.


Rusiyanın Əsəd rejiminə təsir imkanları çox böyükdür. Rusiya Bəşər Əsəddən hücumları dayandırmağı tələb etsə, o, atəşkəs elan edəcək.

Asiya.ws xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İdlibdə Türkiyə və Əsəd rejimi arasında gərginliyin pik həddə çatması haqda danışarkən deyib.

Politoloq bildirib ki, Əsədə belə bir əmr verilmədiyi üçün vəziyyət gərginləşir:

“Türkiyə də bütün təxribatlara artıq şəkildə cavab verəcək. Hətta Türkiyə siyasətçiləri bildirib ki, lazım gəlsə, Dəməşqə qədər ordumuz getməlidir. Düzdür, bu, bir az emosional açıqlamadır. Amma Türkiyənin bu yolda qarşısını heç kim ala bilməyəcək. İki gün öncə İdlibdə 5 türk hərbçisi şəhid oldu. Türkiyə ordusu da Əsəd rejiminə ağır şəkildə cavab verdi. Bu proses getdikcə genişlənə bilər. Bunun üçün seçim rəsmi Moskvanındır. Əgər rəsmi Moskva Türkiyə və Suriya ordularının müharibə aparmasını istəmirsə, qarşıdurmanın dayandırılması ilə bağlı işini sürətləndirməlidir.

Əslində, bu, Rusiyanın da maraqlarına cavab vermir. Çünki belə olan halda Türkiyə ABŞ-a yaxınlaşacaq. Hazırda məsələ ilə bağlı Rusiya və Türkiyə arasında təmaslar gedir. Əgər Rusiya bu təxribatların qarşısını almasa, Türkiyə ordusu daha genişmiqyaslı hərbi əməliyyata başlaya bilər”.

20 Fevral 2020 İlham Əliyev İtaliya Prezidenti ilə görüşdü - Foto
20 Fevral 2020 Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
19 Fevral 2020 Erməni əsgərlər öldü, hərbi polisin rəhbəri də istefaya getdi
19 Fevral 2020 Qondarma "Artsax" -a yeni müdafiə naziri təyin edildi
18 Fevral 2020 Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
18 Fevral 2020 “Sədərək” ticarət mərkəzi YANIR
17 Fevral 2020 MSK bu dairədəki 7 məntəqəninin nəticəsini ləğv etdi
16 Fevral 2020 Ölkə başçımız Paşinyanı “mat” vəziyyətinə saldı
15 Fevral 2020 Hərbi qulluqçumuz şəhid olub
15 Fevral 2020 “Müşahidəçilər yerində oturub müşahidə aparmalıdır” - Məzahir Pənahov
14 Fevral 2020 “Ermənilər azərbaycanlılara qarşı soyqırım törədib” - Fransız senator
12 Fevral 2020 Türkiyə böyük savaşa girə bilər – Şərh
12 Fevral 2020 Dəm qazı daha bir tələbənin həyatına son qoydu
11 Fevral 2020 Azərbaycanda qarlı hava neçə gün davam edəcək?
11 Fevral 2020 Aprel döyüşçümüzün nəşini dəfnə belə apardılar - Video
11 Fevral 2020 Eyvazov yeni rəis təyin etdi
09 Fevral 2020 Bu rayonlara güclü qar yağdı: Yollar buz bağladı - FOTO
09 Fevral 2020 13 saylı Xəzər Pirallahı seçki dairəsində xeyli sayda qanun pozuntusu aşkarlanıb
08 Fevral 2020 Seçkidə saxtakarlıq edənləri nə gözləyir? – DİQQƏT
07 Fevral 2020 Məzahir Pənahov: MSK-ya şikayət daxil olsa...
05 Fevral 2020 ERMƏNİ ORDU DİLƏNÇİLİYİ
05 Fevral 2020 Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq
03 Fevral 2020 Bakıda Prezidentin iştirakı ilə konfrans keçirildi - Yeni
31 Yanvar 2020 "Düşmənin gücü və müdafiəsi bitmiş, pərişan durumdadır"-Səbuhi Rəcəb
27 Yanvar 2020 Ermənistan ordusundakı hərbçilər xalqa müraciət edərək onlardan kömək istəyir-Təhlil
25 Yanvar 2020 Prezident tapşırıq verdi: Zəlzələ zonasında təxliyə başladı...
25 Yanvar 2020 Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı artır
24 Yanvar 2020 Ermənistan ordusu - özünə qəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi
23 Yanvar 2020 İlham Əliyevin Davosda moderatora möhtəşəm cavabı
22 Yanvar 2020 Deputatlığa namizəd Səbuhi Rəcəb kimdir?-Fotolar

Xəbər lenti