.

Nifrət” deyilən bəşəri hiss yalnız düşmənə, hər hansı xəyanətkara, şəxsi ləyaqətini ayaqlar altına salan satqınlara sarı yönəlir. Özünə, yaxud öz millətinə qarşı nifrətləndirici mövqe isə qətiyyən normal hal sayıla bilməz. Bu, kimə xoş gələr? Bu və ya digər xalq kənar xarici qüvvələrin heç bir təhriki olmadan öz milli cinslərini özünə ikrah hədəfi seçirsə, demək, o xalqın, o millətin nəsə mənəvi xəstəliyi var. Çox qəribədir: Tarix boyu bizlərə kin bəsləyən, bələkdə ikən öz övladlarını türkə qarşı düşmənçilik ruhunda bəsləyən ermənilər həm də özlərinə nifrət edirlər?! Özünə qarşı nifrətamiz erməniliyin səbəbləri çox dərin mənalar daşıyır. Bəs, əsl səbəb nədir?

__________________________________________________________________________

Super güclərin əlində siyasi oyun rıçağına dönmüş və hələ də sonu bitməyən Dağlıq Qarabağ savaşı bu nifrət axarını xeyli sürətləndirib. Oxşar baxışlar bir mənbədən köklənir. Bu millətin sükanı öz əlində deyil. Müharibə əzabından cana doyan, ac-yalavac yaşayan sadə ermənilər “öz millətinə nifrət etmək” mövqeyini ortaya qoyanların arasında saysa çoxluq təşkil edir. Bu günlərdə “Euroasia-news.net” saytında yayımlanan bir yazının sərlövhəsi məhz bizim toxunmaq istədiyimiz məsələni açıq şəkildə mənalandırır: “Ermənilər özlərinə ona görə nifrət edirlər ki, onların soyadları əsasən türk kökünə malikdirlər”.

Qeyd edilir ki, Avropadan tutmuş Kiçik Asiyaya qədər müxtəlif Qərb və Şərq ölkələrinə səpələnmiş ermənilər XIX əsrin birinci rübündə Qafqazda peyda olaraq rusların himayəsi altında 1918-ci ildə öz dövlətçiliyini yaratmışlar. Onlar taleyin iradəsi ilə yaşadıqları hər hansı bir yaşayış mühitinə məharətlə uyğunlaşırdılar. Bu uyğunlaşma ona görə rəvan gedirdi ki, erməni evlərində mümkün olan hər iş qarşılıqlı razılıqla görülürdü. Yəni yerli əhali və digər xalqlarla sıx əlaqə quraraq hamını ələ alır, qəlbən istəməsələr də yerli camaata formal rəğbət bəsləyir, yaxşı nə varsa, hamısını saxta dolanbaclarla öz adlarına çıxırdılar. Erməni əlifba oğurluğu bax bu qəbildəndir. Utanmaz bir halda lap yaxın ərazilərdə yaranmış qədim mədəniyyət abidələrini tədricən erməniləşdirirdilər. Hətta soyadları başqalarından mənimsənilib. Bir suffiksin köməyi ilə erməniləşdirilmiş soyadlar erməni sözlüyü ilə bağlı deyil, yalnız başqa dillərin daşıdığı mənaları ifadə edir. Sadaladığımız fikirlər bu gün qüvvədə olan real faktlarda aydın əks olunur.

Doğrudan da, genetika mühüm amildir. Hər şey ilkin törənişdən kam alır. Necə deyərlər, erməni irsiyyətinin əsası qoyulanda erməni adında təməl daşları tapılmadığına görə özgə daşlardan istifadə edilib və o daşlar da əyri-üyrü qoyulub. Göz görə-görə irsən çox tamahkar və super oğru olan ermənilər fələyin güdazına gediblər. Fələk yazanı kim dəyişə bilər?!

Odur ki, erməni dünyası xətalı bir dünyadır: həm ətrafına, həm də özünə nifrət edir. Adi məişət sözləri ilə yanaşı dünya xalqlarına məxsus yüksək mədəni nemətləri erməniləşdirmək erməni varlığında dərinləşən irinli bir yaradır. Bu yara sağalmır. Çünki erməni nəyisə oğurlaya bilməy

əndə bəzi hirsli heyvanlar kimi öz-özünü daim cırmaqlayır və buna görə də nə irin çəkilir, nə də yaralar qaysaq bağlayır. Bizim vurğuladığımız nifrət dalğası belə bir axarla səngimir. Sözügedən yazıda açıqlanır ki, ermənilər öz soyadlarını sadə bir prinsip əsasında yaradıblar: onlar səpələndikləri ərazilərdə müxtəlif xalqlardan götürülmüş şəxsi adlara asanlıqla milli şəkilçi kimi "yan" əlavə edir və özlərinə yeni soyad düzüb-qoşurdular. Əslində isə “yan” onlar üçün milli şəkilçi hesab edilmir. Onların bu sözyaratma "müdrikliyi" bu gün özlərinə xoş gəlmir. “Yan” Parfiya (İran) məişətindən götürülmüş bir suffiksdir, hər hansı bir nəslə mənsubluğu ifadə edir. Məsələn, "Nersesyan" dedikdə "Nerses nəslindən olmaq"

mənası başa düşülür. Bununla əlaqədar Aşot, Arşak, Rapen, Suren, Anuş kimi Parfiya mənşəli adları və Xosrov, Anuşavan (Anuşirvan), Narses (Narse) kimi Sasani mənşəli adları qeyd etmək yerinə düşər. Hətta "Allah" və "xaç" sözlərini də ermənilər öz sözlüyünə borc olaraq götürüblər. Allaha ermənicə "Astvats" deyilir, zərdüştilikdə "Astvats" ali ilahə deməkdir. Erməni dilində işlədilən "xaç" sözü də udinlərdən götürülüb. Udinlər xaça "xaş" deyirlər. “Ay” mənasında işlədilən bu söz albanlarda "işıq", "şəfəq" mənalarını da ifadə edir.

Türk, ərəb, Azərbaycan, fars mənşəli erməni soyadlarına çox misal göstərmək olar: Avazyan - (fars,ərəb.) əvəz; Ağacanyan – (türk, fars) ağa, cənab, can, sevgili; Ağaxanyan - (türk.) ağa, cənab, xan, hökmdar; Adilyan - (ərəb) adil müsəlman hökmdarlarının epitetidir, ədalətli deməkdir; Azadyan – (türk) azad, ədalətli; Araz – (azərb.) araz, xoşbəxtlik; Aramyan - (fars) aram, dinclik, sülh, rahatlıq və sair. Yeri gəlmişkən, erməni jurnalist R. Açaryan "Erməni dilində türk əsilli sözlər" adlı kitabında yazır ki, erməni dilində 4200-dən artıq türk sözündən istifadə olunur.

Haram tikə yeməyi özünə ar etməyən ermənilərin çoxüzlülüyündən, saxta oyunlarından yaxşı xəbər tutan rus diplomatı general Mayevski "Ermənilərin törətdikləri kütləvi qırğınlar" adlı kitabında öz fikrini belə açıqlayır: "Ermənilərin xalq qəhrəmanlığını barədə eşidənlər varmı? Onların azadlıq döyüşləri harada həkk olunub? Heç yerdə! Çünki erməni "qəhrəmanları" öz xalqının xilaskarı olmaqdan daha çox öz millətinin cəlladı olmuşlar". O həm də Dağlıq Qarabağ məsələsinə toxunur və əsl həqiqəti söyləyir: "Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın mühüm siyasi, mədəni və mənəvi mərkəzidir... Bədnam Qarabağ problemi ermənilərin saxta ideyaları ilə yaradılıb". Bu eyibli əməlləri hansı kamil və yetkin millət özünə rəvac verər?!

Hərbi jurnalist kimi ötən hərbi xidmət zamanı beş erməni əsiri ilə söhbət etmək imkanı əldə etmişəm. Döyüşlərin qızğın cağında ikisi ağır yaralı olduğuna görə onlarla bir-iki kəlmə söz kəsmişəm. Onu da öyrənmişəm ki, onlar bizim yox, məqsədli şəkildə öz güllələrinə tuş gəliblər. Daxili qanaxmanı kəsmək üçün ön atəş xəttindən təcili təxliyə ediliblər. Lakin üçündən – sevanlı Tiqran Sepikoviç Karibyandan, əslən bakılı erməni Arşavik Behbudoviç Karayandan və razdanlı Slavik Vasilyeviç İsaverdiyandan rahatca müsahibə almışam. Həmin müsahibələr “Azərbaycan Ordusu” qəzetində dərc edilib. Sözümün canı ondan ibarətdir ki, həmin erməni əsirləri söhbət zamanı öz millətinə olan nifrətini gizlətməyiblər. Açıqca deyiblər ki, erməni başıbəlalı millətdir, bu bəlanı özümüz öz başımıza açırıq, çünki özümüz özümüzə düşmən kəsilmişik. Həm də yalvarırdılar ki, onları yenidən Ermənistana qaytarmayaq, elə azad buraxaq ki, başqa ölkələrə gedib erməni olmayan yerdə yaşasınlar. Erməni ordusunun bir bəd əməlini də belə açıb-ağartdılar ki, ön atəş xəttində Azərbaycan tərəfə könüllü əsir düşmək istəyənlər çoxdur. Bunun qarşısını almaq üçün hərbi komandanlıq xüsusi müşahidəçilər ayırır ki, əsir düşmək istəyənlər arxadan gülləyə tutulsunlar. Döyüşdən yayınmaq üçün bu sayaq könüllü addım atılmasına nə ad verək? Bu da özünə qarşı nifrətamiz ermənilik deyilmi?!

İşıqlı yolla getmək erməniyə xoş gəlməyən bir hərəkətdir. İşıq aşkarlıq yaratdığına görə daşnak anlamında bihörmət hədəfidir. Bizlərə və bütün dünya əhlinə agah bir həqiqətdir ki, insanlığa xoş gəlməyən qaranlıq heç vaxt sönüb-tükənməyən dığa sevdasıdır. Zülmət sevən ermənilər öz nemətlərini yalnız zülmət içində becərirlər. İşıqlığa olan bu soyuq münasibət onların arasında elə soyuq tellər yaratmışdır ki, böyük qismi özünə qarşı nifrət edəndir. Dövlət bayrağı Kolumbiyadan, əlifbası Efiopiyadan,

musiqi və mətbəxi türklərdən, kilsəsi alban və gürcülərdən, adı və soyadı isə daha çox türk, ərəb, farslardan oğurlanan, ərazisi isə Azərbaycan torpaqlarından zor gücünə hasilə gələn bir millətin hansı haqq və halallığından danışasan?!

 

İbrahim MƏSİMOĞLU,

müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Xəbər lenti