.


Dünən Ağcabədi rayonunun Təzəkənd kəndində atanın oğlunu qətlə yetirməsinin səbəbləri məlum olub.

Məlumata görə, 28 yaşlı Tural Cəfərov xeyli vaxt imiş ki, bacısını öldürməklə hədələyirmiş.

Belə ki, Təzəkənd kənd sakini, 4 qız və 1 oğul atası olan 1962-ci il təvəllüdlü Valeh Cəfərovun qızlarından 3-ü ailə qurduqdan sonra boşanaraq onun yanına qayıdıb. Bundan sonra ailədə münasibətlər kəskinləşib və subay olan Tural bacılarından biri ilə daimi münaqişə yaşayıb. Bir müddət əvvəl qız icra hakmiyyətinə və polisə qardaşının onu ölümlə hədələməsi barədə müraciət edib və T.Cəfərovla profilaktik söhbətlər aparılıb. Həmçinin ailə münaqişəli ailə kimi qeydiyyata salınıb.

Lakin dünən evdə növbəti dəfə münaqişə yaranıb. Bu dəfə əsəblərinə hakim ola bilməyən Valeh Cəfərov bıçağı götürərək Turala zərbələr endirib. 28 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.    /Publika.az/

Xəbər lenti