.

Davit Tonoyanın Ermənistan Müdafiə nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında durmadan artması müşahidə olunur. Köhnə rejim tərəfindən əsası qoyulan bu ənənə, yəni “dedovşina” bu gün də davam edir. Bu da düşmən ordusunda intihar və özünə-qəsd hallarının getdikcə çoxalmasına gətirib çıxarır.

Ermənistan baş naziri Nikol Paşinyanla “Qarabağ” klanı arasında getdikcə dərinləşən qarşıdurma erməni ordusunu tamamilə məhvə sürükləyir. Yanvarın 24-də düşmən tərəfindən işğal altında olan ərazilərimizdə erməni əsgərlər arasında baş vermiş silahlı qarşıdurma əminliklə demək olar ki, sonuncu olmayacaq. Son vaxtlar Ermənistan ordusunda əsgərlərin bir-birini odlu silahla qətlə yetirməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə dəqiq məlumat verilmir. Xüsusilə də Ermənistan Müdafiə nazirliyi əsgərlər arasında baş vermiş silahlı qarşıdurmanı qəza hadisəsi kimi təqdim edərək don geyindirməyə çalışır. Həmçinin, əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarını ört-basdır etməyə çalışan Ermənistanın Müdafiə nazirliyi bütün bunların, əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyi barədə məlumat yayaraq ictimaiyyəti aldadır.

Bütün bunlar Ermənistan ordusundakı intizamsızlıq və özbaşınalıqdan xəbər verir. Düşmən ordusunda baş verən ölüm hallarına görə bu vaxta qədər heç kəs cəzalandırılmayıb. Eyni zamanda, bunun kökündə işğalçı ölkənin ordusunda əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənkənar halların baş verməsi, əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən qul kimi işlədilməsi dayanır. Ona görə də Ermənistanda yerli əhali övladlarını kütləvi surətdə hərbi xidmətdən yayındırmağa çalışır. Valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəbdən də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir. Davit Tonoyanın quruma rəhbərliyindən sonra Ermənistan ordusunda heç nə dəyişməyib. Əksinə, vəziyyət getdikcə pisləşib.


Hətta gənc əsgərlərin özünə-qəsd hallarının əksəriyyəti Davit Tonoyanın Müdafiə nazirliyinə rəhbərliyindən sonra baş verdiyini qeyd etmək olar. Ordudakı özbaşınalıq, müəmmalı əsgər ölümləri Ermənistanda ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirir. Artıq işğalçı ölkədə etiraz aksiyaları baş qaldırır. Valideynlər bildirirlər ki, Paşinyan bu barədə dərindən düşünməli, orduda nizam-intizam yaratmalı, quldurluq hallarına son qoymalıdır. Bu isə mümkün deyil. Son olaraq onu qeyd edək ki, bu ilin yanvar üçün artıq Ermənistan ordusunda 5 nəfər hərbçi ölmüş, 10 nəfərədək hərbi qulluqçu isə yaralanmışdır. Bu statistik rəqəmlər bir daha Ermənistan ordusundakı acınacaqlı vəziyyəti üzü çıxarır.
Siyasi analitik Ehtiram Aşırlı
25 Fevral 2020 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi
24 Fevral 2020 Azərbaycanın baş infeksionisti koronavirusla bağlı əhaliyə müraciət etdi
24 Fevral 2020 Məktəblərdə şagirdlərə tapşırıq: tibbi maska və spirt...
24 Fevral 2020 Bu gün Azərbaycan Ali Məclis sədrini seçəcək
20 Fevral 2020 İlham Əliyev İtaliya Prezidenti ilə görüşdü - Foto
20 Fevral 2020 Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
19 Fevral 2020 Erməni əsgərlər öldü, hərbi polisin rəhbəri də istefaya getdi
19 Fevral 2020 Qondarma "Artsax" -a yeni müdafiə naziri təyin edildi
18 Fevral 2020 Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
18 Fevral 2020 “Sədərək” ticarət mərkəzi YANIR
17 Fevral 2020 MSK bu dairədəki 7 məntəqəninin nəticəsini ləğv etdi
16 Fevral 2020 Ölkə başçımız Paşinyanı “mat” vəziyyətinə saldı
15 Fevral 2020 Hərbi qulluqçumuz şəhid olub
15 Fevral 2020 “Müşahidəçilər yerində oturub müşahidə aparmalıdır” - Məzahir Pənahov
14 Fevral 2020 “Ermənilər azərbaycanlılara qarşı soyqırım törədib” - Fransız senator
12 Fevral 2020 Türkiyə böyük savaşa girə bilər – Şərh
12 Fevral 2020 Dəm qazı daha bir tələbənin həyatına son qoydu
11 Fevral 2020 Azərbaycanda qarlı hava neçə gün davam edəcək?
11 Fevral 2020 Aprel döyüşçümüzün nəşini dəfnə belə apardılar - Video
11 Fevral 2020 Eyvazov yeni rəis təyin etdi
09 Fevral 2020 Bu rayonlara güclü qar yağdı: Yollar buz bağladı - FOTO
09 Fevral 2020 13 saylı Xəzər Pirallahı seçki dairəsində xeyli sayda qanun pozuntusu aşkarlanıb
08 Fevral 2020 Seçkidə saxtakarlıq edənləri nə gözləyir? – DİQQƏT
07 Fevral 2020 Məzahir Pənahov: MSK-ya şikayət daxil olsa...
05 Fevral 2020 ERMƏNİ ORDU DİLƏNÇİLİYİ
05 Fevral 2020 Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq
03 Fevral 2020 Bakıda Prezidentin iştirakı ilə konfrans keçirildi - Yeni
31 Yanvar 2020 "Düşmənin gücü və müdafiəsi bitmiş, pərişan durumdadır"-Səbuhi Rəcəb
27 Yanvar 2020 Ermənistan ordusundakı hərbçilər xalqa müraciət edərək onlardan kömək istəyir-Təhlil
25 Yanvar 2020 Prezident tapşırıq verdi: Zəlzələ zonasında təxliyə başladı...

Xəbər lenti