.

Bu günlərdə Asiya.ws - ə müraciət edən bir qrup sahibkar Sabunçu rayon İcra Hakimiyyətinin  nümayəndələrinin əllərində rayon icra hakimiyyətinin sərəncamı ilə "Avtoyuma" məntəqələrinin bağlanmasını tələb etdikləri barədə məlumat veriblər.Belə ki, bir qrup şəxs Sabunçu rayon ərazisində yerləşən "Avtoyuma" məntəqələrinin, ya təyinatının dəyişdirilməsini,ya da bağlanması ilə bağlı Bakıxanov Qəsəbə Nümayəndəsinin xəbərdarlıq məktubunu sahibkarlara paylayıblar .Asiya.ws -ə müraciət edən bir qrup sahibkar isə obyeklərinin heç bir əsas olmadan bağlanması və yaxud təyinatının dəyişdirilməsi icra strukturlarının səlahiyyətində olmadığını,eyni zamanda isə məhkəmə qərarı olmadan bu kimi hərəkətlər nəyə və kimə  xidmət etdiyini  aydınlıq gətirilməsini tələb edirlər..


Sahibkar qeyd edir ki,Bakıxanov Qəsəbə Nümayəndəsinin  bu məktubunu qanunsuz hesab edir və  bunu icra strukturlarının  yeni oyunu,yəni "pul tələsi" hesab edirlər. Adının çəkilməsini istəməyən sahibkardan biri isə obyektin bir çoxunu elə İcra hakimiyyətinin satdığını,obyektin tikilməsinə və təyinatına da məlumatlı olduğu halda nədən qanunsuz idisə niyə satırdı sualını qoyub. "Obyekt mənimdir,hansı profildə işlətməyimi vergi orqanları bilir,su işlədirəmsə dövlətimə su pulu və digər komunal xidmətlər ödəyirəm,əgər sanitar qaydaları pozuramsa buyursun aidiyyatı qrumlar bununla bağlı məsələ qaldırsın.O zaman bizdə gərəyi nədirsə edərik.Yoxsa heç bir əsas olmadan bu cür məktubla olmur.." Məsələ ilə bağlı Bakıxanov Qəsəbə Nümayəndəliyi əlaqə cəhdlərimizə və həmişəki kimi zənklərimizə cavab verilmədi.

Xəbər lenti