.

13 saylı Xəzər-Pirallahı seçki Dairəsindən deputatlığa namizəd olan Səbuhi Rəcəb seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşlərini fəal surətdə davam etdirir.

Asiya.ws xəbər verir ki, yanvarın 17-də və 18-də ilk olaraq Əli ayağı və Mirmövsüm ağa ziyarətgahlarını özünün komanda üzvləri və seçiciləri ilə birgə ziyarət edən Səbuhi Rəcəb Buzovna, Mərdəkan, Pirallahı  qəsəbələrində seçiciləri ilə görüşüb.


Sakinlərə özü barədə ətraflı məlumat verən Səbuhi Rəcəb ölkənin idman ictimaiyyəti arasında yaxşı tanındığını, bir sıra beynəlxalq yarışların mükafatçısı olaraq idman ustası adına layiq görüldüyünü, daha sonra ayrı-ayrı vaxtlarda Azərbaycan Sambo və Kikboksinq federasiyalarının vitse-prezidenti olduğunu diqqətə çatdırıb. Hazırda “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinə vitse-prezidenti olduğunu qeyd edən Səbuhi Rəcəb sahibkarlıq fəaliyyəti haqqında məlumat verib.


Deputatlığa namizəd Səbuhi Rəcəblə görüşdə qarşılaşdıqları problemlər haqqında məlumat verən sakinlər bəzi kommunal problemlərin və işlə bağlı problemlərin qaldığını qeyd ediblər. Hazırda respublikada işsizlik probleminin həlli ilə bağlı böyük işlərin görüldüyünü qeyd edən Səbuhi Rəcəb əhalinin artım tempinin vətəndaşların işlə təmin olunması göstəricisini cüzi dərəcədə üstələdiyini bildirib və əlavə edib ki, bu məsələnin həllində əsas vəzifə sahibkarlıq fəaliyyətinin daha da geniş vüsət almasıdır. O bunun üçün Mərdəkan və Buzovna sakinlərinin yaşadıqları bölgənin yay turizmi üçün əlverişli olduğunu nəzərə alaraq onlar turizm sektorunda fəaliyyət göstərə bilmələri üçün lazımi qanunvericilik aktlarının təşəbbüskarı kimi çıxış edəcəyini, sakinlərə hüquqi yardım göstərilməsi işinin təşkil olunacağını qeyd edib. Sonra deputatlığa namizəd Səbuhi Rəcəb ayrı-ayrı sakinlərin yaşadıqları ünvanlara gedərək seçicilərlə tanış olub, onların gözləntiləri və problemlərini dinləyib.


Dekabrın 21-də Pirallahı qəsəbəsində seçiciləri ilə görüşdə özünün seçkiqabağı platforması ilə bağlı məlumat verən Səbuhi Rəcəb vətəndaşları səsvermə günü seçki məntəqələrinə gələrək səsvermədə fəal iştirak etməyə səsləyib. O, 9 fevral seçkilərində layiqli namizədin qalib gələcəyinə ümidvar olduğunu qeyd edərək millət vəkili mandatının böyük məsuliyyət kəsb etdiyini vurğulayıb. Görüşdə iştirak edən sakinlərin bir qismi Səbuhi Rəcəbin ölkədə idmançılar üçün gördüyü işləri yüksək qiymətləndiriblər. Toplaşanlar Səbuhi Rəcəbin xeyriyyəçilik fəaliyyəti ilə bağlı məlumata malik olduqlarını, onun Azərbaycan Qızılı Aypara Cəmiyyəti vasitəsilə Xəzər rayonundakı imkansız insanlara göstərdiyi diqqət və qayğıdan danışıblar.


Pirallahı qəsəbəsində yaş və sağlamlıq durumu ilə bağlı görüşdə iştirak edə bilməyən seçicilərin yaşadıqları ünvanlara gedən Səbuhi Rəcəb onlarla tanış olub, problemlərini dinləyib. Deputatlığa namizəd Pirallahıda yaşayış və iş üçün yaxşı şəraitin yaradıldığını, lakin bəzi kommunal problemlərin tam aradan qaldırılması üçün işlərin davam etdirilməsinin zəruriliyini qeyd edərək, bu kimi məsələlərdə sakinlərə dəstək verəcəyini bildirib. Aylardı müalicə alan, ayağında olan problemlərə görə gəzə bilməyən Şəhid anası ilə söhbətindən təsirlənən Səbuhi Rəcəb onun qarşısında diz çöküb. 



24 Fevral 2020 Prezidentdən Artur Rasi-zadə ilə bağlı VACİB SƏRƏNCAM
24 Fevral 2020 Daha bir ölkədə koronavirus AŞKARLANDI
22 Fevral 2020 Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb - FOTOLAR
21 Fevral 2020 Bu seçkidə təşviqat qaydaları gözlənilmədi – MSK sədri
21 Fevral 2020 MSK-nın iclası başladı - İlk qərar
21 Fevral 2020 Kolleclərə tələbə qəbulu elan edildi
21 Fevral 2020 DTX Neftçalada daha bir vəzifəli şəxsi saxladı
20 Fevral 2020 Türk ordusu hücuma keçdi: General öldürüldü
20 Fevral 2020 MSK yenə toplandı: nəticələrin ləğvi gündəmdə
20 Fevral 2020 Paşinyan yenə Qarabağa gəlir - Səbəb
20 Fevral 2020 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir
19 Fevral 2020 Elçin Quliyev: Sərhədlərimizi qoruyan bu gəmilər...
19 Fevral 2020 ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd
18 Fevral 2020 Daha iki məntəqənin nəticəsi etibarsız sayıldı
18 Fevral 2020 Ermənilər 13 itki verdi, Qarabağın “müdafiə naziri” istefaya getdi
18 Fevral 2020 Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər
18 Fevral 2020 MSK-nın iclası başladı: İlk qərar verildi - Təcili
18 Fevral 2020 Qondarma respublikanın müdafiə nazirliyi təcili toplanıb
18 Fevral 2020 "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
17 Fevral 2020 "Prezidentin bu çıxışı dünyaya agah olunan ən mühüm çağırışlardan biridir" - Arzu Nağıyev
16 Fevral 2020 Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
16 Fevral 2020 Erməni politoloq: “Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat yaratdı”
16 Fevral 2020 İrimiqyaslı hərbi təlimlər başladı: 2 milyon 300 əsgər...
16 Fevral 2020 Ərdoğan növbəti hərbi qiyamdan danışdı
15 Fevral 2020 MSK Fəzail Ağamalı, Ülvi Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlının seçki dairələri ilə bağlı qərar verdi
15 Fevral 2020 Zakir Həsənov generallarla xidməti müşavirə keçirdi
15 Fevral 2020 Qəbələdə bu evdə 6 nəfər yanıb - FHN 1 demişdi (FOTOLAR)
15 Fevral 2020 Proses Kəlbəcərin qaytarılması ilə başlamalıdır – Rus ekspert
14 Fevral 2020 Onların dairəsinin ləğvinə belə qərar verilib - İclasdan video
14 Fevral 2020 Baş qərargah rəisi nə işlə məşğul olur? Eyni hərbi hissədə iki hadisə

Xəbər lenti