öyrəndim yaşamağı!

Dözüm ver mənə Allah!
Acizlik damğasını
Vurmasın bu dərd mənə!
Dözüm ver mənə Allah!
Bu ayrılıq yazısın
Öyrəşdirim qəlbimə!

 

 

Xəbər lenti