.

Mərdəkan sakinlərinin  müraciəti əsasında 13 Saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Səbuhi Rəcəblə növbəti  görüş keçirilib. Müxtəlif kiçik qruplarla başlayan görüşdə sakinlərin problemi dinlənilib.
Daha sonra MSK tərəfindən ayrılmış Mərdəkan Qəsəbəsi Nizami Mədəniyyət Mərkəzində   görüşlər davam etdirilib.  Sakinləri narahat edən məsələlər dinlənərək müvafiq qeydlər aparılıb. Səbuhi Rəcəb sakinləri maraqlandıran bir sıra sualları cavablandırıb, problemlərin həlli üçün millət vəkili seçilib- seçilməməsindən asılı olmayaraq əlindən gələni edəcəyini vurğulayıb.
Verilən suallar arasında məmur özbaşınalıqları, seçicilərə təzyiqlərin olunması da öz əksini tapıb. Səbuhi Rəcəb cavab olaraq bildirib:" Parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir. Bu önəmli hadisədə 9 fevral 2020-ci ildə hər kəsi öz səsinə sahib çıxmağa, layiqli namizədinə səs verməyə çağırıram. Ölkə başçımızın sizə yaratdığı imkanlardan səmərəli istifadə edin! Yaşlı, vətəndaşlarını saymayan, şəhidinin ailəsiylə, veteranıyla maraqlanmayan məmurların yerinə daha potensiallı, daha savadlı gənc kadrlara ehtiyac var.Aparılan kadr islahatları da bunu deməyə əsas verir ki, ölkə başçısı gənclərə daha çox güvənir. Gənclərə verilən yüksək vəzifələr dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir. Hər birimiz Cənab Prezidentimiz İlham Əliyevin və hər birimizə böyük dəstək olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşməli, dövlətimizin daha da inkişafı naminə əlimizdən gələni etməliyik.  Biz Prezidentin etimadını doğrultmaq üçün atdıq bu addımı. Faktlar da var ki məmurlar, qapı-qapı gəzərək insanları təhdid edir, onların seçim etdikləri namizədə səs vermələrini tələb edir, əks halda işdən çıxarılacaqları ilə hədələyirlər. Sakinlər var ki öz namizədləri ilə görüşə belə gələ bilmirlər, kimlərdənsə çəkinirlər. Halbuki hər kəs bilməklidir ki bu təzyiqlər heç nəyi dəyişməyəcək. Ölkəmizdə mütləq şəkildə şəffaf seçki keçiriləcək"."-deyə Səbuhi Rəcəb bildirib.
Sakinlər onları narahat edən problemlərin həlli istiqamətində Səbuhi Rəcəbin məsələ qaldıracağına inandıqlarını və öz səslərini Səbuhi Rəcəbə verəcəklərini bildirib. 

Vüsalə Qələndərli
Asiya.ws








22 Sentyabr 2020 KİVDF-dən jurnalistlərin binası ilə bağlı yayılan iddialara REAKSİYA
22 Sentyabr 2020 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
22 Sentyabr 2020 Nikolun qorxusu: Zərbə vurmağa çalışır ki... - Bozoyan
21 Sentyabr 2020 Səfərbərlik Xidmətindən əhaliyə müraciət - VİDEO
21 Sentyabr 2020 Hər deputatın 3-5 könüllüsü ola bilər
21 Sentyabr 2020 Bakıda həkimlərlə məmurlar arasında - Qalmaqal
21 Sentyabr 2020 Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq
19 Sentyabr 2020 Avropanın üç nəhəngi ABŞ-a qarşı: İrana sanksiya...
19 Sentyabr 2020 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR
19 Sentyabr 2020 Yevlax Mərkəzi Xəstəxanası cərimələndi: Üfünət, təhlükə...
18 Sentyabr 2020 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar
18 Sentyabr 2020 Dövlət qurumunun 21 əməkdaşı işdən çıxarılıb - RƏSMİ
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxılıb - YENİLƏNİB
18 Sentyabr 2020 Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18 Sentyabr 2020 Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi
18 Sentyabr 2020 Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.
18 Sentyabr 2020 DTX əməliyyatı: həbs olunan var - Foto
17 Sentyabr 2020 Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib
17 Sentyabr 2020 Millət vəkilləri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin məzarlarını ziyarət ediblər.
17 Sentyabr 2020 Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
17 Sentyabr 2020 Əli Həsənova məxsus bina BOŞALDILIR
17 Sentyabr 2020 Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”
15 Sentyabr 2020 Millət vəkilləri hərbçilərimizin ailələrini ziyarət ediblər
15 Sentyabr 2020 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
15 Sentyabr 2020 15 sentyabr Bakının erməni işğalından azad edilməsi günüdür
14 Sentyabr 2020 Dövlət qeydiyyatından keçən dərmanların fərqli qiymətə satışı qadağandır - AÇIQLAMA
14 Sentyabr 2020 Q.Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib
11 Sentyabr 2020 Hər partada bir şagird oturacaq - RƏSMİ
11 Sentyabr 2020 Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayon sakinlərinə tibbi xidmət göstərdi-VIDEO+FOTOLAR
11 Sentyabr 2020 Töhmət verilən direktor məktəbi müəllimlərə təmir ETDİRİR (Səs yazısı)

Xəbər lenti