.


Ermənistanın Azərbaycan torpaqlarının işğalını cidd-cəhdlə rəsmiləşdirməyə çalışdığı, bunun üçün bütün vasitələrə əl atdığı məlumdur. Yaxın və orta tarixin saxtalaşdırılması, bütün dünyanın bildiyi ən sadə həqiqətlərin belə, baş-ayaq təqdim olunmas, o sırada ermənilərin Rusiya çarı İ Pyotr dövründə Qafqaza gəlmə xalq olduqları halda özlərini aborigen toplum kimi gözə soxmaları da bəllidir.

 
Ermənilərin yalnızca torpaq oğruları yox, musiqi, mədəniyyət, mənəviyyat oğruları olması da təzə məsələ deyil. O da məlumdur ki, ermənilər harada kompakt şəkildə məskunlaşırsa, az sonra həmin ərazini öz adına çıxıb “qədim erməni torpağı” saymağa, üstəlik, bunu erməni dərsliklərinə salıb öz uşaqlarına təbliğ eləməyə başlayırlar. Paralel surətdə yerli və qədim toponimləri, ermənilərin gəlmə olduqlarını təsdiqləyən tarixi adları erməniləşdirməyə girişir, yerli aborigen xalqa aid bütün mədəni abidələri, dəlil-sübutları yox eləməyə çalışırlar.
Ən isti nümunə hazırda Ermənistan adlanan Qərbi Azərbaycan ərazisi və bir də təbii ki, işğal altındakı Dağlıq Qarabağ və ona bitişik 7 rayondur. Bu xəstə təfəkkürlü toplum, “əzabkeş xalq” nəinki türk torpaqlarında, yəni İrəvan xanlığı ərazisində yaradılan saxta Ermənistan dövlətinin ərazisində və Qarabağda türk toponimlərini erməniləşdirib, həm də heç vaxt ermənilərin yaşamadığı Dağlıq Qarabağ ətrafındakı rayonların adlarını dəyişiblər. Guya bununla tarixi mənbələri silə biləcəklər. Mənbələr, o cümlədən ermənilərin tarixi müttəfiqi sayılan rusların mənbələri isə bütünlüklə ermənilərin əleyhinədir və onların total yalanını üzə çıxarır.
***
Azərbaycan torpaqlarının ilhaqına haqq qazandırma üçün düşmən tərəfin istifadə elədiyi məkrli vasitələrdən biri də ermənilərin özlərini dünyaya yalandan mədəni, tolerant xalq kimi təqdim edib azərbaycanlıların vəhşi obrazını yaratmaq cəhdidır. Halbuki Azərbaycandan fərqli olaraq, Ermənistan SRRİ dağılandan dərhal sonra monoetnik ölkəyə çevrilib. Burada hətta yəhudilərə də göz verib işıq verməyiblər.
Xatırladaq ki, Ermənistanda 5 minlik yəhudi icmasından indi heç 100 nəfər də qalmayıb. Azərbaycanda isə böyük yəhudi icması yaşayır və onlar digər xalqlar kimi, həmişə rahat, təhlükəsiz şəraitdə həyatlarını sürür, inkişaf edir, yeri gələndə ümumi vətənimiz Azərbaycan uğrunda, erməni işğalına qarşı Azərbaycan türkləri ilə birgə mübarizə aparırlar. Bizdə Bakı doğumlu Albert Aqarunov kimi yəhudi əsilli Milli Qəhrəman da var...
***
Bu arada Dağlıq Qarabağdakı qondarma rejimin işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirməyə və ya farslaşdırmağa davam etdiyi barədə yeni xəbərlər gəlməkdədir. Belə ki, ermənilər Şuşadakı məşhur Gövhərağa məscidini İran arxitektorlarının köməyi ilə “fars məscidi” kimi restavrasiya edəndən sonra bu dəfə tarixi Şuşa qalasının restavrasiyasına başladıqlarını elan ediblər.
Qondarma “dqr mədəniyyət və turizm nazirliyinin” bildirdiyinə görə, məşhur Şuşa qalası 2020-ci ildə restavrasiya olunacaq. Habelə Gövhərağa məscidində restavrasiya işləri davam etdiriləcək. İşğalçılar Xocavənd, Ağdərə rayonları ərazisindəki qədim məbədləri və tarixi abidələri, o cümlədən Laçın rayonundakı XV əsrə aid “Mirik” qalasını da “restavrasiya” etməyə hazırlaşırlar. Ermənilərin “restavrasiya”sının nədən ibarət olacağını isə təxmin eləməyə dəymir.
Məlumat üçün bildirək ki, Şuşa qalası Şuşa şəhərinin tarixi hissəsini əhatə edən qala divarlarından ibarətdir. Belə ki, 18-ci əsrdə yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdı. Sonrakı dövrdə şəhər, sadəcə, Qala adlandırıldı. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülüb.
Qalanın inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Şuşa qalası üç əsas qapıya malik olub - Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.
***
Erməniləri isə əlbəttə ki, Şuşanın gerçək tarixini yaşatmaq yox, onu “özününküləşdirmək” maraqlandırır. Bu, o ermənilərin nəslidir ki, Qarabağa köçün 150-ci ildönümü münasibətilə Marağa kəndində abidə qoymuş, konflikt başlayanda isə onu uçurmuşdular. Ancaq fakt faktlığında qalır. Şübhə yox ki, torpaqlar işğaldan azad olunandan sonra erməniləri ifşa edən belə dəlillərin sayı-hesabı olmayacaq...
Musavat.com


11 Fevral 2020 "Azərbaycan Ordusu 24 saata bütün Ermənistanı tutacaq və türklər..." - Türkiyəli deputatdan ŞOK AÇIQLAMA
10 Fevral 2020 İmişlidə gözlənilməz seçki nəticəsi - Razi Nurullayevi mandatsız qoyan kimdir?
09 Fevral 2020 Azərbaycanda bəy və gəlin səs verdi - FOTO
24 Yanvar 2020 Ermənilər Şuşa qalasını məhv edir
19 Yanvar 2020 Deputatlığa namizəd Əziz Ələkbərov Saatlıda görüş keçirtdi-FOTOLAR
15 Yanvar 2020 Bu dığa yalvarışları bizə çoxdan agahdır..
10 Yanvar 2020 Sarkisyanın cinayət işi üzrə ibtidai istintaq başa çatdı
02 Yanvar 2020 Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO
29 Dekabr 2019 "Bura qadın krallığıdır, kimin evdə bekar qadını varsa, gətirib şöbə müdiri qoyur"
18 Dekabr 2019 Ukraynadan Bakıya deportasiya edilən Elvin İsayev müraciət yaydı - FOTO
12 Dekabr 2019 Zərərli toyuq ətini dönərxanalara paylayan sex aşkarlandı - Fotolar
26 Noyabr 2019 Erməni jurnalistdən maraqlı AÇIQLAMA: “Bakıda bir nəfər əvvəl yəhudi olduğunu dedi, təklikdə “erməniyəm” söylədi”
25 Noyabr 2019 Avrasiya Universitetinin tələbələrindən nümunəvi addım - Fotolar
22 Noyabr 2019 Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi
15 Noyabr 2019 Bakıda yanğın: Polis azyaşlıları belə xilas etdi - Foto
08 Noyabr 2019 Bakı Avrasiya Universitetinin binası bayraqla bəzədildi - Fotolar
02 Noyabr 2019 "Çıxış Yolu"nun daha bir uğuru: Möhtəşəm Xeyriyyə toyu baş tutdu-Fotolar
31 Oktyabr 2019 73 nəfər qatarda yanaraq öldü - Video+ Yenilənib
25 Oktyabr 2019 Əli Əsədov Medvedyevlə görüşdü - Foto
15 Oktyabr 2019 Türk əsgərinə salam olsun! – Türkiyə millisindən möhtəşəm ADDIM
30 Sentyabr 2019 Nəsiminin heykəli fərqli formada
29 Avqust 2019 Türkiyə və Gürcüstan hərbçiləri Bakıda - FOTO
21 Avqust 2019 Şəhidimiz dəfn edildi
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb - Bəzi ixtisaslarda keçid balı çox qalxıb
15 İyul 2019 AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.
06 İyul 2019 Rövnəq Abdullayevin oğlunun toyundan - Foto+Videolar
15 İyun 2019 26 il sonra Cocuq Mərcanlıda "Son zəng" çalındı - Foto
01 İyun 2019 Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
30 May 2019 Prezident onunla selfi çəkmək istəyən gəncə yaxınlaşdı - Video
23 May 2019 Ermənistanda komissiya yaradıldı-Aprel müharibəsini araşdırmaq üçün istintaq qurulur

Xəbər lenti