.

Dünyanın ən mötəbər iqtisadi forumlarından sayılan Davos Beynəlxalq İqtisadi Forumu artıq neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yaxından iştirak etdiyi ümumdünya qurumları sırasında mühüm yer tutur. Azərbaycanın Forumlarda fəal iştirakı ölkəmizin tanıdılmasında, dünya iqtisadi birliyinə yaxından inteqrasiyasında, tariximizin, mədəniyyətimizin tanıdılmasında əvəzedilməz rol oynayır.

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov "Davos Beynəlxalq İqtisadi Forumu: Azərbaycanın dünyaya açılışının yeni imkanları" adlı məqaləsində qeyd edib.
O bildirib ki, Davos Beynəlxalq İqtisadi Forumu ənənəvi olaraq dövlət rəhbərlərinin, dünyanın aparıcı şirkətlərinin, tanınmış siyasətçilərin iştirakı ilə keçirilən ən böyük iqtisadi diskussiya meydanıdır: "Burada müasir beynəlxalq iqtisadi problemlər, iqtisadiyyatda və texnologiyada yeni meyllər və nailiyyətlər müzakirə edilir, ayrı-ayrı ölkələrin iqtisadi inkişafının əsas göstəriciləri barədə hesabatlar hazırlanır. Təşkilatın daha bir xüsusiyyəti ölkələrə öz nailiyyətlərini təqdim etmək və beynəlxalq miqyasda xüsusi rola malik olan şirkətlərlə işgüzar əlaqələr qurmaq imkanlarını yaratmasıdır. Başqa sözlə ifadə etsək, Davos Beynəlxalq İqtisadi Forumu həm də böyük imkanlar meydanı kimi səciyyələndirilə bilər. Bu baxımdan sözügedən mötəbər iqtisadi toplantıda iştirak etmək hər bir iştirakçı üçün mühüm avantaj kimi qəbul olunur".
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidentinin bir çox illərdir dalbadal Davos Beynəlxalq İqtisadi Forumuna qatılması bir yandan ölkəmizin onun imkanlarından səmərəli şəkildə faydalanmaq istəyini nümayiş etdirməklə yanaşı, həm də dünyanın aparıcı şirkətlərinin Azərbaycana, onun artan iqtisadi imkanlarına artan marağın göstərir: "Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər həm say, həm da rəngarənglik baxımından yuxarıda söylənən fikri, düşünürəm ki, tamamilə təsdiqləyir. Bu görüşlərin ortaya qoyduğu daha əhəmiyyətli həqiqət isə cənab İlham Əliyevin Forumun ən çox arzuolunan və hörmət bəslənilən qonaqlarından biri olmasıdır. Onunla görüşən və görüşmək istəyən yüksək qonaqların, dünya iqtisadiyyatının nəhənglərinin say çoxluğu deyilənin bariz ifadəsi sayıla bilər. Prezident İlham Əliyevlə görüşmək istəyənlərin və görüşənlərin çoxsaylı olması eyni zamanda Azərbaycana, onun artan iqtisadiyyatına yüksək maraqdan xəbər verir. Ölkəmizə və onun rəhbərinə yüksək marağın kökündə dayanan bir məqama ayrıca toxunmağa dəyər. Beynəlxalq İqtisadi Forumun hazırladığı hesabatlarda Azərbaycan bir çox indekslərə görə dünya dövlətləri arasında mötəbər mövqelərə malikdir və son illərin təcrübəsinə istinadən deyə bilərik ki, həmin göstəricilər ildən ilə artır. Azərbaycanın ən islahatçı dövlətlər sırasında olması, rəqabətlilik qabiliyyətinə, infrastrukturun vəziyyətinə görə yüksək göstəriciləri ölkəmizin inkişafının artan dinamikası barədə dünyada, ilk növbədə isə nəhəng şirkətlərin rəhbərlərində aydın təsəvvürlər yaradır. Bu isə öz növbəsində Azərbaycanın iqtisadiyyatına diqqəti artırır, ölkəmizin investisiya cazibədarlığını gücləndirir".
Baş nazirin müavini əlavə edib ki, Davosda keçirilən Beynəlxalq İqtisadi Forum istənilən ölkəyə dünyaya açılmaq baxımından geniş imkanlar yaradır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu imkanlardan səmərəli şəkildə istifadə edir. Bu təşkilatın imkanları vasitəsilə ölkəmizin təbliğ edilməsi, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması yüksək faydalılıq əmsalı ilə fərqlənir.Ayrıca qeyd olunmalıdır ki, DİF vasitəsi ilə bütün dünya, ilk növbədə isə Azərbaycana, onun iqtisadiyyatına maraq göstərənlər ölkənin birinci şəxsinin təqdimatında lazımi məlumatları əldə edir, inkişaf perspektivləri, planları, gələcəyə dair baxışları ilə tanış olmaq imkanı qazanırlar. Ölkəni tanıtmağın, onun nailiyyətlərini təbliğ etməyin, ölkəyə sərmayə və texnologiyalar cəlb etməyin daha səmərəli formasını təsəvvür etmək mümkün deyil".
YAP sədrinin müavini-icra katibi deyib ki, 2020-ci il Davos Forumu Azərbaycandan ötrü daha da əlamətdar və əhəmiyyətli oldu: "Forumun rəhbərliyinin qərarı ilə Beynəlxalq İqtisadi Forumun Azərbaycanda regional şöbəsinin yaradılması nəzərdə tutulur. Belə bir təşəbbüsün irəli sürülməsi ölkəmizin Forumun işinə verdiyi töhfənin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan indi dünyanın ən mötəbər iqtisadi diskussiyalar təşkilatının iştirakçısı yox, eyni zamanda təşkilatçılarındandır. Yəqin ki, yaxın zamanlarda Azərbaycanın yeni bir mötəbər tədbirə ev sahibliyi edəcəyinin şahidi olacağıq. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin beynəlxalq miqyasda əldə etdiyi bir çox yüksək uğurlar içərisində layiqli yer tuta biləcək. Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır. Prezident İlham Əliyevin səyləri nəticəsində indi bu imkan Azərbaycana yaxınlaşır, başqa formada ifadə etməli olsaq, Azərbaycan özü bu imkana çevrilir. Əminəm ki, ölkəmizi Prezident İlham Əliyevin rəhbərliyi altında neçə-neçə belə uğurlar və nailiyyətlər gözləyir".
22 Fevral 2020 Leyla Əliyeva FAO-nun baş direktoru ilə görüşüb - FOTOLAR
21 Fevral 2020 Bu seçkidə təşviqat qaydaları gözlənilmədi – MSK sədri
21 Fevral 2020 MSK-nın iclası başladı - İlk qərar
21 Fevral 2020 Kolleclərə tələbə qəbulu elan edildi
21 Fevral 2020 DTX Neftçalada daha bir vəzifəli şəxsi saxladı
20 Fevral 2020 Türk ordusu hücuma keçdi: General öldürüldü
20 Fevral 2020 MSK yenə toplandı: nəticələrin ləğvi gündəmdə
20 Fevral 2020 Paşinyan yenə Qarabağa gəlir - Səbəb
20 Fevral 2020 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir
19 Fevral 2020 Elçin Quliyev: Sərhədlərimizi qoruyan bu gəmilər...
19 Fevral 2020 ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd
18 Fevral 2020 Daha iki məntəqənin nəticəsi etibarsız sayıldı
18 Fevral 2020 Ermənilər 13 itki verdi, Qarabağın “müdafiə naziri” istefaya getdi
18 Fevral 2020 Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər
18 Fevral 2020 MSK-nın iclası başladı: İlk qərar verildi - Təcili
18 Fevral 2020 Qondarma respublikanın müdafiə nazirliyi təcili toplanıb
18 Fevral 2020 "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
17 Fevral 2020 "Prezidentin bu çıxışı dünyaya agah olunan ən mühüm çağırışlardan biridir" - Arzu Nağıyev
16 Fevral 2020 Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
16 Fevral 2020 Erməni politoloq: “Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat yaratdı”
16 Fevral 2020 İrimiqyaslı hərbi təlimlər başladı: 2 milyon 300 əsgər...
16 Fevral 2020 Ərdoğan növbəti hərbi qiyamdan danışdı
15 Fevral 2020 MSK Fəzail Ağamalı, Ülvi Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlının seçki dairələri ilə bağlı qərar verdi
15 Fevral 2020 Zakir Həsənov generallarla xidməti müşavirə keçirdi
15 Fevral 2020 Qəbələdə bu evdə 6 nəfər yanıb - FHN 1 demişdi (FOTOLAR)
15 Fevral 2020 Proses Kəlbəcərin qaytarılması ilə başlamalıdır – Rus ekspert
14 Fevral 2020 Onların dairəsinin ləğvinə belə qərar verilib - İclasdan video
14 Fevral 2020 Baş qərargah rəisi nə işlə məşğul olur? Eyni hərbi hissədə iki hadisə
14 Fevral 2020 Hadi Rəcəbli parlamentlə sağollaşdı
14 Fevral 2020 Azərbaycan Prezidenti Almaniyada səfərdədir

Xəbər lenti