.



09 fevral 2020-ci il tarixdə keçiriləcək Parlament seçkilərinə 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyası (DSK) tərəfindən namizədliyi qeydə alınan Səbuhi Rəcəb  Vaqif oğlunun, Buzovna qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları, gəncləri ilə görüşü keçirilib.

İlk öncə Səbuhi Rəcəb və bir qrup qəsəbə sakinləri müqəddəs Şəhid məzarları üzərinə gül dəstələri qoyub, qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib. Daha sonra görüş Zaqulba Mərasim evində böyük coşğuyla davam edib. Tədbirdə Buzovnada Cümə məscidinin axundu Hacı Soltan , jurnalist Cəlal Yaquboğlu , jurnalist-yazar Kənan Hacı , Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, Buzovna, qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları və o cümlədən gənclər iştirak ediblər. Çıxış edən qonaqlar Deputatlığa namizəd Səbuhi Rəcəbin bu günə qədər fəaliyyəti ərzində gördüyü işlərdən görüş iştirakçılarına məlumat verib. Bu günə qədər idman sahəsindəki uğurlarından, xeyiyyəçilik fəaliyyətindən, insanlarla daima təmasda olmasından danışıblar. Tədbirdə çıxış edən seçicilər Səbuhi Rəcəbin cəmiyyət üçün gördüyü işləri yüksək qoiymətləndirib: “Bu günə qədər heç bir məmur, və ya illərdir səsimizi verib deputat seçdiyimiz bir namizəd qapımızı döyməyib, problemlərimizlə maraqlanmayıb”, “Biz seçdiyimiz deputatımızın qəbuluna düşə bilməmişik, lakin Səbuhi Rəcəb qapımızı daima döyür, bizimlə söhbət edir, problemlərimizlə maraqlanır. Bu təkcə seçki ərəfəsində deyil, bundan əvvəl də belə olub. Ona görə də biz öz səsimizi məhz Səbuhi Rəcəbə verəcəyik və hər kəsi də səsinə sahib çıxmağa, layiqli namizədə səs verməyə çağırırıq”. “Cənab Prezident növbədənkənar parlament seçkilərini əbəs yerə keçirmir, qoy yaşlı, yatmağa kreslo axtaran, heç bir fəaliyyətini görmədiyimiz, seçicisini tanımayan deputatlar getsin istirahətini evində eləsin, milli məclis yatmaq üçün deyil, iş görmək üçündür”, “Gənclərə imkan yaradaq, arxa olaq, qoy enerjili gənclərimiz işləsin, qoy yanımızda olan, bizlərdən olan seçilsin”, “Səbuhi Rəcəbə səs verin!” deyə şüarlar səsləndirilib, fikirlər bildirilib.
Görüşdə sakinlər sual və təkliflərini, problemlərini səsləndiriblər. Səbuhi Rəcəb qəsəbə sakinlərini narahat edən bəzi problemləri dinləyib və həlli istiqamətində müzakirələr aparıb. Səbuhi Rəcəb ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda seçiciləri fəal olmağa səsləyib, öz səslərini layiq bildikləri namizədə verməyə çağırıb: “Mən öncə şəhid ailələrimizin, Qarabağ veteranlarımızın qarşısında baş əyirəm, bu gün əziyyət çəkib görüşümüzə gəliblər, dəyərli seçicilərimizdən tək istəyim 9 fevral seçkilərdə fəal iştirak eləsinlər, kimi layiqli bilirlərsə ona səs versinlər. Mən bütün hallarda hər zaman xalqımızın yanındayam, prezidentimiz İlham Əliyev cənablarının və xalqımızın xidmətçisiyəm”.
Görüşdə çıxış edən ağsaqqal və ziyalılar Səbuhi Rəcəbin sakinlərin problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyətini, idman sahəsindəki uğurları, sadəliyi və səmimiliyi ilə sakinlərin rəğbətini qazanmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq seçkilərdə onu dəstəkləyəcəklərini bildiriblər. 
Vüsalə Qələndərli
































22 Fevral 2020 Qarmon ifaçısı oxumağı ilə hamını heyran etdi-Video
17 Fevral 2020 Güləşçilərimizin ermənilər üzərində darmadağını... - Video
16 Fevral 2020 İlham Əliyevin Paşinyanı çətin duruma saldığı an - Video
13 Fevral 2020 İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video
11 Fevral 2020 Vətəndaşları təcili yardım maşını ilə seçkiyə aparan baş həkim cəzalandırıldı - VİDEO
09 Fevral 2020 13 saylı seçki dairəsində ikinci dəfə səs vermək istəyən ər və arvad ifşa olundu-Video
07 Fevral 2020 Səbuhi Rəcəbin seçicilərlə növbəti izdihamlı görüşü baş tutub -Foto+Video
01 Fevral 2020 Səbuhi Rəcəbin Buzovna sakinləri ilə növbəti görüşü keçirilib-VİDEO+Fotolar
30 Yanvar 2020 "Var-dövlətimi artırmıramsa, o deputatlıq nəyimə lazımdır?" - Tahir Kərimli (VİDEO)
15 Yanvar 2020 "Nöqsanlara görə 2 məsul şəxsə töhmət verilib" -Təhsil Nazirliyi
13 Yanvar 2020 İmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEO
13 Yanvar 2020 “Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa” - VİDEO
10 Yanvar 2020 Hindistanlı gənclərdən Şəhidlər Xiyabanına hörmətsizlik - VİDEO
01 Yanvar 2020 Naxçıvanda bayram atəşfəşanlığı təhlükə saçdı - VİDEO
28 Dekabr 2019 Türk ordusunun girdiyi ölkələr: Azərbaycan da var - Video
28 Dekabr 2019 Salyanda özünü yandıran polisin qohumlarından Əli Həsənovun rəis qohumu ilə bağlı SENSASİON İTTİHAMLAR
20 Dekabr 2019 Bir manatlıq dönərin mənşəyi haradan gəlir? - VİDEO
12 Dekabr 2019 Leyla Əliyeva Heydər Əliyevi belə andı – Video
09 Dekabr 2019 Yağış suları Sabunçuda yolları keçilməz etdi-Video
03 Dekabr 2019 Milli Məclisin binası necə tikilib? - Video
25 Noyabr 2019 Bakıda ticarət mərkəzini su basdı: maşın suya qərq oldu - VİDEO
04 Noyabr 2019 YPG terrorçusunun mobil telefonundan çıxan görüntülər izləyənləri dəhşətə gətirdi - VİDEO
29 Oktyabr 2019 Hadi Rəcəbli: Çindən gəlirəm, orada uşaqpulu vermirlər, uşağa görə pul alırlar - VİDEO
25 Oktyabr 2019 Baş həkim icra başçısının aylıq haqqını çatdırmadığı üçün işdən çıxarılıb?–VİDEO
24 Oktyabr 2019 Bakıda dəhşətli qəza anı - Sürücü küçədə can verdi - VİDEO
18 Oktyabr 2019 Paşinyan TŞ-ni təcili topladı – Qarabağ müzakirəsi
14 Oktyabr 2019 Bakıda ağır qəza: qırmızı işıqda keçdi, iki maşınla toqquşdu - ANBAAN VİDEO
11 Oktyabr 2019 Siyahıyaalma necə keçdi? - Onminlərlə işçi, milyonlarla vəsait ayrılmışdı - VİDEO-SORĞU
01 Oktyabr 2019 “İşğal altındakı ərazilər nə vaxt azad olunacaq?” – Putin ŞOK SUALA görün nə cavab verdi – VİDEO
25 Sentyabr 2019 “Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları keçirildi - VİDEO

Xəbər lenti