.

Mənim sərəncamımla bu il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. İndicə mənə stendlər üzrə edilən təqdimat bir daha onu göstərir ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə bildirib.
"Könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.
Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış – bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, könüllülər Azərbaycan cəmiyyətində çox böyük rəğbətlə qarşılanırlar, o cümlədən “ASAN xidmət” mərkəzlərində. Siz - könüllülər və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları bunu görürsünüz, bilirsiniz. Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur", - dövlət başçısı vurğulayıb.
21 Fevral 2020 DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı – ANBAAN VİDEO
21 Fevral 2020 Dağlıq Qarabağda etirazlar başladı: Qondarma rejimin istefası tələb edilir
20 Fevral 2020 Paşinyandan sensasion status: "Xocalı qətliamını ruslar törədib..." - FOTO
20 Fevral 2020 “Dağlıq Qarabağ Azərbaycanındır” - Prezident
20 Fevral 2020 Ermənistanda yüksək rütbəlilərin həbsi gözlənilir
20 Fevral 2020 DTX Neftçalayla bağlı açıqlama yaydı
18 Fevral 2020 Sədərək” yandı - Video
17 Fevral 2020 Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
13 Fevral 2020 MSK bu gün təcili toplanır: mühüm qərarlar veriləcək!
13 Fevral 2020 İlham Əliyev yeni müavin təyin etdi
13 Fevral 2020 Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək... - Prezident
12 Fevral 2020 II Dünya savaşını SSRİ başladıb – Putinin eks-müşaviri
11 Fevral 2020 Seçkilərdə ən uğurlu təbliğat aparan namizəd bəlli olub-FOTOLAR
10 Fevral 2020 BU DAİRƏLƏRİN NƏTİCƏLƏRİ LƏĞV EDİLİR? - MSK-ya ciddi müraciətlər daxil olub
09 Fevral 2020 13 Saylı Xəzər Pirallahı seçki dairəsində ikinci dəfə səs vermək istəyənlər belə ifşa olundu-Video
09 Fevral 2020 Prezident və ailəsi belə səs verdi
07 Fevral 2020 Azərbaycana soyuq hava kütlələri daxil oldu: Qar yağır
07 Fevral 2020 Xəzər-Pirallahı dairəsi üzrə çox sayda seçicilərə bildirişlər verilməyib
07 Fevral 2020 Rusiya qırıcıları türkiyəli hərbçilərin olduğu bölgəni BOMBALADI – Onlarla ölü var
07 Fevral 2020 “Kamil Musəvi nəşəli adamlarla üstümə hücum çəkdi’ – Fəzail Ağamalı
06 Fevral 2020 “Çıxan nəticələrdə seçicilərimin səsləri saxtalaşdırılsa, MSK-ya müraciət edəcəyik!"-Səbuhi Rəcəb
06 Fevral 2020 Mövlut Çavuşoğlu: “Azərbaycan vətəndaşı ilə Türk vətəndaşının heç bir fərqi yoxdur”
03 Fevral 2020 Türkiyə-Suriya savaşı başladı - Ərdoğandan şok bəyanat
03 Fevral 2020 Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
02 Fevral 2020 Paşinyan bunu edərsə, 7 rayon qayıdacaq, etməsə... - Babayandan SENSASİYA
01 Fevral 2020 Rəsul Quliyev Cəmil Həsənlini "nağıl yazan tarixçi" ADLANDIRDI
21 Yanvar 2020 Zakir Həsənov gürcü spikerlə görüşdü
21 Yanvar 2020 Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib
20 Yanvar 2020 Məktəbdə yeyinti: Zahid Oruc prokurora müraciət etdi - Foto
18 Yanvar 2020 Petrosyandan ABŞ-a Qarabağ təklifi – Məxfi sənəd

Xəbər lenti