.


Modern.az-ın əldə etdiyi məlumata görə, Qazax rayonunun Ağköynək kənd icra nümayəndəsi Aydın Hacıyev seçkilərə müdaxilə etmədiyinə görə işdən çıxarılıb.

 

Məlumatı Ağköynək kəndinin sakinləri bildirib.

Sayt xəbəri dəqiqləşdirmək üçün Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Svetlana Qurbanova bu barədə məlumat vermək istəmədi: “Bu barədə sizə heç bir məlumat verə bilmərəm”.

İşdən çıxarıldığı deyilən icra nümayəndəsi Aydın Hacıyev isə bu məsələnin marağında olmadığını diqqətə çadırdı.

O, hadisənin baş verdiyini inkar etmədi: “Hələlik bir şey yoxdur. Mətbuat bununla maraqlanırsa, Qazax rayonuna gəlin, işıqlandırın.  Hələlik işdən çıxmaqla bağlı bir problemim yoxdur. Çıxası olsam, öz ərizəmlə işdən çıxacağam. Heç kim məni işdən çıxarmaz”.

Qeyd edək ki, məlumatda deyilir ki, deputatlığa namizədlərdən biri yanvarın 18-də rayonun Ağköynək kəndində görüş keçirməyə çalışıb. Kənd sakinləri etiraz ediblər və və belə bir adama səs verməyəcəklərini deyiblər.

Bu xəbər Qazax rayon icra hakimiyyətinə çatan kimi icra nümayəndəsi Aydın Hacıyev qəbula çağırılıb. Baş vermiş hadisəyə görə üzr istəməsini və yenidən görüş təşkil etməsini tələb ediblər. Bunları etməyəcəyi təqdirdə işdən kənarlaşdırılacağı bildirilib. Aydın Hacıyev isə bu göstərişdən imtina edib”.

 

24 Fevral 2020 Prezidentdən Artur Rasi-zadə ilə bağlı VACİB SƏRƏNCAM
24 Fevral 2020 Daha bir ölkədə koronavirus AŞKARLANDI
22 Fevral 2020 Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb - FOTOLAR
21 Fevral 2020 Bu seçkidə təşviqat qaydaları gözlənilmədi – MSK sədri
21 Fevral 2020 MSK-nın iclası başladı - İlk qərar
21 Fevral 2020 Kolleclərə tələbə qəbulu elan edildi
21 Fevral 2020 DTX Neftçalada daha bir vəzifəli şəxsi saxladı
20 Fevral 2020 Türk ordusu hücuma keçdi: General öldürüldü
20 Fevral 2020 MSK yenə toplandı: nəticələrin ləğvi gündəmdə
20 Fevral 2020 Paşinyan yenə Qarabağa gəlir - Səbəb
20 Fevral 2020 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir
19 Fevral 2020 Elçin Quliyev: Sərhədlərimizi qoruyan bu gəmilər...
19 Fevral 2020 ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd
18 Fevral 2020 Daha iki məntəqənin nəticəsi etibarsız sayıldı
18 Fevral 2020 Ermənilər 13 itki verdi, Qarabağın “müdafiə naziri” istefaya getdi
18 Fevral 2020 Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər
18 Fevral 2020 MSK-nın iclası başladı: İlk qərar verildi - Təcili
18 Fevral 2020 Qondarma respublikanın müdafiə nazirliyi təcili toplanıb
18 Fevral 2020 "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
17 Fevral 2020 "Prezidentin bu çıxışı dünyaya agah olunan ən mühüm çağırışlardan biridir" - Arzu Nağıyev
16 Fevral 2020 Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
16 Fevral 2020 Erməni politoloq: “Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat yaratdı”
16 Fevral 2020 İrimiqyaslı hərbi təlimlər başladı: 2 milyon 300 əsgər...
16 Fevral 2020 Ərdoğan növbəti hərbi qiyamdan danışdı
15 Fevral 2020 MSK Fəzail Ağamalı, Ülvi Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlının seçki dairələri ilə bağlı qərar verdi
15 Fevral 2020 Zakir Həsənov generallarla xidməti müşavirə keçirdi
15 Fevral 2020 Qəbələdə bu evdə 6 nəfər yanıb - FHN 1 demişdi (FOTOLAR)
15 Fevral 2020 Proses Kəlbəcərin qaytarılması ilə başlamalıdır – Rus ekspert
14 Fevral 2020 Onların dairəsinin ləğvinə belə qərar verilib - İclasdan video
14 Fevral 2020 Baş qərargah rəisi nə işlə məşğul olur? Eyni hərbi hissədə iki hadisə

Xəbər lenti