.

Bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir.

Asiya.ws xəbər verir kİ, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.
O qeyd edib ki, fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s, bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək:
"Bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edirik. Bakıda və Abşeronda: fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15 -18 dərəcə aşağı enəcək. 9-da gündüz 0-3 dərəcə isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4 dərəcə şaxta olacağı gözlənilir. Buna görə də 9-dan 10-na, və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var".
Direktor bildirib kİ, Azərbaycanın rayonlarında fevralın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir: "Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyinin güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimalı var. Hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, meteohəssas insanların da səhhətlərinə qarşı diqqətli olmasını tövsiyə edirik".
***
Bu saata olan məlumata görə, rayonlarda artıq havada dəyişiklik qeydə alınır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.
Hazırda qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar yağmağa başlayıb.
Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.
21 Fevral 2020 DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı – ANBAAN VİDEO
21 Fevral 2020 Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir
20 Fevral 2020 Paşinyandan sensasion status: "Xocalı qətliamını ruslar törədib..." - FOTO
20 Fevral 2020 “Dağlıq Qarabağ Azərbaycanındır” - Prezident
20 Fevral 2020 Ermənistanda yüksək rütbəlilərin həbsi gözlənilir
20 Fevral 2020 DTX Neftçalayla bağlı açıqlama yaydı
18 Fevral 2020 Sədərək” yandı - Video
17 Fevral 2020 Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
13 Fevral 2020 MSK bu gün təcili toplanır: mühüm qərarlar veriləcək!
13 Fevral 2020 İlham Əliyev yeni müavin təyin etdi
13 Fevral 2020 Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək... - Prezident
12 Fevral 2020 II Dünya savaşını SSRİ başladıb – Putinin eks-müşaviri
11 Fevral 2020 Seçkilərdə ən uğurlu təbliğat aparan namizəd bəlli olub-FOTOLAR
10 Fevral 2020 BU DAİRƏLƏRİN NƏTİCƏLƏRİ LƏĞV EDİLİR? - MSK-ya ciddi müraciətlər daxil olub
09 Fevral 2020 13 Saylı Xəzər Pirallahı seçki dairəsində ikinci dəfə səs vermək istəyənlər belə ifşa olundu-Video
09 Fevral 2020 Prezident və ailəsi belə səs verdi
07 Fevral 2020 Azərbaycana soyuq hava kütlələri daxil oldu: Qar yağır
07 Fevral 2020 Xəzər-Pirallahı dairəsi üzrə çox sayda seçicilərə bildirişlər verilməyib
07 Fevral 2020 Rusiya qırıcıları türkiyəli hərbçilərin olduğu bölgəni BOMBALADI – Onlarla ölü var
07 Fevral 2020 “Kamil Musəvi nəşəli adamlarla üstümə hücum çəkdi’ – Fəzail Ağamalı
06 Fevral 2020 “Çıxan nəticələrdə seçicilərimin səsləri saxtalaşdırılsa, MSK-ya müraciət edəcəyik!"-Səbuhi Rəcəb
06 Fevral 2020 Mövlut Çavuşoğlu: “Azərbaycan vətəndaşı ilə Türk vətəndaşının heç bir fərqi yoxdur”
03 Fevral 2020 Türkiyə-Suriya savaşı başladı - Ərdoğandan şok bəyanat
03 Fevral 2020 Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
02 Fevral 2020 Paşinyan bunu edərsə, 7 rayon qayıdacaq, etməsə... - Babayandan SENSASİYA
01 Fevral 2020 Rəsul Quliyev Cəmil Həsənlini "nağıl yazan tarixçi" ADLANDIRDI
21 Yanvar 2020 Zakir Həsənov gürcü spikerlə görüşdü
21 Yanvar 2020 Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib
20 Yanvar 2020 Məktəbdə yeyinti: Zahid Oruc prokurora müraciət etdi - Foto
18 Yanvar 2020 Petrosyandan ABŞ-a Qarabağ təklifi – Məxfi sənəd

Xəbər lenti