DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı – ANBAAN VİDEO
Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir
Paşinyandan sensasion status: "Xocalı qətliamını ruslar törədib..." - FOTO
“Dağlıq Qarabağ Azərbaycanındır” - Prezident
Ermənistanda yüksək rütbəlilərin həbsi gözlənilir
DTX Neftçalayla bağlı açıqlama yaydı
Sədərək” yandı - Video
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
MSK bu gün təcili toplanır: mühüm qərarlar veriləcək!
İlham Əliyev yeni müavin təyin etdi
Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək... - Prezident
II Dünya savaşını SSRİ başladıb – Putinin eks-müşaviri
Seçkilərdə ən uğurlu təbliğat aparan namizəd bəlli olub-FOTOLAR
BU DAİRƏLƏRİN NƏTİCƏLƏRİ LƏĞV EDİLİR? - MSK-ya ciddi müraciətlər daxil olub
13 Saylı Xəzər Pirallahı seçki dairəsində ikinci dəfə səs vermək istəyənlər belə ifşa olundu-Video

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

12-13-14 fevral 2020-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirəcək.
 

Asiya.ws xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəran sakinlərinə tibbi xidmət göstərəcək. 3 gün davam edəcək aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.12-13 fevral müayinələr, 14 fevral tarixində isə cərrahi əməliyyatlar icra olunacaq. 
2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb. Növbəti aksiyasını davam etdirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.
 
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütamadi olaraq paytaxtda vərespublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb.
Bunlar xalqın artistləri oldu
Hadisədən Demetə CAVAB — Guya onun əri var?
TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ
"Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr
Məsuda dəstək üçün Bakıya gələn gözəl - Fotolar

Xəbər lenti