.

Sosial şəbəkələrdə  antimilli qüvvələrin  hədəfində olan əsas fiqurlardan biri kimi Azərbaycanın ordu rəhbərliyinin tez-tez hallandırılması təsadüfi sayıla bilməz. Çünki müstəqil ölkəmizin son illər qazandığı nailiyyətlər sırasında ordu quruculuğunun inkişafı da əsas yer tutur.  Dövlətimizin  apardığı hərbi islahatlar nəticəsində orduda genişmiqyaslı işlər görülüb. Bugünkü ordumuzla 10 il, 20 il əvvəlki dövrün ordusu arasında böyük müqayisə var.Təəssüf ki,  uğurlarımız təkcə gerçək düşmənlərimizi deyil, öz içimizdə olan xain və bədxahları da qıcıqlandırır.

Arif PƏNAHLI,
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant



Həmişə ordumuz haqqında düşünəndə gözlərim qarşısında gecə-gündüz soyuq, qarlı-çovğunlu havada səngərlərdə Vətənimizi göz bəbəyi kimi qoruyan igidlərimiz, torpaqlarımız uğrunda canlarını fəda etmiş hərbçilərimiz canlanır.

Belə vətənsevər insanların hesabına ordumuz yaranıb, inkişaf edib. Bir həqiqəti yaddan çıxarmayaq ki, Azərbaycanın müstəqil dövlətçiliyini bərpa etdiyi ilk dövrlərdə ordumuzun yaranması prosesi çox çətin bir şəraitə - müharibə dövrünə təsadüf edib. Həm təcrübəsiz adamların dövlət rəhbərliyində təmsil olunması, həm də sərhəd bölgələrimizin hərbi təcavüzə məruz qalması bu prosesi daha da ağırlaşdırırdı.


Amma Vətəni öz canından əziz bilən yurddaşlarımız onda da düşmənə qarşı mərdliklə döyüşürdü. Məhz buna görə də ordu haqqında söhbət açanda ilk öncə şəhidlərimizi yada salmalı, onların mənalı ömür yolundan nümunə götürməliyik. Bütün çətinliklərə, əzab-əziyyətə baxmayaraq onlar ön xətdə arxalı işğalçılara qarşı vuruşurdular. Şəhid vətəndaşlarımızı heç zaman unutmayaq, daim xatırlayaq, ad günlərində məzarlarını ziyarət edək, əzizlərinə baş çəkib qayğıları ilə maraqlanaq. Bir sözlə, belələrini unudulmağa qoymayaq.


Azərbaycan ordusunun döyüş qabiliyyətinin təlimdən təlimə daha da artması  düşmənlərimizi, habelə müstəqil dövlətçiliyimizin əleyhinə olan xarici və daxili qüvvələri yaman narahat edir. Heç uzağa getməyək, 2016-cı ilin aprel savaşının ibrət dərslərini xatırlamaq kifayətdir. Bir neçə günlük döyüşdə Azərbaycanın cəbhə xəttindəki hərbi bölmələrinin şəxsi heyəti düşmənə qətiyyətli cavab verdi. Goranboy, Tərtər və Füzuli istiqamətində bir sıra əhəmiyyətli yüksəkliklər işğaldan azad olundu və düşmən ordunun qüvvələri müqavimət göstərmədən geri çəkilməyə məcbur oldular. Ordumuzun bu möhtəşəm qələbəsi  Naxçıvandakı Günnüt əməliyyatında da özünü yenidən isbat etdi. Bütövlükdə min hektarlarla ərazi erməni hərbi birləşmələrindən azad edildi.

Bu döyüşlərdə Azərbaycan ordusunun qazandığı uğurlar əsasən bir faktı sübut etdi ki, son illər dövlətin və xalqın dəstəyi ilə orduda həyata keçirilən islahatlar, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər öz bəhrəsini verir. Ordunun şəxsi heyəti  yüksək diqqət və qayğıya cavab olaraq daha əzmlə xidmət edir, döyüş tapşırıqlarını inamla yetirir.

Bəs qarşı tərəfdə, yəni Ermənistanda vəziyyət necədir? Paşinyanın baş nazir və Tonoyanın müdafiə naziri postuna təyinatından ötən vaxt ərzində işğalçı orduda nəzərəçarpan irəliləyiş qeydə alınmayıb. Əksinə bir-birinin ardınca düşmən ordusunda intiharlar, cinayətkarlıq halları artmaqda davam edir.
Küçə diplomatiyası yolu ilə hakimiyyətə yiyələnmiş Nikol Paşinyanın orduya qeyri-peşəkar “nəzarəti” və digər tərəfdən Tonoyanın hərbi səriştəsizliyi nəticəsində Ermənistan ordusunda nöqsanlar, çatışmazlıqlar günbəgün artır.
Bunu dəfələrlə Yerevanın mərkəzində baş tutan  ölmüş hərbçilərin valideynlərinin etiraz aksiyaları da sübut edir. Cəbhə xəttində öldürülən, xüsusən də qeyri-döyüş şəraitində və intihar hadisələri nəticəsində qətlə yetirilən əsgərlərin valideynləri öz narazılıqlarını açıq şəkildə bəyan edirlər. Məhz bunun nəticəsi olaraq düşmən ölkənin gəncləri ordudan yayınmaq üçün müxtəlif yollara əl atırlar, heç bir valideyn öz övladını cəbhə xəttinə göndərmək istəmir. Axı Azərbaycandan fərqli olaraq Ermənistan iqtisadiyyatı ordunu inkişaf etdirməyə, hərbçilərin sosial durumunu yaxşılaşdırmağa imkan vermir. Artıq düşmən ölkənin hərbi ekspertləri açıq şəkildə etiraf edirlər ki, bu ölkədə ordu döyüş əməliyyatları aparmağa qadir deyil. Əlbəttə, cinayətlərin baş alıb getdiyi, özbaşınalıqların tüğyan etdiyi bir ordudan nəsə gözləmək sadəlövhlük olardı.

Bəzən isə sosial şəbəklərdə, müxtəlif cızma-qara saytlarda ordumuzun əleyhinə aparılan kampaniyadan adama təəccüblü gəlir ki, düşmən bir yana, sənin öz vətəndaşın hansı qüvvələrinsə maraqlarına xidmət edərək orduya qara yaxmaqdan çəkinmir. Bir kiçik faktı elə şişirdib  təbliğ edənlər tapılır ki, onlara bu millətin övladları deməyə dilin gəlmir. Axı insan da doğulduğu yurdu, Vətəni qorumağı qarşısına  məqsəd qoymuş müqəddəs ordusuna qara yaxarmı? Vətən, el-oba sənin üçün nə qədər əzizdirsə, ordun da, əsgərin, zabitin də doğmadır, əzizdir. Bu soyuq havalarda sinəsini düşmənə sipər edən əsgərlərimizi təbliğ etmək əvəzinə, bir-iki neqativ  faktı ümumiləşdirib ordunun adına yazmaq günahdır. Belə nadürüst əməllərdən uzaqlaşın, üzərində boy atdığınız Vətənin, mənsub olduğunuz millətin təəssübünü çəkin.
Ordumuz varsa, yurdumuz, xalqımız qorunur, əmin-amanlığımız təmin olunur. Unutmayaq ki, onun sıralarında hər birimizin doğması xidmət edir və yenə də xidmət edəcək.
 
 
13 Avqust 2020 Baş Nazir tapşırıq verdi
12 Avqust 2020 Spiker göstəriş verdi: “Uşaqpulu”nun bərpası üçün işçi qrupu yaradılır
12 Avqust 2020 Bu gün 93 nəfər yoluxdu, 202 nəfər sağaldı
11 Avqust 2020 Koronavirusa yoluxduğu üçün imtahanda iştirak edə bilməyən abituryentlərlə bağlı AÇIQLAMA
10 Avqust 2020 Azərbaycanın 52 yaşlı general-leytenantı vəfat edib
08 Avqust 2020 Kreditlərin gecikdirilməsinə görə bankların cərimə yazmasına RƏSMİ MÜNASİBƏT
03 Avqust 2020 “Polad generalımız” kitabı nəşr edildi
31 İyul 2020 Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yaydı
30 İyul 2020 Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
28 İyul 2020 Təhsil naziri kollektivə təqdim edildi
27 İyul 2020 Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
27 İyul 2020 İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib
26 İyul 2020 Əhməd Əhmədzadəyə ağır itki
25 İyul 2020 Ermənilər 4 azərbaycanlı tələbəni güllələdi - VİDEO
22 İyul 2020 Prezidentdən mətbuatla bağlı mühüm - Sərəncam
22 İyul 2020 “Heç bir hücum olmayıb, itkilərimiz yoxdur” - MN-dən açıqlama
22 İyul 2020 Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
21 İyul 2020 Ermənilərin 2 PUA-sı məhv edildi
20 İyul 2020 Hərbi hissənin qərargah rəisi qəzada öldü
18 İyul 2020 Azərbaycanda xüsusi karantin rejimi avqustun 31-dək uzadıldı - RƏSMİ
18 İyul 2020 Şəhidlərimizin ailələrinə Prezident təqaüdü veriləcək
17 İyul 2020 Hikmət Hacıyev daha bir erməni ilə debata çıxdı - Video
16 İyul 2020 Şəhid Nazim İsmayılov dəfn olundu - Fotolar
16 İyul 2020 Prezident yeni XİN rəhbəri təyin etdi
16 İyul 2020 Prezident Elmar Məmmədyarovu işdən çıxardı
16 İyul 2020 Səfərbərlik Xidmətində qeydə alınanların sayı açıqlandı
16 İyul 2020 Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır
15 İyul 2020 Baş Prokurorluq və DİN aksiya haqda məlumat yaydı
15 İyul 2020 General-mayor Polad Həşimov dəfn olundu
15 İyul 2020 Müdafiə Nazirliyi sosial şəbəkələrdəki xəbərlərlə bağlı məlumat yaydı

Xəbər lenti