.


105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva ilə rayonun Əlimərdanlı kəndinin sakinləri arasında möhtəşəm görüş keçirilib.

Mən düz 14 il əvvəl seçki kompaniyası zamanı sizə vəd vermişdim ki, əgər mənə etimad göstərsəniz sizin fikirlərinizin, problem və təkliflərinizin Milli Məclisdə səslənməsi, müvafiq qurumlar qarşısında qaldırılması və həllini tapmasına kömək üçün əlimdən gələni edəcəyəm deyən Qənirə Paşayeva millət vəkili olduğu dövrdə öz vədinə sadiq olduğunu bildirib. Bu 14 ildə mən sizi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim deyən Qənirə Paşayeva bu illər ərzində görülən işlərlə bağlı geniş məlumat verib.

Deputatlığa namizəd vurğulayıb ki, 14 illik fəaliyyəti dövründə Əlimərdanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Qənirə Paşayeva 14 illik millət vəkili fəaliyyəti dövründə dünya miqyasında da dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. O, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nigahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması, əhalimizin sağlamlığının qorunması, fiziki imkanları məhdud insanlarımızın cəmiyyətə daha çox inteqrasiya edə bilməsi, gənclərimiz arasında yayılan zərərli vərdişlərə qarşı mübarizə istiqamətində çalışdığını, bu istiqamətdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak etdiyini də vurğulayıb və bildirib ki, seçiciləri yenidən ona etimad göstərsələr, gələcək fəaliyyətində də bu məsələlər və təbii ki, Tovuzu və onun dəyərli sakinlərini narahat edən problemlər onun üçün vacib mövzulardan olacaq. Əziz seçicilərim, həllini gözləyən problemlərimiz də var. Əgər yenidən mənə etmad göstərsəniz sizi bu günə qədər olduğu kimi bundan sonra da sizi layiq olduğunuz səviyyədə, ləyaqətlə təmsil etməyə və problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışacam deyən Qənirə Paşayeva bütün Əlimərdanlı seçicilərini fevralın 9-da keçiriləcək seçkilərdə aktiv iştirak etməyə çağırıb.   Görüşdə çıxış edən  kənd sakinləri, ziyalılar millət vəkilinin bu illər ərzində fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. 
Görüşdən sonra millət vəkili bir sıra kənd sakinlərini tək-tək dinləyib, onları narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparan Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.
Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələrinə dərin təşəkkürünü bildirən Q.Paşayeva sizin bu dəstəyinizin mənim üçün mənəvi anlamda da çox böyükdür deyib.



22 Fevral 2020 Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb - FOTOLAR
21 Fevral 2020 Bu seçkidə təşviqat qaydaları gözlənilmədi – MSK sədri
21 Fevral 2020 MSK-nın iclası başladı - İlk qərar
21 Fevral 2020 Kolleclərə tələbə qəbulu elan edildi
21 Fevral 2020 DTX Neftçalada daha bir vəzifəli şəxsi saxladı
20 Fevral 2020 Türk ordusu hücuma keçdi: General öldürüldü
20 Fevral 2020 MSK yenə toplandı: nəticələrin ləğvi gündəmdə
20 Fevral 2020 Paşinyan yenə Qarabağa gəlir - Səbəb
20 Fevral 2020 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir
19 Fevral 2020 Elçin Quliyev: Sərhədlərimizi qoruyan bu gəmilər...
19 Fevral 2020 ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd
18 Fevral 2020 Daha iki məntəqənin nəticəsi etibarsız sayıldı
18 Fevral 2020 Ermənilər 13 itki verdi, Qarabağın “müdafiə naziri” istefaya getdi
18 Fevral 2020 Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər
18 Fevral 2020 MSK-nın iclası başladı: İlk qərar verildi - Təcili
18 Fevral 2020 Qondarma respublikanın müdafiə nazirliyi təcili toplanıb
18 Fevral 2020 "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
17 Fevral 2020 "Prezidentin bu çıxışı dünyaya agah olunan ən mühüm çağırışlardan biridir" - Arzu Nağıyev
16 Fevral 2020 Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
16 Fevral 2020 Erməni politoloq: “Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat yaratdı”
16 Fevral 2020 İrimiqyaslı hərbi təlimlər başladı: 2 milyon 300 əsgər...
16 Fevral 2020 Ərdoğan növbəti hərbi qiyamdan danışdı
15 Fevral 2020 MSK Fəzail Ağamalı, Ülvi Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlının seçki dairələri ilə bağlı qərar verdi
15 Fevral 2020 Zakir Həsənov generallarla xidməti müşavirə keçirdi
15 Fevral 2020 Qəbələdə bu evdə 6 nəfər yanıb - FHN 1 demişdi (FOTOLAR)
15 Fevral 2020 Proses Kəlbəcərin qaytarılması ilə başlamalıdır – Rus ekspert
14 Fevral 2020 Onların dairəsinin ləğvinə belə qərar verilib - İclasdan video
14 Fevral 2020 Baş qərargah rəisi nə işlə məşğul olur? Eyni hərbi hissədə iki hadisə
14 Fevral 2020 Hadi Rəcəbli parlamentlə sağollaşdı
14 Fevral 2020 Azərbaycan Prezidenti Almaniyada səfərdədir

Xəbər lenti