.

“Çıxan nəticələrdə seçicilərimin səsləri saxtalaşdırılsa, MSK-ya müraciət edəcəyik!"-Səbuhi Rəcəb aidiyyatı qrumlara mesaj göndərdi

 

Günlərdir deputatlığa namizədlərin sakinlərlə davam edən görüşləri seçicilər arasında birmənalı qarşılanmayıb. Belə ki, illərdir seçdikləri millət vəkillərinin onları tanımadıqlarını, problemlərinin həlli üçün günlərlə qapısını döysələr də, qəbuluna düşə bilmədiklərini bildiriblər. Məmur özbaşınalıqlarından cana doyan sakinlər, şəhid ailələri və veteranlar 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Səbuhi Vaqif oğlu Rəcəbin görüşünə böyük coşğuyla gəlir, əsl Millət vəkili olmağa məhz Səbuhi Rəcəbin layiq olduğunu bildirirlər.
“Səbuhi Rəcəb illərdir ömrünü xeyriyyəçiliyə həsr edib, idman sahəsindəki uğurları, gənclərə dəstəyi ilə ürəklərimizə yol tapıb”,”Şəhid analarına, veteranlara böyük dəstəyi olub”, “ Biz öz səsimizi Səbuhi Rəcəbə verəcəyik”-deyə şüarlar səsləndiriblər.
Günlərdir ev-ev sakinlərin görüşünə gedən Səbuhi Rəcəb dövlət başçımızın daima vətəndaşlarımıza diqqət və qayğısından söz açıb, dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrildiyindən bəhs edib. Bildirib ki, bəzi məmurlar öz işlərini layiqincə yerinə yetirməməklə insanlarımızın dövlətə olan inamını azaltmağa çalışır, amma hər biriniz əmin olun ki, dövlət başçımız daima sizi düşünür, apardığı islahatlar da məhz sizin üçündür:”9 Fevral 2020-ci il növbədənkənar parlament seçkiləri  də sizi düşünərək atılan siyasi addımdır. Hər biriniz sizə verilən bu fürsətdən yararlanmalısınız.Səsinizi layiqli namizədə verməklə  yeniliklərə birgə imza atmış olacaqsınız.
"İnsanları hədələyərək səs toplamaq istəyirlər, seçicilərə təzyiq nəticəni dəyişməyəcək!"

Eşidirik ki, insanları hədələyərək səs toplamaq istəyirlər. Hər kəs bilməlidir ki, bu təzyiqlər heç nəyi dəyişməyəcək. Ölkəmizdə mütləq şəkildə şəffaf seçki keçiriləcək. Əgər çıxan nəticələrdə seçicilərimin səsləri saxtalaşdırılsa, MSK-ya  müraciət edəcəyik"-deyə Səbuhi Rəcəb aidiyyatı qrumlara mesaj göndərib.
"Onu da vurğulamaq istəyirəm ki, biz bu xalqın və ölkə başçısının xidmətçiləriyik.Bu günə qədər vətəndaşlarımızla necə maraqlandıqsa, bundan sonra da elə olacaq. Seçkilərdə namizədliyimizi irəli sürməkdə tək məqsədimiz dövlətə, xalqa daha yaxın ola bilmək, daha çox iş görə bilmək istəyidir. Cənab Prezidentin ölkə və gənclər siyasətini dəstəkləyirik, hər zaman mən və mənim kimi qəlbi vətənlə döyünən, dövlətini və millətini sevən minlərlə  gənclər Cənab Prezidentimiz İlham Əliyevin  və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşəcəyimizə, dövlətimizin daha da inkişafı naminə əlimizdən gələni edəcəyimizə söz veririk" -Səbuhi Rəcəb bildirib
Asiya.ws
21 Sentyabr 2020 İlham Əliyev BMT-də videomüraciətlə çıxış etdi – VİDEO
21 Sentyabr 2020 Vəziyyət kəskinləşib: Düşmən ağır itkilərə məruz qaldı
19 Sentyabr 2020 General: Düşmən təxribata hazırlaşır, hazır olun! - Video
14 Sentyabr 2020 Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
14 Sentyabr 2020 Türkiyə XİN: ABŞ Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırır
09 Sentyabr 2020 “DQR” işğalı təsdiqlədi, İrəvandan dərhal əmr gəldi - Foto
09 Sentyabr 2020 Ermənistan üçün kabus: Bakı-Ankara ittifaqı işğal-ilhaq planlarını puç edir
08 Sentyabr 2020 Prezident Ramiz Mehdiyevi bu vəzifədən çıxardı - Sərəncam
07 Sentyabr 2020 Azərbaycan - Türkiyə qardaşlığı və Tovuz döyüşləri haqqında möhtəşəm film - VİDEO
05 Sentyabr 2020 Jurnalistlərin üçüncü binası gələn il təhvil veriləcək? - Qurum sözçüsü açıqladı
04 Sentyabr 2020 Sentyabrın 8-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
31 Avqust 2020 Karantin rejimi öz səmərəsini verir - Prezident
28 Avqust 2020 Ərdoğan güzəştə getməyəcək, haqqı olanı alacaq
23 Avqust 2020 Putin hərbçilərə müraciət etdi
22 Avqust 2020 Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi - Yenilənir
19 Avqust 2020 Kürdəmirdə 5 nəfər saxlanıldı
18 Avqust 2020 İlham Əliyev Əfqanıstan prezidentini təbrik etdi
16 Avqust 2020 Zurabyan Paşinyanı tənqid etdi: “Nə ingiliscə bilir, nə də Qarabağ haqqında…”
15 Avqust 2020 Abbas Abbasovun həbs xəbəri yayıldı
14 Avqust 2020 VASİTƏÇİ İŞĞALÇINI SİLAHLANDIRMALIDIRMI?
13 Avqust 2020 DTX səfir Eldar Həsənovu həbs etdi - Şok
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü
11 Avqust 2020 Ceyhun Bayramov Çavuşoğlu ilə təkbətək görüşdü - FOTOLAR
07 Avqust 2020 Serbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
03 Avqust 2020 Avqustun 5-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
30 İyul 2020 Prezident şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi barədə göstəriş verdi
27 İyul 2020 Prezident İlham Əliyev yeni Təhsil naziri təyin etdi
26 İyul 2020 "Palmali" şirkətinin 5 gəmisi Golden Eagle Şirkətinə satıldı
25 İyul 2020 Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib
22 İyul 2020 Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”

Xəbər lenti