.

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
İşçi Qrupunun Azərbaycan tərəfdən sədri, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov iclasda çıxış edərək, Azərbaycan və Macarıstan arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb. Enerji üzrə İşçi Qrupunun bu əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirib. Zaur Məmmədov geotermal enerji sahəsində Macarıstanın təcrübəsinin öyrənilməsi və birgə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Macarıstan tərəfindən İşçi Qrupunun rəhbəri, Enerji təhlükəsizliyi sahəsində Xüsusi tapşırıqlar üzrə səfir Pal Sagvari isə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib. O, ölkəsinin  Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib.
İclasda iki ölkə arasında enerji üzrə tədbirlərin təşkil olunması, qarşılıqlı təcrübə mübadiləsinin və enerji sahəsində investisiya əməkdaşlığının aparılması, energetika sektorunda yeni texnologiyalar, xam neft və neft məhsullarının təchizatı da daxil olmaqla marketinq və ticarəti üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan  və Macarıstan arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, həmçinin  gələcəkdə təbii qazın nəqli və paylanması sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi razılaşdırılıb. SOCAR  və MOL şirkətləri arasında strateji əməkdaşlığın inkişafına dəstək ifadə edilib.
Enerji üzrə İşçi Qrupunun ilk iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolu İşçi Qrupunun rəhbərləri Zaur Məmmədov və Pal Sagvari imzalayıblar. İşçi Qrupunun ikinci iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.
 
 
 
 
 
18 Mart 2020 Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramında fasiləsiz xidmət göstərəcək
16 Mart 2020 Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər
12 Mart 2020 Baş Nazir iqtisadi müşavirə keçirdi
09 Mart 2020 Neftin qiyməti düşür, manat ucuzlaşa bilər
27 Fevral 2020 Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
14 Fevral 2020 Macarıstanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq müzakirə edilib
12 Fevral 2020 Əlverişsiz hava kənd təsərrüfatına ziyan vuracaq- Mütəxəssislər narahatdır
31 Yanvar 2020 Valyuta ehtiyatlarının həcmi AÇIQLANDI
24 Yanvar 2020 Energetika naziri Siyəzəndə, nazir müavinləri Qobustan və Cəlilabadda vətəndaşları qəbul edib
13 Yanvar 2020 Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək
11 Yanvar 2020 Dekabr ayında gündəlik neft hasilatı 771 min barrel olub
10 Yanvar 2020 “ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb
03 Yanvar 2020 Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər
25 Dekabr 2019 Dolların məzənnəsi sabit qaldı
14 Dekabr 2019 Azərbaycan nefti bahalaşdı –Qiymət
12 Dekabr 2019 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib
10 Dekabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib
06 Dekabr 2019 Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
03 Dekabr 2019 Ekspert: TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq
25 Noyabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək
23 Noyabr 2019 Energetika naziri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Beynəlxalq İqtisadiyyat, Enerji və İqlim üzrə Baş direktoru ilə görüşüb
23 Noyabr 2019 Azərbaycanda qızıl və gümüş ucuzlaşıb –Cədvəl
22 Noyabr 2019 Energetika nazirinin müavinləri Mingəçevir və Bərdə şəhərlərində vətəndaşları qəbul edib
13 Noyabr 2019 Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub
08 Noyabr 2019 Energetika naziri və nazir müavinləri Yevlax, Mingəçevir və Bərdə şəhərlərində vətəndaşlarla görüşəcək
30 Oktyabr 2019 "Manata ciddi təhlükə gözlənilmir" — Vahid Əhmədov
29 Oktyabr 2019 Energetika naziri Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb
28 Oktyabr 2019 “Sahibkarlara, iş adamlarına dostluq təklif edirik” - Mikayıl Cabbarov+Video
24 Oktyabr 2019 Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib
23 Oktyabr 2019 Pərviz Şahbazov Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət nazirini qəbul edib

Xəbər lenti